Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə19/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
80 
*
İslamın kəlam məktəbləri məkan və fəza zəbt 
edən bütün şeyləri materiyaya aid edirlər. 
*
İşraqiliyin  banisi  Şihabəddin  Sührəverdi 
hesab  edirdi  ki,  materiya  hiss  üzvləri  ilə  işarə 
olunan varlıqlardır. 
Bütün bu deyilənlərdən yekun olaraq materiya 
üçün aşağıdakı xassələri saymaq olar: 
Materiyanın  eni,  uzunluğu,  hündürlüyü 
(dərinliyi) var. 
Materiya 
subyektdən 
asılı 
olmayaraq 
mövcuddur. 
Materiya  duyğular,  hiss  üzvləri  vasitəsilə  əks 
olunur. 
Materiyanın bölünmə imkanı var. 
Alim  və  filosofların  diqqət  mərkəzində  duran 
digər  bir  məsələ  materiyanın  yaranmasıdır. 
Daha  dəqiq  desək,  materiyanın  yaranması 
məsələsində  «ilk  başlanğıc»  problemidir.  Hələ 
qədim  zamanlardan  bizi  əhatə  edən  maddi 
aləmin «ilk başlanğıcı» hamını maraqlandırdı. 
*
Abderli  Demokrit  materiyanın  atomlardan 
yarandığına  inanırdı.  Filosofa  görə  atomlar 
keyfiyyətcə  qeyri-müəyyən  varlıqlardır.  Onlar 
ölməzdir,  əbədidirlər.  Atomların  birləşməsi 
materiyanı yaradır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
81 
*
Klazomenli Anaksaqor (yunan filosofu, e.ə. V 
əsr)  materiyanın  kökünü  «nus  (nous  –ağıl)»-da 
görürdü.  O  hesab  edirdi  ki,  nus  ən  incə 
maddədir. 
*
Aristotel  də  Anaksaqorun  nus  məfhumunu 
(bəlkə  də  başqa  ifadə  ilə)  işlədirdi.  Lakin 
Aristotel  nusu  maddə  hesab  etmirdi.  O, 
materiyanın  kökünü  vahid  qüvvə  və  imkanda 
görürdü. 
*
Platon  tə’limində  isə  materiyanın  «ilk 
başlanğıcı» onun «ideyalar» aləmində axtarılır. 
Efesli  Heraklit  (yunan  filosofu,  e.  ə.  VI-V 
əsrlər)  materiya  aləmini  «loqos  (logos  –zəka, 
qanun)»-la  əsaslandırırdı.  Antik  fəlsəfənin 
nümayəndəsi  materiyanın  oddan  yarandığını 
söyləsə  də,  bütün  bu  yaranış  və  inkişafı,  loqos 
adlandırdığı  mütləq  zəkaya  tabe  edirdi. 
Görünür,  alman  idealisti  Hegel  «mütləq  zəka 
(dünya ruhu)» prinsipini buradan götürmüşdü. 
*
Miletli 
Falesin 
tə’limində 
materiyanın 
kökünün su olduğu göstərilir. 
Materiyanın  yaranmasında  belə  oxşar  və 
ziddiyyətli  fərziyyələr  çoxdur.  Lakin  müasir 
elmlərə daha müvafiq fərziyyəni alman idealisti 
İmmanuil  Kant  irəli  sürdü.  O,  1755-ci  ildə 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
82 
konkret  olaraq  Günəş  sisteminin  qaz  və 
tozlardan  ibarət  seyrək  dumanlıqdan  əmələ 
gəldiyini söyləmişdir. Sonralar bu fərziyyə elmi 
şəkildə  təhlil  olundu.  Belə  ki  qaz  və  toz 
dumanlığı  Qalaktikada  hərəkət  zamanı  yüksək 
cazibə və temperatur tə’siri ilə sıxılmaya məruz 
qalmışdır.  Bu  sıxılma  nəticəsində  onun  əsas 
kütləsi  mərkəzinə  cəmləşmişdir.  Hərarətin  çox 
yüksək  olması  istilik  nüvə  reaksiyası  ilə 
nəticələnmişdir. Bir neçə milyard il davam edən 
bu  prosesdə  kütlənin  böyük  olduğu  mərkəzdə 
Günəş, 
kənarlarında 
isə 
digər 
planetlər 
yaranmışdır.  Maraqlıdır,  materialistlər  bu  elmi 
kəşfin  (şübhəsiz  ki,  bu,  indiyədək  isbat 
olunmayan  fərziyyədir)  meydana  gəlməsini 
özləri  üçün  əvəzsiz  dəstək  hesab  edirdilər. 
Onlara  görə  materiyanın  təbii  inkişafının  isbatı 
«Allah»  məfhumuna  kölgə  salır.  Lakin  bu 
həmişə  olduğu  kimi,  materialistlərin  elmi 
nailiyyətlərdən 
məkrli 
istifadə 
etmə 
həvəslərindən  doğur.  Əvvəla,  bu  fərziyyə 
tamamilə  isbat  olunsa  belə  burada  materiyanın 
yox, Günəş sisteminin yaranmasından danışılır. 
Fərziyyədə  təsəvvür  olunan  toz  və  qazdan 
ibarət  dumanlıq  materiya  deyilmi?!  Bəs  o  özü 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
83 
necə və  nədən  yaranmışdır?! Digər  tərəfdən  isə 
materiyanın  təbii  inkişafı  heç  vəchlə  ilahi 
varlığın  mövcudluğuna  və  Onun  bütün  aləmə 
hakimliyinə zidd deyildir. Materiyada bu və ya 
digər  proseslərin  baş  verməsinə  bais  olan  fiziki 
səbəblərin 
(causa 
corporalis
mövcudluğu 
şübhəsizdir.  «Səbəbin  növləri»  bəhsində  qeyd 
etdiyimiz  kimi,  materiyada  fiziki  səbəblərin 
rolunu  inkar  etmək  fatalizmə  aparır.  Lakin  bu 
səbəbləri  yaradan,  onların  idarə  olunmasını, 
yaşamasını  və  hərəkət  etməsini  tənzimləyən 
ilkin  səbəbi  -  bu  elmə,  bu  qüdrətə  malik  olan 
vahid  Allahı  da  inkar  etmək  mümkün  deyil. 
Bütün  səbəbləri  yoxdan  varlığa  çevirən  o  uca 
varlıq  onların  yaşamasında  da  öz  həyatverici 
rolunu  davam  etdirir.  Eyni  zamanda,  hikmət 
sahibi  olan  ulu  Tanrı,  bütün  hadisələri  təbii  və 
fiziki  səbəblərin  vasitəsilə  idarə  edir.  Qeyd 
olunduğu  kimi,  burada  Allah-təala  «vasitəli», 
fiziki  amillər  isə  «vasitəsiz»  səbəblər  sayılırlar. 
İlahi  fəlsəfədə  fiziki  qanunlar  və  materiyanın 
təbii  inkişafı  rədd  olunmur  və  insanlar  bu 
barbədə 
təfəkkür 
və 
tədqiqata 
çağırılır. 
Zənnimizcə bu barədə Qur’ani-kərimə müraciət 
etsək daha yaxşı olar: 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
84 
«...Vә  Biz  göylәri,  yeri  vә  onların  arasında 
olanları altı gündә yaratdıq.»
4
 
Gördüyümüz  kimi  kainatın  təbii  şəkildə, 
mərhələ-mərhələ  yaradılması  bu  ayədə  çox 
gözəl  əks  olunmuşdur.  Altı  gün  dedikdə, 
şübhəsiz  ki,  bizim  24  saat  hesabladığımız  gün 
nəzərdə  tutulmur.  Müxtəlif  sistemlərdə  zaman 
vahidləri  müxtəlif  kəmiyyətli  ola  bilər.  Bu, 
müasir 
fizikada, 
A.Eynşteynin 
nisbilik 
nəzəriyyəsində
5
  zamanın  «yavaşıması»,  yaxud 
nisbiliyi kimi ifadə edilmişdir. Zamanın nisbiliyi 
A.Eynşteyndən  on  dörd  əsr  öncə  «Qur’ani-
kərim»də «...müddәti әlli min il olan bir gündә 
qalxarlar»
6
 ifadəsi ilə öz əksini tapmışdır. 
Haqqında  danışdığımız  ayədə  işarə  olunan 
«altı  gün»ü  «altı  mərhələ»  kimi  də  təfsir  etmək 
olar. 
                                                 
4
 Qaf surәsi, ayә 38. 
5
 Nisbilik nәzәriyyәsi – görkәmli fizik Albert Eynşteyn (1879-1955) 
tәrәfindәn irәli sürülmüş fiziki nәzәriyyә. Nәzәriyyә xüsusi nisbilik 
(1905) vә ümumi nisbilikdәn (1916) ibarәtdir. A.Eynşteyn bu 
nәzәriyyә ilә işığın sür’әtinin bütün sistemlәrdә bәrabәr 
qiymәtliliyini, kütlә ilә enerjinin mütәnasibliyini isbat edәrәk çoxlu 
relyativist nәticәlәr әldә etdi. O hәmçinin, mәkan-zaman haqqında 
olan klassik tәsәvvürlәrә son qoyaraq, maddi hәrәkәtdәn asılı olaraq 
«zaman vә mәkanın» nisbiliyini irәli sürdü. 
6
 әl-Mәaric surәsi, ayә 4. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə