Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə23/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
100 
ümumiyyətlə,  heç  bir  növ  dəyişkənlik  olmur. 
Əslində,  bu  mümkün  deyil.  Sabit  mövcudlara, 
ancaq metafizika daxildir. 
Dәyişkәn  mövcudlar:  Bu  mövcudlar  isə, 
müəyyən  dəyişkənliyə  uğrayır.  Dəyişkənlik, 
yalnız 
materiyaya 
aiddir. 
Metafizikada 
dəyişkənlik  yoxdur.  Dəyişkənlik  özüdə  iki  cür 
baş verə bilər: 
a)Əgər  mövcudların  uğradığı  dəyişkənliyə 
zaman  sərf  olunarsa  (cüz’i  olsa  da  belə),  bu 
dəyişkənlik tәdrici adlanır. 
b)Dəyişkənlik  zaman  çərçivəsində  olmazsa, 
qeyri-tәdrici sayılır. Məsələn, diri insanın ölüyə 
çevrilməsi  kimi  dəyişkənlik  zaman  tələb  etmir. 
Cismin  ruhla  əlaqəsi  kəsilən  kimi,  bir  an  belə, 
zaman sərf olunmadan ölüyə çevrilir. 
Fəlsəfədə  hərəkət,  yalnız  tədrici  dəyişikliyə 
deyilir.  Məhz  bununla  da,  hərəkət  və  zaman 
arasındakı  zərurət  ortaya  çıxır.  Molla  Sədranın 
sözü  ilə  desək,  zamansız  hərəkət  və  hərəkətsiz 
də  zaman  təsəvvür  etmək  olmaz.  Materiyanın 
hərəkətlə,  eləcə  də,  hərəkətin  öz  növbəsində 
zamanla 
əlaqəsi, 
habelə 
digər 
tərəfdən 
materiya-məkan 
bağlılığı 
fəlsəfi 
bir 
konsepsiyadır. Məşhur fizik A.Eynşteyn nisbilik 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
101 
nəzəriyyəsinin  dünyagörüşü  fundamenti  kimi, 
məhz, bu dörd anlayışa istinad etmişdi. 
Materiyada  hərəkətin  mütləqliyi  və  sükunətin 
nisbiliyi  məsələsinə  bir  də  qayıdaq.  Sükunət 
nisbidir. Deməli, mütləq sükunətdə olan heç bir 
şey  yoxdur.  Bu  sözlər  Molla  Sədranın  «Dörd 
səfər»  kitabında  da  öz  əksini  tapmışdır.  Ortaya 
belə bir sual çıxır: Metafizika mütləq sükunətdə 
deyilmi? 
Sükunətdə 
deyilsə, 
bu 
onların 
hərəkətinə  (bununla  da  materiya  olmalarına) 
dəlalət etmirmi? 
Burada 
bir 
məsələyə 
diqqət 
etsək, 
anlaşılmazlıq  aradan  gedəcək.  Sükunət  hərəkət 
imkanı  olub,  hərəkət  etməyən  varlığa  aidddir. 
Məsələn,  insanın  fitrətən  görmə  imkanı  və 
qabiliyyəti  var.  Buna  görə  də,  görməyən 
insanlara  kor  deyilir.  Lakin  divar  görmədiyi 
üçün kor adlanmır. Çünki o, fitrətən bu imkana 
malik  deyil.  Metafizika  da  belədir.  O,  əslən 
hərəkət 
imkanına 
malik 
olmadığı 
üçün 
hərəkətsizliyinə 
görə 
«sükunətdə 
olan» 
adlandırılmır.  Deməli,  metafizika  nə  hərəkətdə, 
nə  də  sükunətdədir.  Hərəkət  və  sükunətin  hər 
ikisi materiyanın xassəsidir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
102 
Hərəkətin 
növləri, 
onun 
materializm 
fəlsəfəsində  necə  ifadə  olunmasına  dair 
danışmazdan 
öncə 
hərəkətlə 
bağlı 
əsas 
terminlərlə tanış olaq: 
Hərəkətdə  olan  obyekt:  Tədrici  dəyişkənliyə 
uğrayan materiya hərəkətdə olan obyekt sayılır. 
Hərəkətverici qüvvə: Bütün proseslərin səbəbə 
ehtiyacı  olduğu  kimi,  hərəkəti  də  meydana 
gətirən  səbəblər  var.  Bu,  hərəkətverici  qüvvə 
sayılır. 
Hərəkətverici 
qüvvələr 
obyektin 
daxilində  və  xaricində  yerləşir,  ona  spesifik 
tə’sir göstərir. 
Hərəkətin  başlanğıc  və  son  nöqtəsi:  Bütün 
hərəkətlər bu iki nöqtənin arasında baş verir. 
Məsafə:  Başlanğıc  və  son  nöqtə  arxasındakı 
traektoriya  məsafə  adlanır.  Bu  iki  nöqtə 
(başlanğıc  və  son)  traektoriya  ilə  birlikdə 
hərəkətin məkanını təşkil edir. 
Zaman:  Zaman  barəsində  xüsusi  söhbət 
açmışıq.  Onunla  hərəkətin  qırılmaz  əlaqəsi, 
artıq bizə mə’lumdur. 
Sür’әt:  Məsafə  və  zamanın  nisbətinə  bərabər 
olan  kəmiyyət  sür’ət  hesab  olunur.  Bir  cismin 
müəyyən məsafəni «tez», digərinin isə «gec» qət 
etməsi  sür’ət  fərqindən  irəli  gəlir.  Hərəkət 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
103 
zamandan 
ayrılmazdırsa, 
onda 
bütün 
hərəkətlərdə sür’ətin mövcudluğu labüddür. 
Qədim  dövrlərdən  işığın  sür’ətsiz  olduğunu 
düşünürdülər. 
1676-cı 
ildə 
danimarkalı 
Astronom Ole Kristensen Römer (1644-1710) ilk 
dəfə  olaraq  işığın  təxmini  sür’ətini  ölçə  bildi: 
300 000 km/san. İşıq sür’ətinin bu qədər böyük 
olması  yaxın  məsafədə  onun  ölçülməsini 
çətinləşdirir
1
.  İşığın  vakkumdakı  sür’əti  ən 
yüksək sür’ətdir. 
İndi isə hərəkətin növləri haqqında; Hərəkətin 
aşağıdakı növləri mə’lumdur: 
Mexaniki hәrәkәt – cismin fəzadakı məkanda 
nisbi yerləşməsidir. Bu hərəkət düzxətli  olduğu 
kimi,  dairəvi  də  ola  bilər.  Lakin  dairəvi 
hərəkətdə  hərəkətverici  qüvvə  biri  digərinə 
zidd olan bir neçə tə’sirdir. 
                                                 
1
  Məhz  buna  görə  də,  O.Römer  işıq  sür’ətini  uzaq  məsafədə 
ölçə  bilmişdi.  Belə  ki,  astronom  Yupiterin  «İo»  peykini 
müşahidə  edərkən  görmüşdü  ki,  bu  peyk  planetin  kölgəsinə 
girib yenidən göründükdə 42 saat 28 dəqiqə keçmişdi. Bir neçə 
aydan  sonra  Yer  Yupiterdən  uzaqlaşdıqda  təkrar  müşahidə 
zamanı  peyk  kölgədən  22  dəqiqə  gec  çıxmışdır.  Bu  onu 
gösətrirdi  ki,  Yerlə  Yupiter  arasında  olan  məsafə  çoxaldığı 
üçün  Peykin  işığı gecikir. Beləliklə, bu hadisə işığın  müəyyən 
sür’ətə  malik  olduğunu  öyrənməyə  və  onu  ölçməyə  imkan 
verdi.                


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
104 
Keyfiyyәtdә  hәrәkәt.  Fəlsəfədə  araşdırılan 
hərəkət  növlərindən  biri  də  «tədrici-keyfiyyət» 
dəyişkənliyidir.  Bu  növ  hərəkəti  başa  düşmək 
üçün  keyfiyyət  haqqında  qısaca  mə’lumat 
lazımdır. İnsan ilk növbədə öz daxilində sevinc, 
kədər, qorxu və s. kimi, digər tərəfdən isə, xarici 
aləmdə  rənglər,  isti,  soyuq  və  s.  kimi  hisslər 
duyur.  Bütün  bunlar  keyfiyyət  adlanır.  İnsanın 
daxilində 
yerləşən 
keyfiyyətlər 
«nəfsani 
keyfiyyətlər»,  hissiyyat  üzvləri  ilə  xarici 
aləmdən  duyulanlar  isə  «hissi  keyfiyyətlər» 
adlanır.  Bundan  əlavə  «potensial  keyfiyyətlər» 
də  mövcuddur.  Bə’zən,  mövcudatda  müəyyən 
keyfiyyət  olmasa  da,  o,  bu  keyfiyyəti  kəsb 
etmək  imkanına  malik  olur.  Bu  imkan 
«Potensial 
keyfiyyət» 
sayılır. 
Bütün 
bu 
keyfiyyətlərin,  tədricən,  haldan-hala  düşməsinə 
«keyfiyyətdə hərəkət» deyilir. 
Kәmiyyәtdә 
hәrәkәt. 
Ötən 
bəhsimizdə 
kəmiyyət  barəsində  danışmışdıq.  Riyazi  və 
həndəsi 
kəmiyyətin 
tədrici 
dəyişkənliyi 
«kəmiyyətdə hərəkət» sayılır. 
Haqqında  danışdığımız  üç  növ  hərəkət 
filosoflar  tərəfindən  materiyanın  ümumiliyi 
kimi  ifadə  edilmişdir.  Deməli,  fəlsəfə  öz 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
105 
vəzifəsini 
icra 
etmişdir. 
Bu 
hərəkətlərin 
səciyyələri  və  fiziki  mexanizmlərinin  tə’yini, 
artıq  fizika  alimlərinin  öhdəsinə  düşür.  Klassik 
mexanika materiyanın məkanda yerdəyişməsini 
(mexaniki  hərəkət),  yalnız  qismən  araşdıra 
bilmişdi.  Kvant  mexanikası  və  eləcə  də  nisbilik 
nəzəriyyəsi mexanikanın klassik təsəvvürləri ilə 
vidalaşsa 
da, 
keyfiyyət 
və 
kəmiyyət 
dəyişkənliyi  barədə  konkret  bir  şey  deyə 
bilmədi. 
Haqqında danışdığımız bütün hərəkət növləri, 
yalnız  təzahür  (hadisə)  xarakteri  daşıyır. 
Mahiyyətin  özündə  hərəkətin  mümkünlüyü 
haqqında  isə  nə  filosoflar,  nə  də  fiziklər 
danışmışlar. 
Mahiyyət, 
hamının 
fikrincə, 
dəyişməzdir.  Subatom  səviyyəsində  diskret 
varlıqların  kontinual  (və  əksinə)  çıxış  etməsi 
kimi müəmmalı dəyişkənliklər belə, mahiyyətin 
deyil,  təzahürün  hərəkətidir.  Bəşər  tarixində 
mahiyyətin  hərəkətini  ilk  dəfə  olaraq  Molla 
Sədra  Şirazi  isbat  etmişdi.  Filosof  bu  nəzəriyyə 
ilə fəlsəfədə uzun  illər problemə çevrilən sirləri 
aça  bildi.  Mahiyyətin  hərəkəti  («Cövhəriyyə 
hərəkəti  –  substansional  hərəkət»)  düzgün 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
106 
qavranılarsa,  bir  çox  fəlsəfi  və  fiziki  nəticələrə 
yetişmək mümkün olar.
1
 
Bəhsimizin  əvvəlində  hərəkətin  materializm 
fəlsəfəsində 
necə 
ifadə 
olunduğunu 
açıqlayacağımıza söz vermişdik: 
Materialistlər 
özlərini 
hərəkətin 
yeganə 
ifadəçiləri  hesab  edirlər.  Buna  görə  də  onlar 
klassik 
və 
müasir 
mexanikanın 
bütün 
nailiyyətlərinin 
dünyagörüşü-fundamentini 
materializmdə  görürlər.  Xüsusilə,  K.  Marksın 
sistemləşdirdiyi  dialektik  materializm  hərəkətə 
dair  özünəməxsus  təhlillər  verir.  Məsələ 
burasındadır  ki,  dialektika  nümayəndələri 
metafizikləri  hərəkətin  müxalifətçiləri  hesab 
etmişlər. 
                                                 
1
  Molla  Sədranın  «Dörd  səfər»  kitabından  başlayaraq,  əksər 
mütəaliyə filosoflarının kitablarında «mahiyyətin hərəkəti» öz 
əksini  geniş  tapmışdır.  Biz  bu  kitabın  həcminə  uyğun  olaraq 
bu  növ  hərəkətə  qısa  işarə  ilə  kifayətləndik.  XVII  əsrin 
əvvəllərində  Molla  Sədranın  irəli  sürdüyü  «mahiyyətin 
hərəkəti»  nəzəriyyəsinin  isbatı  fizikanın  «hava-su»  kimi 
möhtac  olduğu  «saxlanma  prinsipləri»ni  açıqlayır.  İmpulsun 
və enerjinin saxlanması prinsipi ilə cismin «özbaşına» hərəkəti 
təhlil  olunur.  Molla  Sədra  bunu  «mahiyyətin  hərəkəti»nin 
forması kimi görmüş və cismin təzahüründə hərəkətdən başqa 
mahiyyətin də hərəkət qabiliyyəti kimi izah etmişdi.  


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
107 
Biz 
hərəkətlə 
bağlı 
materializmin 
nəzəriyyələrini 
açıqladıq. 
İslam-mütəaliyə 
fəlsəfəsində  materiya  metafizikadan  fərqli 
olaraq,  daimi  hərəkətdə  hesab  olunur  (nisbi 
sükunət istisna olmaqla). 
Əziz  oxucunun  diqqətini  bir  məsələyə  cəlb 
etmək istəyirik. Dialektikanın  qanunlarına səthi 
baxış  materialistlərin  həqiqəti  necə  dərk 
etdiklərini  açıqlayır.  Mahiyyət  e’tibarı  ilə  eyni 
proses üç qanunla təhlil olunur: 
İnkarı inkar qanunu; 
Kәmiyyәtdәn keyfiyyәtә keçid qanunu; 
Əksliklәrin vәhdәti vә mübarizәsi qanunu. 
Qanunların  xüsusi  şəkildə  araşdırılması,  o 
qədər  də,  əhəmiyyət  kəsb  etmir.  Burada 
əhəmiyyət kəsb edən bir  məsələ var. Dialektika 
qanunlarının 
«orta 
məxrəci» 
hərəkətin 
ziddiyyətlərdən 
təşkil 
olunmasıdır. 
Dialektikaya görə, hər bir şey öz ziddini özündə 
saxlayır  (əksliklərin  vəhdəti).  Məsələn,  sperma 
öz  əksini  (sperma  olmayanı–insanı)  özündə 
birləşdirir.  Bu  əksliklər  vəhdət  təşkil  etdikləri 
kimi  mübarizə  də  edirlər.  Mübarizə  isə, 
spermanın  hərəkətdə  olaraq  insana  dönməsi  ilə 
tamamlanır. Bu qanun çox qəribə və gülüncdür. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
108 
Sperma, bir gerçəklikdir və ona nisbətdə heç bir 
əkslik  yoxdur.  İnsanlıq  isə  onda,  yalnız  imkan 
formasında  gizlənir.  Əgər  insanlıq  da  bir 
gerçəklik  kimi  spermada  mövcuddursa,  bəs, 
onda  hərəkət  nəyə  lazımdır?!  Sperma  eyni 
zamanda  öz  əksi–insanı  (gerçəkliklə)  öz 
daxilində  gizlədirsə,  bəs,  nə  üçün  yenidən 
insana çevrilir?! 
Bir  şeyin  başqa  bir  şeyə  çevrilmək  imkanı 
ziddiyyət  sayıla  bilməz!  Hərəkət–bu  imkanın 
gerçəkliyə 
çevrilməsidir. 
Materialistlərin 
hərəkəti 
ziddiyyət 
kimi 
başa 
düşmələri 
bə’zilərinin  hərəkəti,  hətta,  qəti  şəkildə  rədd 
etmələrinə  səbəb  olub.  Bunlardan  biri  qədim 
dialektikaçı  sofist  Eleyalı  Zenondur
1
.  Zenon 
hərəkətin  bu  və  ya  digər  formasını  qəti  şəkildə 
rədd  edir  və  onun  saysız  sükunətlər  olduğunu 
deyirdi.  İslam  alimlərindən  imam  Fəxrəddin 
Razi
2
  hərəkəti  ziddiyyətlərin  vəhdəti  kimi 
qavramaq  səbəbinə  yeganə  şəxs  kimi  onu 
                                                 
1
Eleyalı Zenon–eradan əvvəl 490-430-da yaşamış qədim yunan 
filosofu, dialektikaçı materialist. 
2
Fəxrəddin  Əbu  Abdullah  Mühəmməd  ibn  Ömər  Razi  –1148-
1209-ci  illərdə  yaşamış  əhli-sünnə  alimi,  Əş’əri  təriqətindən 
olan kəlami. Qur’ani-Kərimə təfsir yazmışdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
109 
(hərəkəti) qətiyyən qəbul etməmişdir. Ziddiyyət 
gerçəklik formasında nə hərəkətdə, nə də başqa 
bir  şeydə  birləşə  bilər.  Bu,  Aristotelin  formal 
məntiqində  ən  mühüm  nəzəriyyədir.  Bu 
nəzəriyyə  dəyişməz  bir  əqli  nəticə  kimi  bütün 
mühakimələrdə  ən  əsas  rol  oynayır.  Dialektik 
məntiqə 
əsasən, 
bir-birinin 
əksi 
olan 
nəzəriyyələrin hər ikisi həqiqət ola bilər. Elə isə, 
materialistlər 
növbəti 
çıxılmaz 
vəziyyət 
qarşısında  qalırlar.  Çünki,  onlar,  təkcə  öz 
nəzəriyyələrinin  doğru  və  həqiqət  olduğunu 
deyə  bilməyəcəklər.  Beləliklə  materialistlər 
özlərini  hərəkətin  yeganə  müdafiəçisi  hesab 
etmələrinə 
baxmayaraq 
onun 
ən 
böyük 
«düşməni»  sayılmalıdırlar.  Onların  hərəkət 
barədə  fundamental  fəlsəfi  baxışları,  hərəkəti 
inkar  etməkdə  heç  də  öz  sələfləri  Zenon  və 
digər  sofistlərdən  geri  qalmır.  Digər  tərəfdən 
hərəkətin  mütləq,  sükunətin  nisbi  hesab 
edilməsi üçün materialistlər metodoloji nöqteyi-
nəzərdən 
formal 
məntiqi 
ziddiyyət 
və 
paradoksla  üz-üzə  qalırlar.  Çünki  materialist 
təfəkkürün  arxalandığı  yeganə  metod-təcrübə 
heç nəyi ümumiləşdirə bilmədiyi kimi materiya-
hərəkət bağlılığını da ümumiləşdirməyə acizdir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
110 
«Sonsuz  materiyada»  hərəkətin  mütləq  və 
dükənməz  olduğunu  təcrübədən  keçirmək 
şübhəsiz ki, imkan daxilində deyildir. Beləliklə, 
materialistlər 
özlərini 
hərəkətin 
yeganə 
müdafiəçisi  hesab  etməklərinə  baxmayaraq, 
onun  ən  böyük  «düşməni»  sayılmalıdırlar. 
Onların  hərəkət  barədə  fundamental  fəlsəfi 
baxışları,  hərəkəti  inkar  etməkdə  heç  də  öz 
sələfləri Zenon və digər sofistlərdən geri qalmır. 
Digər  tərəfdən  hərəkətin  mütləq,  sükunətin 
nisbi  hesab  edilməsi  üçün  materialistlər 
metodoloji  nöqteyi-nəzərdən  formal  məntiqi 
ziddiyyət  və  parodoksla  üz-üzə  qalırlar.  Çünki, 
materialist  təfəkkürün  arxalandığı  yeganə 
metod  -  təcrübə  heç  nəyi  ümumiləşdirə 
bilmədiyi  kimi,  materiya-hərəkət  bağlılığını  da 
ümumiləşdirməkdə 
acizdir. 
«Sonsuz 
materiyada»  hərəkətin  mütləq  və  tükənməz 
olduğunu  təcrübədən  keçirmək  şübhəsiz  ki, 
imkan daxilində deyildir. 
*  *  * 
Burada  əziz  oxucuları  tanış  etmək  istədiyimiz 
fəlsəfi  bəhslər  sona  çatır.  Nəticə  əvəzi  olaraq 
bunu  demək  istərdik  ki,  hansı  bir  elmin 
qapısından  daxil  olsaq,  müqəddəs  İslamımızın 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
111 
sonsuz dərya olduğunu görəcəyik. Bu dəryadan 
heç  olmazsa,  damcılar  mənimsəyib,  doğma 
azəri 
xalqımızı 
bir 
əsrlik 
fikri-mə’nəvi 
böhrandan  xilas  etmək,  ilk  növbədə,  biz 
gənclərin borcudur.  
Bu  kitabın  ilk  işimiz  olduğunu  nəzərə  alaraq, 
şübhəsiz mövcud olan hər növ qüsura görə üzr 
istəyirik. 
Hər xeyir işə müvəffəqiyyət verib, Öz lütfünü 
əsirgəməyən  Allaha  həmd  edir,  Ondan  bu 
kiçicik əməli qəbul etməsini diləyir, yalnız Onu 
tanıyır və yalnız Ona sığınırıq. 
Oxucu  fikir  vә  mülahizәsi  hәr  bir  müәllif 
üçün  qiymәtli  hәdiyyә  vә  yardımdır.  Hәr  növ 
fikir  vә  mülahizәnizi  müәllifin  elektron 
poçtuna göndәrә bilәrsiniz: 
E-mail: az_al_nasr@yahoo.com 
matlab@mynet.com
 
 
 
 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
112 
 
Mündəricat 
Ön söz ............................................................................... 4 
BİRİNCİ FƏSİL ............................................................... 6 
Fәlsәfә İlә ümumİ tanışlıq ........................................ 6 
Fәlsәfәnİn mә’nası vә yaranma tarİxİ ...................... 6 
Fәlsәfә Avropada .................................................... 10 
Müsәlmanların fәlsәfİ baxışları .............................. 18 
Mәşşaİ fәlsәfәsİ ...................................................... 22 
İşraq fәlsәfәsİ ......................................................... 24 
Kәlam mәktәblәrİ ................................................... 27 
İrfan vә Sufİlİk ....................................................... 34 
Mütәalİyә fәlsәfәsİ ................................................. 38 
İKİNCİ FƏSİL ............................................................... 43 
İslam fәlsәfәsİnİn mühüm bәhslәrİ ........................ 43 
Vücud vә onun hәqİqәtİ ......................................... 43 
Vücud vә mahİyyәt ................................................ 48 
Vücud vә mahİyyәtİn bİrİncİlİyİ ........................... 50 
Vahİd vücud, yoxsa vahİd mә’na? ......................... 52 
Sәbәbİyyәt qanunu ................................................. 56 
Sәbәbİn növlәrİ ...................................................... 60 
Sәbәb vә nәtİcәnİn әsas әlaqәlәrİ ........................... 66 
Sәbәb vә nәtİcәyә yenİ bİr baxış ............................ 68 
Qәdİm vә Hadİs ..................................................... 73 
Metafİzİka vә materİya .......................................... 78 
Şüur vә İdrak .......................................................... 86 
Mәkan vә zaman ..................................................... 94 
Hәrәkәt vә sükunәt ................................................. 99 
 
 
 

Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə