Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə15/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   11   12   13   14   15   16   17   18   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
63 
Vasitәli  vә  vasitәsiz  sәbәblәr;  Səbəblər  öz 
nəticələrini  yaratmaq  üçün  bə’zən  vasitə  ilə,  bə’zən 
isə  bilavasitə  tə’sir  edirlər.  Məsələn,  insan  suyu 
qaynatmaq  üçün  oddan  istifadə  edir.  Burada  həm 
insan,  həm  də  od  suyun  qaynamasına  səbəbdir. 
Lakin  insan  vasitəli,  od  isə  vasitəsiz  səbəb  hesab 
olunur.  Burada  səbəbiyyət  barədə  ortaya  çıxan  iki 
yanlış fikri aydınlaşdırmaq yerinə düşərdi. 
Müasir  fizika  materiyada  baş  verən  dəyişikliklərə 
dair  konkret  fikirlər  irəli  sürərək,  dəqiq  səbəbləri 
isbat  edir.  Materialistlər  də  bu  səbəblərin  müəyyən 
olunmasını  dini  tə’limlərlə  üz-üzə  qoymağa 
çalışırlar. 
Onlar: 
«Bu 
hadisənin 
səbəbi 
müəyyəndirsə,  Allahın  səbəb  olduğunu  necə  qəbul 
edək?»  –  deyə  iradlarını  bildirirlər.  Digər  tərəfdən 
isə,  İslam  kəlamilərindən  olan  əş’ərilərin  ən’ənəvi 
mistik  tə’limlərində  mövcudata  aid  olan  fiziki 
qanunlar  belə  rədd  olunur.  Onlar  bilavasitə  bütün 
şeylərin  səbəbini  Allahda  görür,  digər  fiziki 
səbəbləri qəbul etmirlər. Bu isə ifrat fatalizmi ortaya 
çıxarır.  Hər  iki  anlayış  tamamilə  səhvdir.  Bu 
anlayışlar,  haqqında  danışdığımız  vasitəli  və 
vasitəsiz  səbəblərin  düzgün  qavranılmamasından 
irəli  gəlir.  Mütəaliyə  fəlsəfəsinə  görə  materiyada 
hadisələrin  fiziki  səbəbləri  vasitəsiz,  Allah-təalanın 
iradəsi  isə  vasitəli  səbəb  hesab  olunur.  Biz 
«metafizika və materiya» bəhsində bu məsələ haqda 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
64 
ətraflı  söhbət  açacaq,  materiya  probleminin  həlli 
barədə danışacağıq. 
Əvәz  olunan  vә  olunmayan  sәbәblәr;  Günəş, 
istilik  buraxan,  onu  yaradan  bir  səbəbdir.  Lakin 
istiliyi  yaratmağa  qadir  olan  digər  səbəblər  də 
mövcuddur. 
Məsələn, 
biz 
istiliyi 
oddan, 
sürtünmədən,  elektrik  enerjisindən  də  əldə  edə 
bilərik.  Belə  səbəblər  nəticənin  hasil  olunmasında 
tək  olmadıqları  üçün  «əvəz  olunan  səbəblər» 
adlanırlar.  Bə’zi  səbəblər  isə,  öz  nəticələrini 
yaratmaqda  təkdirlər.  Bu  qrup  səbəblər  «əvəz 
olunmayan  səbəblər»  adlanırlar.  Məsələn,  suyun 
yaranmasına,  yalnız  hidrogen-oksigen  birləşməsi 
səbəb  ola  bilər.  Yəqin  ki,  bə’ziləri  suyun 
«deyterium-oksigen 
birləşməsi» 
variantını 
xatırladacaqlar.  Mə’lum  olduğu  kimi,  deyterium 
hidrogenin  izotopudur.  Yə’ni  onlar  eyni  kimyəvi 
xassəyə  malikdir.  Yalnız  onların  atom  kütləsi 
fərqlidir.  Deyterium  –  atom  kütləsi  iki  olan 
hidrogendir.  Digər  tərəfdən  isə,  deyterium-oksigen 
birləşməsindən adi su deyil, ağır su yaranır. Ağır su 
adi  sudan  fərqlidir.  O,  normal  atmosfer  təzyiqində 
101,2

S-də qaynayır, 3,8

S-də donmağa başlayır. 
Bunlar səbəbin bə’zi bölmələri idi. 
Dahi  yunan  filosofu  Aristotel  dörd  növ  səbəb 
qəbul edirdi: 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
65 
Materiya;  Yaradılan  şeyin  təşəkkül  tapmasında 
ilkin  şərtlərdən  biri  materiyadır.  Materiya  həmişə 
nəticə  ilə  yaşayacaq  bir  səbəbdir.  Şübhəsiz  ki,  bu, 
yalnız maddi aləmə aiddir. 
Forma;  Materiyada  imkan  şəklində  nəzərdə 
tutulanın  gerçəkliyə  çevrilməsidir.  Bu,  həmin 
varlığın mahiyyətini təşkil edir.  
Yaradıcı sәbәb; Bu, yaranma prosesində hərəkətin 
başlanğıcı  və  təkanvericisidir.  Aristotel  bütün 
hərəkətlərin  başlanğıcını  Allah  hesab  edirdi. 
Filosofa  görə  Allah  «sabit  ilk  təkanverici»  kimi 
səbəblər səbəbi, yaradıcı səbəbdir.  
Mәqsәd;  Aristotelə  görə,  nəticənin  hasil  olması 
üçün  məqsəd  də  xüsusi  bir  səbəb  kimi  tə’sir 
göstərir
1
. Şüurlu varlıqlar sadir olan davranış, rəftar 
və 
icadlarda 
bu 
səbəbin, 
yə’ni 
məqsədin 
özünəməxsus  rol  oynaması  şübhəsizdir.  Lakin 
şüursuz  təbiətdə  baş  verən  proseslərdə  məqsədin 
mövcudluğu 
barədə 
müxtəlif 
fikirlər 
irəli 
sürülmüşdür: 
Materialistlər  təbiətdə  baş  verən  hadisə  və 
təzahürlərin  məqsədsiz  olduğunu  deyir,  bütün 
prosesləri,  sadəcə  olaraq,  təsadüfün  nəticəsi  hesab 
edirlər. 
                                                 
1
Proseslərdə  məqsəd,  Aristotel  tə’limində  entelexiya  – 
(entelecheia) kimi ifadə edilmişdir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
66 
Platon  və  onun  tərəfdarları  isə  bu  prosesləri 
materiyada 
zəif 
bir 
şüurun 
nəticəsi 
kimi 
qiymətləndirirlər.  Onlar  hesab  edirlər  ki,  hər  bir 
mövcudun  zəif  də  olsa,  şüuru  olmalıdır.  Təbiətdə 
baş  verən  prosesləri  doğuran  da  məhz  bu  zəif 
şüurların öz məqsədlərinə çatması tələbidir. 
Molla  Sədra  məktəbinin  nümayəndələrinə  görə, 
təbiətdə  baş  verən  prosesləri  məqsədsiz  hesab 
etmək  olmaz.  Lakin  bu  proseslər  öz-özlüyündə  bir 
məqsədə  deyil,  nəticəyə  yönəlmişdir.  Məsələn,  A 
şəhərindən  B  şəhərinə  doğru  hərəkət  edən 
avtomobil  və  onun  sərnişinlərinə  nəzər  yetirək.  B 
şəhərinə 
çatmaq 
sərnişinlər 
üçün 
məqsəd, 
avtomobil  üçün  hərəkətin  sonu  və  nəticə  hesab 
olunur. Deməli, təbiət proseslərinin yönəldiyi nöqtə 
məqsəd  deyil,  nəticə  hesab  olunmalıdır.  Lakin  bu, 
təbiətin  məqsədsiz  hərəkəti,  yaxud  dəyişməsi  kimi 
başa  düşülməməlidir.  Bütün  xilqət  öz  varlıqları  ilə 
ilahi bir məqsədə tabedir. 
SƏBƏB VƏ NƏTİCƏNİN ƏSAS ƏLAQƏLƏRİ 
Ötən  bəhslərimizdə  səbəbiyyət  qanunu  barədə 
danışarkən,  səbəb  və  nəticə  arasında  sıx  əlaqə 
olduğunu  qeyd  etmişdik.  Səbəb  və  nəticə  arasında 
çoxlu  sayda  dərin  əlaqələr  mövcuddur.  Biz  bu 
əlaqələrdən ən əsasları ilə tanış olacağıq: 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə