Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə11/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   7   8   9   10   11   12   13   14   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
46 
varlıqlar  dərkolunmazdırlar.  Antik  fəlsəfədə  yunan 
filosofu  Elidalı  Pirronun
1
  yaratdığı  skeptisizm 
cərəyanı da dərkolunmazlığı tə’lim etmişdir. Klassik 
Avropa  filosoflarından  Devid  Yum  və  İmmanuil 
Kant  aqnostisizmi  formalaşdırmışlar.  Kanta  görə 
«özündə  şeylər»  «bizim  üçün  şeylərə»  çevrilə 
bilməz.  «Özündə  şeylər»  dərkolunmazdır.  XX  əsr 
Avropa fəlsəfəsində aqnostisizmi müdafiə edən əsas 
məktəb 
«Ekzistensializm»
2
 
fəlsəfi 
məktəbi 
olmuşdur.  Ekzistensialistlərə  görə,  varlığı  dərk 
olunan qəbul etmək onu məhv etməkdir. Onlar Corc 
Berkli
3
  fəlsəfəsindəki  «Esse  est  percipi!–  Mövcudluq 
qavranılmaq  deməkdir!»  tə’limini  tənqid  edərək, 
onu, varlığı məhv etməkdə təqsirləndirirlər. 
Aqnostisizm  nəzəriyyəsində  Sofizmin  açıq-aşkar 
tə’siri  duyulur.  Bu  tə’lim  insan  idrakını  dəmir 
hasarlara  alır,  biliyi  inkar  edərək  məhdudlaşdırır. 
Qeyd  etdiyimiz  kimi,  insan  özündə  və  özündən 
                                                 
1
Elidalı  Pirron  –eramızdan  əvvəl  360-270-də  yaşamış  yunan 
filosofu, Skeptisizm tə’liminin banisi olmuşdur. 
2
Ekzistensializm  fəlsəfəsi  –XX  əsrdə  meydana  gəlmiş  fəlsəfi 
tə’limdir.  Bu  fəlsəfi  tə’limin  nümayəndələri  arasında  dini  və 
ateist  ekzistensialistlər  də  olmuşdur.  Bu  tə’limin  Qabriel 
Marsel(1889-1973, 
Fransa), 
Nikolay 
Berdyayev(1874-
1948,Rusiya),Martin 
Haydegger(1889-1976,Almaniya) 
və 
başqaları kimi görkəmli nümayəndələri olmuşdur. 
3
 Corc Berkli (1685-17 İngilis idealist filosofu. O, hәr bir şeyin 
mövcudluğunu onun qavranılan olmasında görürdü. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
47 
xaricdə  həqiqət  olduğunu,  habelə  özünün  bu 
həqiqəti qavramağa qadir oduğunu fitrət və vicdanı 
ilə təsdiqləyir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
48 
 
VÜCUD VƏ MAHİYYƏT 
Fəlsəfi  bəhslərdə  araşdırma  obyekti  olan  vücudla 
yanaşı,  mahiyyətdən  də  söhbət  açılır.  Biz  hər  hansı 
bir şeylə maraqlandıqda, ilk öncə, onunla əlaqəli iki 
məsələ nəzərə çarpır: 
 1.O şeyin varlığı, başqa sözlə desək, mövcudluğu. 
 2.O şeyin nə olduğu, başqa sözlə desək qayəsi. 
Fəlsəfi  nöqteyi-nəzərdən  birinci  məsələ  Vücud
ikinci məsələ isə Mahiyyәt adlanır. 
Filosoflar vücudun iki növü olduğunu söyləyirlər: 
1.  Zehn  və  təsəvvürdə  olan  vücudlar:  Bə’zi 
şeylərin  vücud  və  varlığı  insanın  zehn  və 
təsəvvüründə  yerləşir.  İnsan  təsəvvürü  bir  ayna, 
təsəvvürdə  yerləşən  vücud  isə  aynada  əks  olunan 
varlıq  kimidir.  İnsan  təsəvvüründə  canlanan 
vücudlar da öz növbəsində iki qismə bölünür: 
a) Həqiqət –insan gördüyü hər hansı bir şeyi rahat 
şəkildə öz təsəvvüründə canlandıra bilir. Buna görə 
də  təsəvvür  olunan  vücudların  əksəriyyəti  həqiqət 
sayılır. 
b)  Xəta  –Bə’zi  hallarda  insan  müəyyən  bir  şeyi 
təsəvvür  etməkdə  səhvə  yol  verir.  Belə  hallarda 
təsəvvür olunan vücud xəta hesab edilir. 
2.  Xarici  və  həqiqi  vücudlar:  Bu  vücudların  insan 
zehni  və  təsəvvürü  ilə  heç  bir  əlaqəsi  yoxdur. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
49 
Məsələn, gördüyümüz binalar, ağaclar, dağlar və s. 
mövcuddurlar.  Bunlar  biz  və  ya  bizim  zehn  və 
təsəvvürümüz  olmasa  belə,  mövcud  olacaqlar.  Belə 
vücudları  həqiqət  və  xətaya  ayırmaq  olmaz.  Çünki 
bu vücudların həqiqət olması aydın bir məsələdir. 
Mahiyyətə  gəlincə  isə,  o,  əşyanın  nə  olduğunu 
açıqlayan  fəlsəfi  kateqoriyadır.  Məsələn,  biz  sual 
veririk:  –İnsan  nədir?  Bu  sualın  cavabında  insanın 
nə olduğunu açıqlayan tə’rif mahiyyət adlanır. 
Məntiq elmində tə’rif barəsində geniş bəhs olunur. 
Müəyyən  məfhum  haqda  deyilən  hər  bir  cümlə 
kamil tə’rif sayıla bilməz. Məsələn: «İnsan nədir?» –
sualının  cavabında  deyilən  «İnsan  bir  canlıdır»,  –
cümləsi kamil tə’rif deyildir. Ona gorə ki, bu tə’rifə 
insandan  başqa  digər  canlılar  da  (heyvanlar)  daxil 
olurlar.  Habelə,  həmin  sualın  cavabında:  «İnsan 
savadlı bir  canlıdır», –cümləsi də kamil tə’rif sayıla 
bilməz.  Belə  ki,  bu  tə’rif  insan  məfhumunun  bütün 
fərdlərini (savadsızları) əhatə etmir. 
Qeyd  etmək  lazımdır  ki,  mahiyyət,  ümumilikdə 
«şeylər olduğu kimi» mə’nasını daşıyır. Bu mə’nada 
hər  bir  şeyin,  eləcə  də  Allah-təalanın  öz  mahiyyəti 
vardır.  Lakin  fəlsəfi  mə’nada  mahiyyət  əşyanın 
tə’rifindən  ibarətdir.  Başqa  sözlə  desək,  mahiyyət 
növ  və  cins  kimi  kateqoriyalara  bağlıdır.  Allah-
təalanın  isə  bu  kimi  kateqoriyalarla  heç  bir  əlaqəsi 
yoxdur. Buna görə də O uca varlığa tə’rif verilməsi 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
50 
mümkün  deyil  və  bu  baxımdan  Allah-təalanın 
mahiyyəti  yoxdur.  Digər  tərəfdən  hər  bir  mahiyyət 
özü-özlüyündə 
varlıq 
və 
yoxluğa 
nisbətdə 
bərabərdir. 
Yə’ni 
mahiyyətin 
mövcud 
olub 
olmaması  heç  bir  zərurət  daşımır.  Bu  isə  onun 
«mümkinəl-vücud»  olması  deməkdir.  Deməli, 
mahiyyəti olan hər bir şey mümkinəl-vücud sayılır. 
Allah-təala isə «vacibəl-vücuddur», onun var olması 
zəruridir.  (Bu  barədə  «Səbəb  və  nəticəyə  yeni  bir 
baxış» bəhsində danışacağıq). 
VÜCUD VƏ MAHİYYƏTİN BİRİNCİLİYİ 
Bu  bəhsin  tarixi  çox  keçmişlərə  qayıtmasa  da,  bu 
gün İslam fəlsəfəsində mühüm yer tutmuşdur. Onu 
digər 
bəhslərdən 
ayıraraq 
müstəqil 
şəkildə 
araşdıran  ilk  şəxs  Molla  Sədra  Şirazi  olmuş  və  bu 
araşdırmanı  özünün  «Dörd  səfər»  kitabına  daxil 
etmişdir. Məsələni qısa şəkildə belə izah etmək olar: 
Ötən  bəhsimizdən  mə’lum  olduğu  kimi,  nəzərdə 
tutulan  hər  hansı  bir  şeydən  ayrı-ayrılıqda  iki 
məfhum  təzahür  edir.  Bunlardan  biri  vücud,  digəri 
isə  mahiyyətdir.  Vücud  və  mahiyyət  yalnız  bizim 
təsəvvürümüzdə  parçalanmış  halda  öz  əksini  tapır. 
Xarici  aləmdə  isə,  yalnız  bir  şey  mövcuddur. 
Görəsən, həmin şeydə birləşən vücud və mahiyyətin 
hansı  biri  əsas  və  başlıcadır?  Belə  ki,  əşyanın  xarici 
tə’sirləri vücudun, yoxsa mahiyyətin məhsuludur? 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə