Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə12/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
51 
Əgər  biz  bu  tə’sirləri  vücudla  bağlasaq  vücudun, 
mahiyyətlə  bağlasaq  isə  mahiyyətin  birinciliyini 
qəbul etmiş olarıq. 
Tarixən  vücudun  birinciliyini  məşşai  filosofları, 
mahiyyətin birinciliyini  isə  işraq filosofları  müdafiə 
etmişlər.  Molla  Sədranın  «Mütəaliyə  fəlsəfəsi»  də 
vücudun 
birinciliyini 
dəstəkləyir. 
Mütəaliyə 
fəlsəfəsinin  nümayəndələri  bu  nəzəriyyəni  isbat 
edən  çoxlu  dəlillər  gətirmişlər.  Biz  bu  dəlillərin  bir 
neçəsi ilə tanış oluruq: 
1.  Hər  hansı  bir  mahiyyətin  «var»  olması  kimi 
«yox»  olması  da  mümkündür.  Məsələn,  insanın 
mahiyyəti  (həyat  və  şüur)  özü-özlüyündə  həm  var, 
həm  də  yox  ola  bilər.  Başqa  sözlə  desək,  mahiyyət 
varlıq  və  yoxluğa  nisbətdə  bərabərdir.  Mahiyyətin 
bərabərlik həddindən çıxıb varlığa çevrilməsi yalnız 
vücudun  vasitəsilədir.  Lakin  vücud  elə  bir 
məfhumdur ki, onun varlığını inkar etmək mümkün 
deyil. Yə’ni heç bir vücuda «yoxdur» deyə bilmərik. 
Deməli,  vücud  öz  zatına  əsaslanan  həqiqi  və 
başlıca,  mahiyyət  isə  vücuda  bağlı  olan  fərzi  və 
ikinci dərəcəli məfhumdur. 
2.  Hər  hansı  bir  mahiyyət  xarici  aləmdə  mövcud 
olarkən  ondan  müəyyən  tə’sirlər  ayrılır.  Lakin  eyni 
ilə həmin mahiyyət bizim zehn və təsəvvürümüzdə 
olduqda  bütün  tə’sirlərini  itirir.  Məsələn,  od  bir 
mahiyyət  kimi,  xaricdə  yandırmaq  qabiliyyətinə 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
52 
malikdir.  Lakin  həmin  mahiyyət  bizim  zehn  və 
təsəvvürümüzdə  canlanarkən  öz  qabiliyyətini  itirir. 
Deməli,  xarici  aləmdəki  tə’sirlər  mahiyyətin  deyil, 
vücudun məhsuludur. 
3.  Bütün  filosoflar  Allah-təalanın  fəlsəfi  mə’nada 
mahiyyəti 
olmadığını 
qəbul 
edirlər. 
Ötən 
bəhsimizdə biz bunun bə’zi dəlilləri ilə tanış olduq. 
Əgər  xarici  aləmdəki  tə’sirləri  mahiyyətin  məhsulu 
hesab  etsək,  Allah-təalanın  tə’sir  imkanını  rədd 
etmiş  olarıq.  Allah-təala  sırf  vücuddan  ibarətdir. 
Vücudun  başlıca  və  əsas  olmasını  rədd  etmək  o 
sonsuz  varlığın  başlıca  olmasını  inkar  etmək 
deməkdir.  
VAHİD VÜCUD, YOXSA VAHİD MƏ’NA? 
Vücud barəsində mübahisə obyektlərindən biri də 
onun tək və ya daha çox olmasıdır. Sufilik tə’liminə 
görə  vücud  vahiddir.  Xüsusilə,  Hürufilik  və 
Hülulilik 
cərəyanlarının 
nümayəndələri 
gördüyümüz  fərqli  mövcudatın  vahid  bir  vücudun 
müxtəlif təzahürləri olduğunu hesab edirlər. Onlar, 
hətta  Allahın  da  vücud  e’tibarilə  yaratdığı 
məxluqatla  vəhdət  təşkil  etdiyini  söyləyirlər.  Bu, 
sufiliyin «vəhdəti-vücud» tə’limidir. 
İbn  Sinaya  görə  vücud  biri  digərindən  təmamilə 
fərqlənən  çoxluqdur.  Məşşailər  mövcudatın  ortaq 
nöqtə tapılması mümkün olmayan çoxluq olduğunu 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
53 
hesab  edirlər.  Mütəaliyə  fəlsəfəsi  bu  nəzəriyyələrin 
hər  ikisini  rədd  edir.  Bizim  filosoflarımız  vücudun 
özünün vahid olduğunu deyil, onun vahid  mə’nası 
olduğunu bildirirlər. 
Vücudun  mə’nadakı  vəhdəti  aydın  bir  məsələ 
olduğu  halda  çox  münaqişələrə  səbəb  olmuşdur. 
«Kəlam»  alimləri  vücudun  mə’nada  vəhdətini  qəti 
şəkildə  inkar  etmişlər.  Onlara  görə  vücud 
çoxmə’nalı  və  omonim  sözlərdən  sayılmalıdır. 
Əş’ərilər  mövcudatın  sayı  qədər  vücudun  mə’nası 
olduğunu  hesab  edirlər.  Mö’təzilə  və  İmamiyyə 
kəlamiləri 
vücudun 
iki 
mə’nası 
olduğunu 
söyləyirlər.  Onların  fikrincə  vücud  Allah-təala 
barəsində  bir  mə’nada,  məxluqat  barəsində  isə 
başqa  bir  mə’nada  başa  düşülməlidir.  Kəlamilər 
filosofları 
Allah 
və 
məxluqatın 
vücudunu 
eyniləşdirməkdə  təqsirli  bilirlər.  Molla  Sədra 
məktəbinin  nümayəndələri  öz  mövqelərindən 
çəkinməmiş,  müddəalarını  gözəl  dəlillərlə  təsbit 
etmişlər.  Bu  müddəanı  isbat  edən  sadə  dəlillərdən 
biri  ilə  tanış  olaq:  Vücudun  çox  sadə  bir  mə’nası 
vardır:  –Bu  varlıqdır.  Diqqət  edin,  varlıqla  tərəf 
müqabili  ola  biləcək  məfhum  nədir?  Yoxluq 
deyilmi?!  Biz  müəyyən  bir  şey  barəsində  yalnız  bu 
iki  məfhum  əsasında  hökm  edə  bilərik.  Hər  hansı 
bir  şey  barəsində  –həm  vardır,  həm  də  yoxdur, 
yaxud, nə vardır, nə də yoxdur –demək olarmı? Bu 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
54 
müddəa  yunan  filosofu  Aristotelin  formalaşdırdığı 
«üçüncünü 
istisna 
qanunu»na 
(Exclisi 
tertii 
principium)  uyğun  qurulmuşdur.  Bu  qanuna  görə, 
varlıq  və  yoxluq  arasında  olan  iki  hökmdən  biri, 
mütləq həqiqidir. Burada üçüncü hökm ola bilməz. 
Beləliklə,  vücudun  vahid  mə’nası  vardır  və  o  da, 
varlığın  özüdür.  Varlıq  isə  mövcud  olan  bütün  əşyalar 
barəsində  eyni  mə’na  kəsb  edir.  Bu  yöndə  ortaya  çıxan 
anlaşılmazlıqların isə izaha ehtiyacı var. 
Doğrudan da, vücudun bir mə’nası olarsa, bu, bizi 
xəlq edən Allahla bizim vücudumuzun eyni olması 
demək deyilmi? 
Cavab:  Biz  ümumi  məfhumlara  diqqət  etsək, 
onların  neçə-neçə  xüsusi  məfhumları  ehtiva 
etdiklərini  görərik.  Məsələn,  insan  elə  bir  ümumi 
məfhumdur  ki,  minlərlə  xüsusi  fərd  (Əli,  Həsən, 
Cəfər  və  s.)  bu  ümumi  məfhumun  üzvləridir. 
Həmçinin,  böyüklük  anlamı  ümumi  bir  məfhum 
kimi  yüzlərlə  xüsusi  məfhumu  (böyük  ev,  böyük 
dağ, böyük dəniz və s. və i. a.) özündə birləşdirir. 
Gördüyümüz  kimi,  bu  ümumi  məfhumlar  iki 
növdür: 
1.Bə’zi  ümumi  məfhumlar  öz  xüsusi  üzvlərinə 
bərabər paylanır. Bu məfhumun üzvlərinin mə’nası 
öz  fərdlərinə  şamil  olmaqda  qətiyyən  fərqlənmir. 
Məsələn,  insan  ümumi  məfhumu  öz  xüsusi 
üzvlərinə «Əli, Həsən, Cəfər və s.» bərabər paylanır. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə