Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə20/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
85 
Gördüyümüz  kimi,  Allah-təalaya  e’tiqad  və 
Qur’ani-Kərimin 
tə’limləri 
materiya 
problemlərinin 
həll 
olunmasında 
müasir 
elmlərlə ziddiyyət təşkil etmir. Əksinə, Qur’ani-
Kərimin  düzgün  təhlili  onun  müasir  elmi 
kəşflərdən 
çox-çox 
öncə 
bu 
məsələlərə 
toxunduğunu  vurğulayır.  Qeyd  edək  ki,  bu 
barədə 
Qur’ani-kərimdə 
onlarla 
ayə 
mövcuddur. 
Biz  materiya  və  ona  dair  bə’zi  qaranlıq 
məsələlərin  həlli  haqqında  müəyyən  qədər 
mə’lumat  aldıq.  Bütün  bu  xassələri  kənara 
atsaq, metafizika anlayışı bizim üçün aydınlaşır. 
Metafizika 
teleskop, 
mikroskop, 
Vilson 
kamerası  və  Heyger  sayğacı  ilə  deyil,  yalnız  və 
yalnız ağıl vasitəsilə dərk olunur. Materialistlərə 
görə:  «Varlıq,  yalnız  materiyadan  ibarətdir. 
Metafizika  isə  mövcud  deyildir.  O,  insanların 
uydurduğu  əsassız  təxəyyüldür.  Dünyada  elə 
bir şey yoxdur ki, o, materiyanın bu və ya digər 
forması,  xassəsi,  yaxud  da  inkişaf  məhsulu 
olmasın». 
Biz,  materialistlərin  bu  müddəasını  növbəti 
bəhsimizdə cavablandıracağıq. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
86 
 
ŞÜUR VƏ İDRAK 
Ötən  bəhsimizdə  materialistlərin,  varlığı, 
yalnız materiyaya aid etdiklərini qeyd etdik. Bu, 
«Dünyanın  maddi  vəhdəti»  konsepsiyasıdır. 
Materialistlərə  görə  dünyada  materiyadan 
başqa heç nə yoxdur və metafizika hissi yollarla 
dərk 
oluna 
bilmədiyi 
üçün 
onun 
mövcudluğunu  qəbul  etmək  olmaz.  Biz 
metafizikanın  mövcudluğunu  isbat  etmək  üçün 
özümüzə  ən  yaxın  olan  insan  şüuru  və  onun 
funksiyası  olan  idrak  barədə  danışmağı 
məqsədəuyğun saydıq. 
Əvvəlcə  belə  bir  sual  qarşıya  çıxır:  –Şüur 
materiyadır, yoxsa metafizika? 
Materialistlərə  görə  şüur  materiyadan  əmələ 
gəlmiş  və  onun  ali  formasıdır.  Materiyanın 
hərəkət  nəticəsində  inkişaf  etmiş  ali  forması  və 
insan  beyinin  xassəsi  şüur  sayılır.  Başqa  sözlə 
desək, 
şüur 
–baş 
beyninin 
böyük 
yarımkürələrinin 
qabığında 
baş 
verən 
mürəkkəb  proseslərin  və  ali  sinir  fəaliyyətinin 
nəticəsidir.  Bu  nəzəriyyənin  psixo-fizioloji 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
87 
əsaslarını  İvan  Petroviç  Pavlov
1
  şərti  və  şərtsiz 
refleks kimi ifadə etmişdi. 
Məsələnin  psixo-fizioloji  cəhəti  o  qədər  də 
əhəmiyyət  kəsb  etmir.  Ali  sinir  fəaliyyəti  və 
beyinin  siqnal  sistemi  funksiyası  fiziologiya 
elminə  aid  olan  adi  bir  məsələdir.  Lakin  bu 
maddi 
fəaliyyətin 
şüur 
adlandırılması 
materialistlərin  son  dərəcə  gülünc  olduqlarını 
göstərir. 
Əvvəla,  şüurun  materiyadan  törənməsinin, 
daha  dəqiq  desək  materiyanın  inkişaf  edib 
şüura  çevrilməsinin  elmi  əsası  varmı?  Hər  şeyi, 
yalnız  hissi  təcrübəyə  bağlayan  materialistlər, 
görəsən hansı «dəmiri döyüb» şüura çeviriblər? 
Şüur  (onlara  görə)  materiyanın  ali  formasıdır. 
Amma  hər  halda  şüur,  hissi  təcrübə  ilə 
                                                 
1
İvan  Petroviç  Pavlov  –1849-1936-cı  illərdə  yaşamış  rus 
təbiətşünası, insanlar və heyvanların ali sinir fəaliyyətinin şərti 
və  şərtsiz  refleks  metodu  ilə  işlədiyini  söyləmişdi.  Şərtsiz 
reflekslər  xarici  predmetin  sinir  sistemində  obyektiv  olaraq 
qıcıq yaratmasıdır(istinin və soyuğun adi tə’sirləri kimi). Şərti 
reflekslər  isə  həqiqi  deyil,  predmetin  tə’sirləridir.  Alim  bunu 
itinə hər gün yemək verməzdən əvvəl vurduğu zəngi bir dəfə 
boşuna(yemək vermədən) vurarkən itin ağzının sulanmasında 
görmüşdü. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
88 
duyulmur. Elə isə, ümumiyyətlə, onun varlığına 
şübhə edə bilərikmi? 
İkincisi,  materiyanın  əsas  xassələrindən  biri 
onun bölünmə imkanıdır. Şüurun bölündüyünü 
isə  təsəvvür  etmək  nə  qədər  gülüncdür.  Daha 
dəqiqlik  üçün  şüurun  komponentlərindən  olan 
«Mən»  fenomeninə  baxaq.  Şüuru  materiya 
qəbul  etsək,  «mənliyin»  bölünməsi  kimi 
ağlasığmazlıqla rastlaşarıq. 
Üçüncüsü, ali sinir fəaliyyəti və beyinin psixo-
fizioloji  funksiyasını,  eyni  ilə  müasir  kompüter 
texnikası  da  yerinə  yetirir.  Belə  olduğu  halda, 
kompüterə  «şüurlu»  demək  nə  dərəcədə 
düzgündür?!  Əgər  kompüterdə  şüur  varsa,  nə 
üçün özü-özünü proqramlaşdıra bilmir? 
Bütün  bunları  nəzərə  alsaq,  şüurun  materiya, 
yaxud  onun  bu  və  ya  digər  forması,  xassəsi 
olduğunu  qəbul  etmək  çox  çətindir.  Digər 
tərəfdən,  biz  idrak  barədə  mə’lumat  alarkən, 
şüur  və  onun  fəaliyyətinin  maddi  olmadığını 
açıqca görəcəyik.  
İdrak  nədir?  İdrak  konkret  olaraq  insan 
şüurunun  kompleks  fəaliyyət  və  funksiyasıdır. 
İnsanın xarici aləm predmetlərinin hər növünü, 
eləcə  də  onların  biri-birləri  ilə  əlaqəsini  dərk 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
89 
etməsinə 
idrak 
deyilir. 
İnsanı 
robotla 
eyniləşdirən  materialistlər,  onun  idrakını  da 
maddiləşdirməyə  çalışırlar.  Onlara  görə  şüur 
materiyanın  duyğular  vasitəsilə  insan  beyninə 
in’ikas  etməsidir.  Karl  Marksın  sözü  ilə  desək 
şüur  insanın  başına  köçürülmüş  və  orada  yeni 
şəkilə  salınmış  materiyadan  başqa  bir  şey  deyil 
(«Kapital»-dan).  Bu  öncə  qeyd  etdiyimiz  kimi 
psixo-fizioloji 
nöqteyi-nəzərdən 
refleks 
fəaliyyəti  adlanır.  Refleks  fəaliyyəti  aşağıdakı 
şəkildə qurulmuşdur: 
Beyində 
yerləşmiş 
hissiyyat 
üzvlərinin 
(duyğuların)  mərkəzi  sayılan  analizatorlar 
retseptorlar  vasitəsilə  xaricdən  siqnal  və 
qıcıqları  qavrayır  və  bu  siqnallar  da  əsəb  lifləri 
ilə  sinir  sisteminə  ötürülür.  Mərkəzi  sinir 
sistemi 
informasiyanı 
işlədikdən 
(təhlil 
etdikdən)  sonra  yenidən  əsəb  lifləri  ilə 
impulsları  orqanlara  (efektorlara)  göndərir. 
Efektorlar  dərhal  əmrin  icrasına  –hərəkətə 
başlayır.  Bütün  bunlar  çox  mürəkkəb  olsa  da 
belə,  sadə  bir  nəticə  verir  ki,  bu  da  materialist 
təfəkküründə  şüurun  maddiliyi  və  idrakın 
yeganə  yolunun  duyğular  və  hissi  təcrübə 
olmasıdır. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə