Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə17/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
71 
ən’ənəvi  olaraq  «Vacib  əl-Vücud»  adlandırılır.  Bu 
sözun  mə’nası  vücudu  zəruri  və  vacib  olan 
deməkdir.  Bu  varlıq  müqabilində  Onun  məxluqatı 
isə  «Mümkin  əl-Vücud»  (vücudu  zəruri  deyil, 
mümkün  olan)  adlandırılır.  Məxluqatın  yaranıb-
yaranmaması  özü-özlüyündə  zəruri  və  vacib 
deyildir. Məsələn, insan şüurlu bir canlı olaraq həm 
yarana,  həm  də  yaranmaya  bilərdi.  Lakin  Xaliqin 
iradəsi  hökm  etdikdən  sonra  onun  yaranması 
zərurətə  çevrilir.  Bu  o  deməkdir  ki,  insanın 
yaranmasında  spesifik  səbəblərdən  biri  olan  ilahi 
iradə  səbəbi  tamamlayır.  Səbəb  tamamlanan  kimi 
nəticənin  yaranması  da  zəruriləşir  (Bu  barədə 
«Səbəb  və  nəticənin  əsas  əlaqələri»  bəhsində 
danışmışdıq).  Nəticə  e’tibarı  ilə  insan  da  Vacib  əl-
Vücuda  çevrilir.  Bəs  onda  vacib  əl-vücüd  –Allahla, 
vacib əl-vücud –məxluqatın nə kimi fərqləri vardır?! 
Əvvəla,  Allahın  mövcudluğu  və  məxluqatın  isə 
yaranması  vacib  sayılır.  Başqa  sözlə  desək,  Allahın 
«olması»,  məxluqatın  isə  «yaranması»  zərurət 
daşıyır. 
İkincisi,  Allah-təalanın  vücudu  onun  zatından, 
məxluqatın  vücudu  isə  Allahdandır.  Məhz,  buna 
görə  də  Allah-təalaya  «Öz  zatı  ilə  vacib  əl-vücud», 
məxluqata isə «başqasının vasitəsilə vacib əl-vücud» 
deyilir. Yeri gəlmişkən, «Öz zatı ilə vacib əl-vücud» 
termininə  aydınlıq  gətirək.  Bə’ziləri:  «Allah-təalaya 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
72 
Öz zatı vücud vermişdir», –dedikdə, o Uca varlığın 
nəticə,  zatının  isə  səbəb  olduğunu  başa  düşürlər. 
«Allah-təalanın  zatı,  elə  Onun  özüdür.  Deməli, 
Allah 
Özü 
Özünü 
yaratmışdır.» 
Avropa 
sxolastikasında  da  Allah-təalaya  dair  buna  bənzər 
terminlər  işlədilmişdir.  «Causa  sui»  (özü-özünün 
səbəbi) termini bu qəbildəndir. Bu termin, həmçinin 
klassik  alman  idealistləri  Fridrix  Vilhelm  Jozef 
Şellinq (1775-1854) və Georq Vilhelm Fridrix Hegel, 
eləcə  də  yeni  avrofəlsəfənin  banisi  Rene  Dekart 
tərəfindən  eyni  mə’nada  işlədilmişdir.  Əgər  bu 
terminləri, 
həqiqətən 
«Allah 
özü-özünü 
yaratmışdır»  kimi  başa  düşsək,  böyük  səhv  etmiş 
olarıq.  Bəlkə  də  bu  anlaşılmazlığın  meydana 
gəlməsində  ən  böyük  «günahkar»  kəlmələrdir. 
Kəlmələrin  məhdudiyyəti  ifadələrimizdə  bə’zən 
belə  anlaşılmazlıqlar  doğurur.  Əslində  isə  Allahın 
Öz  zatı  ilə  mövcud  olması  Onun  heç  bir  səbəbin 
nəticəsi  olmaması  kimi  dərk  olunmalıdır.  Onu  nə 
özü,  nə  də  başqası  yaratmışdır.  Çünki  o  Uca  varlıq 
yaranmamışdır… 
 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
73 
 
QƏDİM VƏ HADİS 
Tarix boyu fəlsəfi bəhslər arasında geniş və köklü 
mübahisə  obyektinə  çevrilən  məsələlərdən  biri  də 
mövcudatın  «Qədim»,  yaxud  «Hadis»  olmasıdır. 
Fəlsəfi  ədəbiyyatda  bu  iki  kateqoriyanı  əks  etdirə 
bilən  konkret  bir  termin  tapa  bilmədik.  Buna  görə 
də hər iki kəlməyə dair bir qədər açıqlama verməyi 
məqsədəuyğun saydıq. 
«Qədim» sözü, doğma ana dilimizdə olduğu kimi 
–uzaq  keçmişə  xas  olan  şeylərə  deyilir.  Məsələn, 
yaşı  min  illər  olan  tikili,  uzaq  keçmişləri  xatırladan 
yaşlı  ağac  və  s.  xalq  arasında  qədim  sayılır.  Lakin 
fəlsəfi termin kimi «qədim» kəlməsi tarixi olmayan, 
əzəli  varlıqlara  deyilir.  Daha  dəqiq  tə’rif  vermək 
istəsək, belə deyə bilərik ki: «Qədim –əvvəli yoxluq 
olmayan əzəli varlığa deyilir». Bu tə’rifə əsasən, yaşı 
minlər,  bəlkə  də  milyonlar  olan  bir  varlıq  fəlsəfi 
nöqteyi nəzərdən qədim sayılmır. 
«Hadis»  kəlməsi  isə,  birincinin  antonimi  olaraq 
yaşı  çox  olmayan  gənc  varlıqlara  deyilir.  Konkret 
olaraq,  hadis  sözünü  «yeni»  kimi  tərcümə  etmək 
olar.  Bu  kəlmə  də  öz  «əkizi»  kimi  fəlsəfə  də  başqa 
mə’nada  qəbul  olunmuşdur.  Belə  ki,  yaşı  nə  qədər 
çox olsa belə, sonradan vücuda gələn varlıqlar hadis 
sayılırlar.  Beləliklə,  «Yaşından  asılı  olmayaraq 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
74 
əvvəli  yoxluq  olub,  müəyyən  tarixdə  meydana 
gələn  varlıqlar  hadis  adlanır».  Ötən  bəhsimizdə 
sübuta  yetirdik  ki,  Allah-təalanın  vücudu  Onun 
zatındandır.  Bunun  izahında  isə  dedik  ki,  o  Uca 
varlıq  əzəldən  mövcud  olmuş  heç  kim  (hətta  özü) 
tərəfindən  yaradılmamışdır.  Bu,  Allah-təalanın 
«qədim» olduğunu bizə açıq şəkildə bəyan edir. 
Fikrimizcə  «Qədim  və  hadis»  bəhsinin  fəlsəfəyə 
daxil  olması  «Nəticənin  səbəbə  ehtiyacı»  məsələsilə 
bağlıdır. Tarix boyu mütəfəkkir və filosoflar belə bir 
sual  ətrafında  düşünmüşlər:  «Nə  üçün  nəticə  öz 
səbəbinə ehtiyaclıdır?» 
Bu  sualın  cavabında,  artıq  bizə  tanış  olan  kəlam 
məktəbləri  nəticənin  səbəbə  ehtiyacını,  onun  hadis 
olmasında  görürlər.  Onlara  görə  hər  bir  nəticə  öz 
səbəbindən  sonra  mövcud  olmalı  və  onların 
arasında zaman fasiləsi hökm sürməlidir. Nəticənin 
öz  səbəbilə  bir  zamanda  vücuda  gəldiyini  qəbul 
etsək,  onun  səbəbə  olan  möhtaclığını  inkar  etmiş 
olarıq.  Əlbəttə  kəlam  alimlərinin  əsl  məqsədi, 
ən’ənəvi  olaraq,  hər  bir  mövcudun  səbəbi  olan 
Allah-təalanın  «Qədim»,  məxluqatın  isə  «Hadis» 
olduğunu  və  beləliklə,  Ona  möhtac  olduğunu  isbat 
etməkdir. 
Filosoflar  arasında  ilk  dəfə  olaraq  Molla  Sədra 
nəticənin səbəbə ehtiyacını düzgün və əsaslı şəkildə 
izah  edə  bildi.  O,  nəticənin  səbəbə  ehtiyacını,  onun 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə