Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə16/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   12   13   14   15   16   17   18   19   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
67 
Qeyd  etməliyik  ki,  bu  əlaqə,  yalnız  tam  səbəblər 
və  onların  nəticələri  arasında  hakimdir.  Burada 
kəlamilər və filosoflar arasında mübahisə obyektinə 
çevrilən  bir  məsələ  qarşıya  çıxır.  Allah-təala,  Öz 
məxluqatını  yaratmaqda  sözün  əsl  mə’nasında  tam 
səbəbdir. Bu qanuna əsasən, Allah-təalanın mövcud 
olması  onun  məxluqatının  mövcud  olmasını  labüd 
edir.  Kəlamilər  bunu  qətiyyən  qəbul  etmir  və 
filosofları, 
Allahı 
Öz 
davranışında 
məcbur 
bilmələrində ittiham edirlər. Filosoflar isə bunu, əsla 
məcburiyyət  mə’nasında  başa  düşmürlər.  Onlar 
hesab  edirlər  ki,  biz  Allah-təalanın  vücudundan 
danışırıqsa, Onun bütün sifətlərini nəzərə almalıyıq. 
Allah-təala  diridir,  qadirdir,  mərhəmətli  və  lütf 
edəndir  və  s.  Bütün  bu  sifətlər  nəzərə  alındıqda 
kamil  və  tam  bir  səbəb  canlanır.  Bu  səbəbin  də  öz 
nəticələrini  yaratması  labüddür.  Diqqət  edin!  Bu, 
ilahi  lütf  və  mərhəmətlidir,  əsla  ehtiyac  və 
məcburiyyət kimi dərk olunmamalıdır. 
Sinxiyyәt; Səbəb və nəticə arasında olan digər əsas 
və  dərin  əlaqələrdən  biri  də  sinxiyyət  əlaqəsidir. 
Mə’lumdur  ki,  hər  bir  nəticə  istənilən  səbəbdən 
doğula  bilməz.  Habelə,  müəyyən  səbəb,  yalnız 
müəyyən  nəticə  yarada  bilər.  Məsələn,  su,  bütün 
maddələrdən  əldə  olunmur.  Bunun  üçün  müəyyən 
maddələr  mövcuddur.  Həmçinin  şüursuz  təbiət 
şüurlu  insan  yaratmağa  qadir  deyil.  Bu  qanunu 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
68 
ümumi  şəkilə  salmaq  istəsək  belə  ifadə  edə  bilərik: 
«Səbəb  öz  nəticəsinə  verəcəyi  kamillik  və  dəyərə 
sahib  olmalıdır.  Heç  kəs  və  heç  nə  malik  olmadığı 
bir şeyi başqasına verə bilməz!»  
Bu  qanun  Allah-təalanın  varlığını  və  sifətlərini 
isbat  etmək  üçün  ən  mühüm  qanunlardan  biridir. 
Belə  ki,  varlıq  aləmində  həyat,  elm,  şüur  kimi 
xüsusiyyətlərin  mövcud  olması,  onların  cansız, 
elmsiz,  şüursuz  təbiətin  nəticəsi  olduqlarını  inkar 
edir.  Varlıq  aləminə  hakim  olan  bu  xüsusiyyətlərin 
ən  kamil  formasını  özündə  cəmləşdirən  qüdrətli 
Xaliqin  varlığı  bu  yolla  isbat  olunur.  Allah-təala  öz 
müqəddəs 
kitabı 
Qur’ani-kərimdə 
bu 
isbat 
yolundan  çox  gözəl  şəkildə  dəfələrlə  istifadə 
etmişdir. 
SƏBƏB VƏ NƏTİCƏYƏ YENİ BİR BAXIŞ 
Səbəb  və  nəticəyə  dair,  eləcə  də  onlar  arasında 
hakim olan əsas qanunlar haqqında müəyyən qədər 
mə’lumat aldıq. Varlıqlar arasında olan ən sıx əlaqə 
və  kauzallığı  öz  vücudumuzla  hiss  etməklə  yanaşı, 
onu elmi şəkildə də araşdırdıq. İlk öncə bu nəticəyə 
gəldik ki, hər bir mövcudun bir səbəbi var, yə’ni ona 
vücud  bağışlayan  başqa  bir  mövcud  vardır.  Lakin 
diqqət  etdikdə  ortaya  bə’zi  sualların  çıxdığını 
görəcəyik:  


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
69 
–Bu  səbəbiyyət  əlaqəsi  ən  ilkin  bir  səbəblə 
yekunlaşmalı deyilmi? 
–Bütün  varlıqların  səbəbə  ehtiyacı  varsa,  bu 
sonsuzluq deyilmi? 
Bütün  bu  suallara  aşağıdakı  açıqlamalardan 
düzgün cavab ala bilərik: 
«Silsilәvi  sәbәbiyyәt»;  Gəlin  bir  anlığa  bütün 
varlıq  aləmini  təsəvvürümüzə  gətirək.  Gözlərimiz 
önündə 
varlığın 
saysız-hesabsız 
predmetləri 
canlanacaqdır.  Günəş,  Ay,  ulduzlar,  Yer,  dağlar, 
daşlar,  çaylar,  insanlar,  heyvanlar,  bitkilər  və  s. 
Sözsüz ki, bu predmetləri sayıb qurtarmaq mümkün 
deyil,  lakin  bu,  onların  sonsuz  olması  demək 
deyildir.  Mövcudatın  sayı  və  miqdarı  nə  qədər  çox 
olsa  da,  məhduddur  və  sonsuz  deyildir.  Biz 
mövcudatın  hamısını  səbəbiyyət  qanununa  tabe 
edib,  onları  «A-varlığını  B-varlığı,  B-varlığını  V-
varlığı, onu isə Q-varlığı və i. a. Yaratmışdır» tərtibi 
ilə  silsiləvi  şəkildə  əlaqələndirə  bilərikmi?  Sizcə  bu 
varlıqlar  nə  qədər  davam  edə  bilər?  Mövcudatın 
sonsuz  olmadığını  xatırlasaq,  bu  növ  bağlılıqla 
razılaşa  bilərikmi?  Şübhəsiz  ki,  xeyr!  Deməli, 
səbəbiyyət əlaqəsini silsilə sonsuzluq şəklində qəbul 
etmək  olmaz!  Bu,  fəlsəfədə  «Silsiləvi  səbəbiyyət» 
nəzəriyyəsinin puçluğudur. 
«Dairәvi  sәbәbiyyәt»;  Səbəbiyyət  əlaqəsinin 
silsiləliyi nəzəriyyəsi (əgər nəzəriyyə demək olarsa!) 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
70 
tam  mə’nada  rədd  olunur.  Lakin  burada  başqa  bir 
nəzəriyyə də mövcuddur. Bu, dairəvi səbəbiyyətdir. 
Bu nəzəriyyəyə görə səbəbiyyət mövcudat arasında 
dairəvi  şəkildə  hakimdir.  Belə  ki,  A-varlığını  B-
varlığı,  B-varlığını  V-varlığı,  onun  özünü  də  Q-
varlığı, Q-varlığını isə A-varlığı yaratmışdır. Biz bu 
misalda milyonlarla varlığı yuvarlaqlaşdıraraq dörd 
predmetdə (A,B,V,Q) cəmləşdirmişik. Misala diqqət 
etsək,  görərik  ki,  əvvəlcə  Q-varlığını  (V  və  B-nin 
vasitəsilə)  A-varlığı  üçün  səbəb  fərz  etmiş,  daha 
sonra  isə  A-varlığının  Q-yə  səbəb  olduğunu 
söyləmişik.  Bu  isə,  A-nın  Q-yə  münasibətdə  həm 
səbəb,  həm  də  nəticə  olması  deməkdir.  Bir 
mövcudun  digəri  ilə  münasibətdə  həm  səbəb,  həm 
də  nəticə  olmasının  batil  və  puçluğu  aşkardır. 
Göstərilən  misal,  sanki  bir  şəxsin  digərinə  eyni 
vaxtda həm övlad, həm də  ata olması deməkdir ki, 
bu  da  qeyri-mümkündür.  Beləliklə,  «Dairəvi 
səbəbiyyət  nəzəriyyəsi»nin  puçluğu  da  bizim  üçün 
aydınlaşır. 
Hər  iki  nəzəriyyədən  əldə  etdiyimiz  nəticə  bizlər 
üçün  bir  şeyi  isbat  edir:  Mövcudatın  arasında 
səbəbə  ehtiyacı  olmayan  yalnız  bir  mövcud  vardır. 
Əks  təqdirdə  silsiləvi,  yaxud  dairəvi  səbəbiyyəti 
qəbul  etmiş  olarıq.  Səbəbə  ehtiyacı  olmayan  varlıq, 
səbəblər  səbəbi,  mütləq  varlıq  –Allah-təaladır. 
«Mütəaliyə»  fəlsəfəsində  bu  ali  və  pak  varlıq 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə