Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə18/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
75 
«Hadis»  olmasında  görənlərin  nəzəriyyəsini  yanlış 
hesab  etdi.  Filosof  bu  ehtiyacı  nəticənin  səbəblə 
müqayisədə  «vücuda  zəiflik  və  fəqirlik»  anlamı  ilə 
izah  edirdi.  Həmçinin  o,  vücudun  vacib  deyil, 
mümkün olmasını, onun öz səbəbinə möhtac olması 
üçün başlıca amil hesab edirdi. Mütəaliyə filosofları 
bu  müddəanı  isbat  etmək  və  kəlam  alimlərinin 
nəzəriyyəsini 
rədd 
etmək 
üçün 
gətirdikləri 
dəlillərdən  birilə  tanış  olaq:  Biz  varlıq  aləmində 
səbəb və nəticələri mülahizə edərkən bir çox möhtac 
nəticələr  görə  bilərik  ki,  öz  səbəblərindən  sonra 
yaranmışlar  və  onların  arasında  zaman  fasiləsi 
yoxdur.  Məsələn,  günəşin  şüası  günəşlə  eyni 
zamanda vücuda gəlmişdir, lakin bu şüanın günəşə 
nə  qədər  möhtac  olduğu  şübhəsizdir.  Kəlamilərin 
məntiqinə əsasən, günəş səbəb, onun şüası isə nəticə 
olduğu  üçün,  əvvəl  günəş  yaranmalı,  müəyyən 
zaman  fasiləsindən  sonra  onun  şüası  vücuda 
gəlməlidir.  Beləliklə,  filosoflar  öz  nəzəriyyələrini 
isbat  etmiş  olurlar.  Qeyd  etmək  lazımdır  ki,  bu 
nəzəriyyə  yalnız  nəticənin  səbəbə  ehtiyacını  onun 
«Hadis»  olmasında  görən  fikiri  inkar  edir.  Lakin 
bə’zi  filosoflar  bu  nəzəriyyədən  daha  kəskin 
nəticələr  alaraq,  aləmin  «Qədim»  olduğunu  iddia 
etmiş,  Allah-təaladan  başqa  bir  əzəli  varlığın 
mümkünlüyünü  düşünmüşlər.  Onlar  hətta  öz 
müddəalarına dəlil olaraq deyirlər: 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
76 
«Bütün  aləm  Allah-təalanın  yaratdıqlarıdır.  Xəlq 
etmək  Onun  lütfü,  mərhəməti,  ehsanı  ilə  eynidir. 
Öncə  qeyd  etdiyimiz  kimi,  Allah-təalanın  sifətləri 
Onun  zatı  ilə  eynidir.  Onun  zatı  qədim  olduğu 
üçün,  bütün  sifətləri,  lütfü,  mərhəməti,  ehsanı  da 
qədim və əzəlidir (Qədimul-Ehsan). Əgər bu sifətlər 
qədimdirsə,  onun  xəlq  etdiyi  aləm  də  qədim 
olmalıdır.» 
Filosofların  bu  fikrinə  cavab  olaraq,  dövrümüzün 
ən böyük İslam filosoflarından biri olan Məhəmməd 
Təqi Misbahın iradı ilə tanış olaq: 
Allahın  lütfü,  mərhəmət  və  ehsanının  qədim 
olması, eləcə də heç bir zaman və məkan buxovları 
ilə  məhdudlaşmaması  şübhəsizdir.  Lakin  bu, 
məsələnin  yalnız  bir  tərəfidir.  Bu  lütfü,  mərhəmət 
və  ehsanı  əxz  edən  tərəf  (məxluqat)  də  nəzərə 
alınmalıdır.  Onlar  qeyri-məhdud  ilahi  lütfə  şamil 
olmaqda  məhduddurlar.  Necə  ki,  Allahın  lütfünün 
nə  qədər  hədsiz  olmasına  baxmayaraq,  maddə 
aləmi 
zaman 
və 
məkan 
məhdudiyyəti 
ilə 
yaradılmışdır.  Dahi  filosofun  əvəzsiz  iradına  çox 
kiçik  də  olsa,  daha  iki  irad  əlavə  etmək  istəyirik:  – 
Əvvəla  mütəaliyə  fəlsəfəsində  əsas  şərtlərimizdən 
biri  fəlsəfi  nəzəriyyələrin  dini  tə’limlərə  uyğun 
gəlməsidir.  Aləmin  qədim  olması  bizim  möhkəm 
əqidə üsullarımıza müvafiq deyil. Qur’ani-Kərim və 
səhih hədislər Allah-təalanın mövcudatı yoxdan var 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
77 
etməsini, 
Onun 
hər 
şeydən 
öncə 
mövcud 
oluduğunu  tə’lim  edir.  Bu  isə  aləmin  hadis 
olduğundan  xəbər  verir.  İkincisi,  biz  Allah-təalanın 
sifətlərini  diqqətlə  nəzərdən  keçirməliyik.  Lütfkar 
olmaq  lütf  etmək  demək  deyildir.  Mərhəmətli 
olmaq mərhəmət etmək kimi dərk olunmamalıdır. 
Diqqət  etmək  lazımdır  ki,  birincilər  şəxsin  zatı 
sifətləri,  ikincilər  isə  bu  sifətlərdən  qaynaqlanan 
davranış və hərəkətlərdir. Mümkündür ki, şəraitdən 
asılı  olaraq  bu  sifətlər  mövcud  olduğu  halda, 
onlardan qaynaqlanan hərəkətlər icra olunmasın. Bu 
isə  həmin  sifətlərə  və  sifət  sahiblərinə  nöqsan 
gətirməz! 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
78 
 
METAFİZİKA VƏ MATERİYA 
Fəlsəfənin 
həll 
etməyə 
çalışdığı 
köklü 
problemlərdən  biri  də  metafizika  və  materiya 
kateqoriyalarıdır.  Metafizika  materiyanın  tam 
əksinə  olaraq,  maddi  keyfiyyətlərdən  kənarda 
olan  bir  aləmdir.  Bu  aləmə  xas  olan  mövcudat 
İslam fəlsəfəsində «Mücərrəd varlıqlar» adlanır. 
Allah-təala,  mələklər,  ruh,  şüur  və  s.  bu 
varlıqlardan  hesab  olunurlar.  Metafizikanın 
dərk olunması, yalnız əqli yollarla mümkündür. 
Hissi  təcrübə  yolu  ilə  bu  aləmi  dərk  etmək 
imkan  daxilində  deyildir.  Əgər  materiyanı 
düzgün  təhlil  edə  bilsək,  metafizika  anlamı 
bizim üçün aydınlaşar. Materiya dedikdə maddi 
keyfiyyətlərə  malik  olan  bütün  varlıqlar 
nəzərdə  tutulur.  Bu  isə  həm  «maddə»yə,  həm 
də  «sahə»yə  şamil  olur.  Maddə  sükunət 
kütləsinə  malik  olan  diskret  varlıqlardan  təşkil 
olunmuşdur.  Diskret  dedikdə  isə  «fasiləlilik» 
xarakteri olan atom, molekul və s. kimi varlıqlar 
anlaşılır.  Sahə  isə  materiyanın  sükunət  kütləsi 
olmayan 
kontinual 
(fasiləsiz) 
növüdür. 
Elektromaqnit  sahəsi  və  cazibə  bu  qəbildəndir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
79 
Yeri  gəlmişkən  kvant  mexanikasında  sübuta 
yetirilmiş  düalist  varlıqları  da  qeyd  edək. 
Bunlar subatom səviyyəsində zərurətə görə həm 
korpuskulyar  (diskret,  fasiləli),  həm  də  dalğa 
(kontinual, 
fasiləsiz) 
xassələri 
qazanan 
varlıqlardır.  Həm  maddə,  həm  sahə  ,  həm  də 
sonuncular  fəlsəfi  baxışla  materiya  sayılır. 
Materiyaya  müxtəlif  mütəfəkkirlər  tərəfindən 
tə’riflər 
verilmiş, 
xüsusiyyətlər 
müəyyənləşdirilmişdir: 
*
Dekarta  görə  materiyanın  əsas  xassəsi  onun 
uzunluğudur. 
*
Fransız  materialisti  Pol  Anri  Holbax  (1723-
1789)  materiyaya  belə  tə’rif  vermişdir:  «Bizə 
nisbətdə  hər  hansı  yolla  hisslərimizə  tə’sir 
göstərən bütün şeylər materiyadır». 
*
İngilis filosofu Con Lokkun fikrincə uzunluğa 
və sıxlığa malik olan subetansiya materiyadır. 
*
Sovet imperiyasının banisi Vladimir İliç Lenin 
(1870-1924) 
materiyanın 
tə’rifində 
deyir: 
«Materiya 
bizim 
duyğularımızdan 
asılı 
olmayaraq mövcud olan, eləcə də duyğularımız 
vasitəsilə  əks  olunan  obyektiv  gerçəkliyi 
göstərmək üçün fəlsəfi bir kateqoriyadır». 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə