Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə21/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
90 
Materialistlərin  verdiyi  bu  fərziyyəyə  çoxlu 
sayda  cavablar  vermək  olar.  Bu  məntiqi 
cavabların bir neçəsi ilə tanış olaq: 
*
İnsan  idrakını,  yalnız  duyğu  və  təcrübəyə 
əsaslandırsaq,  ilk  növbədə  materialistlərin  öz 
fərziyyələri  şübhə  altına  düşər.  «İdrakda 
təcrübənin  zəruriliyi»  tezisini  hansı  təcrübə 
üsulu ilə dərk etmək olar?! 
*
Bu  tezisi  qəbul  etsək,  heç  bir  şeyin  «qeyri-
mümkün»  olduğunu  isbat  edə  bilmərik.  Çünki 
«qeyri-mümkünü  təcrübədən  keçirməyin  və 
duyğularla  hiss  etməyin  özü  də,  qeyri 
mümkündür.  Məsələn,  iki  paralel  xəttin 
kəsişməsinin 
qeyri-mümkünlüyünü 
kim 
təcrübədən  keçirmişdir?  Yaxud,  üçbucaqlı 
kvadratın  qeyri-mümkün  olduğunu  duyğularla 
hiss etmək olarmı? 
*
İdrakın,  yalnız  duyğularla  bağlı  olduğunu 
desək,  «səbəbiyyət»  kimi  əqli  nəticələr  əldə 
olunmayacaq.  Müəyyən  hadisədə  səbəb  və 
nəticəni  ayrı-ayrılıqda  görmək  və  ya  anlamaq 
mümkündür.  Lakin  onların  arasında  olan  əlaqə 
və  səbəbiyyəti  duyğular  vasitəsilə  hiss  etmək 
mümkün deyildir. Əgər bunun mümkünlüyünü 
söyləsək,  demək,  prosesdə  üç  predmet  (səbəb, 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
91 
nəticə  və  səbəbiyyət)  olduğunu  e’tiraf  etmiş 
olarıq.  Məhz,  bu  çıxılmazlığa  görə  XVIII  əsr 
empiristlərindən  olan  Devid  Yum  səbəbiyyəti 
belə  izah  edirdi  (Bu  barədə  «səbəbiyyət 
qanunu»  bəhsində  danışmışıq):  «İnsan  iki  şeyi 
ardıcıl  və  paralel  şəkildə  o  qədər  təkrar-təkrar 
görür  ki,  onların  arasında  olan  səbəbiyyəti  əldə 
edir». Lakin filosofun yanılması açıq-aydındır.  
Əvvəla,  qeyd  etdiyimiz  kimi,  səbəbiyyət 
ardıcıllıq və paralellikdən əldə olunmur. Bir çox 
ardıcıl  və  paralel  mövcudlar  vardır  ki, 
aralarında səbəbiyyət qanunu hakim deyildir. 
İkincisi,  səbəbiyyət,  yalnız  təkrarlanaraq  dərk 
olunmamışdır.  Biz  iki  şey  arasında  olan 
səbəbiyyəti  laboratoriya  araşdırmalarında,  elə 
ilk  təcrübəmizdə  aşkarlaya  bilərik.  Elmi 
kəşflərin  ən  azı  yarısı  təkrar  deyil,  ilk 
təcrübədən əldə olunmuşdur. 
Yeni  dövr  materialistləri  idrak  prosesində  öz 
tezislərinin  çatışmazlığını  görmüş,  məhz  buna 
görə  də,  idrakın  daha  bir  mərhələsi  olduğunu 
söyləmişlər.  Bu  «məntiqi  idrak»dır.  Hissi 
idrakdan  qaynaqlanan  bu  mərhələ  təfəkkür 
prosesi sayılır. İnsan, məhz, təfəkkür prosesində 
anlayış,  mühakimə  və  əqli  nəticələr  əldə  edir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
92 
Həmişə olduğu kimi materialistlər öz sələfləri –
sofistlər kimi həqiqəti kəlmə (dialektika) ilə ört-
basdır  etməyə  çalışırlar.  Buna  görə  idrakın  bu 
mərhələsini 
də 
materiya 
xassəsi 
hesab 
etmələrindən  təəccüblənmirik.  Yeni  fərziyyənin 
puç  olduğunu  isbat  etmək  üçün  kifayət  qədər 
sübutlar  olsa  da,  bütün  bunlardan  vaz  keçir, 
materializmin  düşdüyü  daha  çıxılmaz  bir 
vəziyyəti nəzərinizə çatdırırıq. Xatırlayırsınızsa, 
əsas problem şüurun materiya və ya metafizika 
olması  deyil,  ümumiyyətlə,  metafizikanın 
mövcudluğu  və  dərk  olunması  idi.  Əgər 
materialistlər 
duyğularla 
qavranılmayan 
məsələləri məntiqi idrakla qavraya bilirlərsə, elə 
həmin 
idrakla 
metafizikanı 
dərk 
etmək 
olmazmı?  
«Məntiqi  idrak»  deyilən  proses  maddi,  yaxud 
qeyri-maddi 
olmasından 
asılı 
olmayaraq, 
duyğulardan  kənarda  olan  varlıqları  dərk 
etməyə  qadirdir.  Beləliklə,  metafizikanın  dərk 
olunmasının  mümkünlüyü  və  eləcə  də  onun 
mövcud  olması  sübuta  yetir.  Necə  deyərlər, 
«Quod  erat  demonstrandum»  -  elə  bunu  sübut 
etmək tələb olunurdu. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
93 
Məntiqi  idrak  fərziyyəsinə  əsaslanaraq  hətta 
şüur  və  idrakın  maddiliyini  qəbul  etsək, 
metafizikanın  dərk  olunması  və  beləliklə  də 
mövcud  olması  sübuta  yetəcəkdir.  Çünki  bu 
fərziyyə  ilə  materialistlər  duyğulardan  kənar 
olan  obyektlərin  dərk  olunmasını  e’tiraf  etmiş 
olurlar.  Necə  deyərlər,  ––elə  bunu  sübut  etmək 
tələb olunurdu. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
94 
 
MƏKAN VƏ ZAMAN 
Materiyanın  əsas  xassələrindən  biri  də  onun 
məkan  və  zaman  kateqoriyaları  ilə  sıx 
bağlılığıdır.  Biz  materiyanın  bu  və  ya  digər 
formasını  düşündükdə  dərhal  onun  müəyyən 
həcmi 
və 
aləmdəki 
nisbi 
mövqeyi 
təsəvvürümüzdə  canlanır.  Bu  materiyanın 
məkan kateqoriyasıdır. Məkan, yalnız və yalnız 
materiyaya  xasdır  və  ondan  ayrılmazdır. 
Metafizikanı  məkanla  əlaqələndirmək  olmaz. 
Materiyanın 
mövcudluğu 
məkandan 
ayrılmazdır  və  onunla  universal  əlaqədədir. 
Lakin bu əlaqə İ. Kantın dediyi kimi hissiyyatın 
aprioru  deyil,  həqiqi  əlaqədir.  Bu  fəlsəfi 
kateqoriya  materiyanın  üç  ölçüsünü;  en, 
uzunluq  və  hündürlüyünü  müəyyən  edir. 
Məkan  barəsində  çoxlu  tə’rif  və  nəzəriyyələr 
irəli  sürülmüşdür.  Onlardan  bə’ziləri  ilə  tanış 
olaq: 
Platon  məkanı  bütün  aləmin  həcminə  bərabər 
tutaraq, onu  materiyadan kənar bir cəhət hesab 
edirdi.  Platonun  tə’rifində  qüsur  yaradan  əsas 
amil 
məkanın 
materiyadan 
kənar 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə