Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə2/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

terminini 
məhşur 
yunan 
filosofu 
Sokratla
2
 
əlaqələndirən nəzəriyyədir. Bu ehtimala görə Sokrat 
özünü  filosof  adlandıran  ilk  şəxs  olmuşdur.  Sokrat 
bu  adı  öz  üzərinə  götürdüyü  zaman  –Sofizm 
(Sophisma)  adı  ilə  geniş  yayılmış  bir  məktəblə  elmi 
mübahisələr 
aparmaqda 
idi. 
Bu 
məktəbin 
nümayəndələri, yə’ni Sofistlər özlərini alim, müdrik 
(sofizm  sözünün  mə’nası  belədir)  adlandırsalar  da 
elm  və  idrakın  əsl  düşmənləri  idilər.  Onlar  heç  bir 
şeyin  həqiqət  olmadığını  iddia  edir,  həqiqət  varsa 
da  onu  dərk  etməyin  qeyri-mümkünlüyünü 
söyləyirdilər. Sofizm əsasən materialist yönümlü bir 
anlayışdır, lakin bu anlayışla heç materiyanı da dərk 
etmək  mümkün  deyildir.  Sofistlər  öz  müddəalarını 
isbat  etmək  üçün  bütün  məntiqi  qanunlara  zidd 
olan  yalançı  bir  üslubdan  istifadə  edirdilər.  Bu 
üsluba  Sofistika
1
  deyilir.  Sofistlər  vahid  məktəbdə 
birləşmirlər.  Lakin  Cənubi  İtaliyada  meydana 
gəlmiş  «Eleya  məktəbi»  bu  sahədə  daha  çox 
fərqlənir. 
Belə  bir  zamanda  dahi  mütəfəkkir  olan  Sokrat  bu 
batil məktəblə üz-üzə dayandı. Məhz buna görə də, 
                                                 
2
Sokrat  –eramızdan  əvvəl  469-399-da  Afinada  yaşamışdır. 
Platon, Aristipp, Evklid kimi dahilərin müəllimi sayılır. Ondan 
yazılı şəkildə heç nə qalmamışdır. 
1
Sofistika 
–mübahisə 
zamanı 
səhv 
dəlilləri, 
formal 
düzgünlüklə pərdələyərək tətbiq etməkdir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

o,  özünü  Sofist  –alim,  müdrik  deyil,  filosof,  yə’ni 
elmi,  müdrikliyi  sevən  adlandırdı.  Başqa  bir 
ehtimala görə, Sokrat hədsiz təvazökarlığı səbəbi ilə 
alim  adlanmasından  imtina  etdi.  Bir  sözlə  Sokrat 
insan  təfəkkürünün  əvəzsiz  fədaisi,  fəlsəfənin 
«Tacsız  kralı»  sayılır.  Bu  «Fəlsəfə  kralı»  öz 
zamanında,  xüsusilə  ilahiyyatın,  humanizmin  və 
əxlaqi 
məsələlərin 
inkişafında 
müstəsna 
rol 
oynamışdır.  Şərq  filosoflarının  bir  qismi  Sokratın 
peyğəmbər olması ehtimalını da irəli sürmüşlər. Bu 
ehtimalla  ziddiyyət  təşkil  edən  yeganə  məsələ 
Sokratın  nəzəriyyələrində  bə’zi  çatışmazlıqların 
olması  faktıdır.  Lakin  bu  ziddiyyəti  aradan 
qaldırmaq  o  qədər  də  çətin  deyil.  Belə  ki,  biz 
Sokratın  nəzəriyyələrini  yalnız  onun  tələbələrinin 
əsərlərində 
müşahidə 
edə 
bilirik. 
Onun 
nəzəriyyələrinin  yalnız  bu  əsərlərdə  əks  olunması 
onların  təhrif  olunması  ehtimalını  artırır.  Qədim 
yunan qövmü içərisində İlahi elçilərin mövcudluğu 
zərurəti,  heç  də  həqiqətdən  uzaq  deyil.  Bu 
zəruriyyətin  təsdiqini  «Qur’ani-Kərim»də  də  görə 
bilərik: 
«Elә  bir  ümmәt,  qövm  yoxdur  ki,  onun 
içәrisindәn bir peyğәmbәr olmasın».
2
 
                                                 
2
Fatir surəsi, ayə 24. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 

Biz  bu  ehtimalın  düzgün  olması  haqda  deyil, 
mümkünlüyü  barədə  danışırıq.  Təsdiqləyəcəyimiz 
yeganə  məsələ  odur  ki,  Sokrat  sözün  həqiqi 
mə’nasında bir ilahiyyatçı filosof olmuşdur. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
10 
 
FƏLSƏFƏ AVROPADA 
Fəlsəfi  məsələlər  çox  qədimdən  araşdırılsa  da, 
müstəqil  şəkildə  olmamışdır.  Fəlsəfi  fikirləri  bütün 
elmlərdən ayrı və müstəqil şəkildə öyrənməyi lazım 
bilən  ilk  şəxs  tanınmış  yunan  filosofu  Aristotel
1
 
oldu.  O,  bu  sahadə  öz  nəzəriyyələrini  məqalə 
şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad 
qoymamışdı.  Sonralar  Aristoteldən  qalan  əsərləri 
cəm  edib  ensiklopediya  halına  gətirdilər.  Yuxarıda 
qeyd  etdiyimiz  elmi  sahə,  yə’ni  Aristotelin  fəlsəfi 
fikirləri bu kitabda fiziki elmlərdən sonra yer tutdu. 
Bu  elmin  xüsusi  bir  adı  olmadığı  üçün  onu 
«Metafizika»,  yə’ni  «fiziki  elmlərdən  sonrakı  elm» 
adlandırdılar.  Bu  ad  həmin  elmə  ensiklopediyanın 
tərtibinə  əsasən  qoyulmuşdu.  Tədricən  bu  məsələ 
unuduldu  və  alimlər  belə  bir  qənaətə  gəldilər  ki, 
metafizika  bu  elmin  mahiyyətinə  əsasən  meydana 
gəlmişdir.  Belə  ki,  Aristotelin  fəlsəfi  fikirləri 
ilahiyyata  və  ümumi  əqli  məsələlərə  aid  olduğu 
üçün  belə  adlandırılmışdır.  Beləliklə,  metafizika  öz 
həqiqi  mə’nasını  itirib,  «Transfizika  –fizikadan 
                                                 
1
Aristotel  –eramızdan  əvvəl  384-322-ci  illərdə  yaşamış  yunan 
filosofu.  Şərqdə  Ərəstu  kimi  tanınmış  bu  mütəfəkkir  Afinada 
Platonun  məktəbində  oxumuşdur.  Məntiq  elminin  banisi 
sayılır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
11 
başqası» anlamını kəsb etdi. Bu məsələ ilk növbədə 
Avropa  filosoflarının  arasında  meydana  gəlmiş  və 
yayılmışdır. 
İsa 
Məsihin 
(ə) 
peyğəmbərliyindən 
sonra 
xristianlıq  dininin  geniş  yayılması  fəlsəfi  fikirlər 
üçün  yeni  bir  mərhələ  oldu.  Bu  mərhələni  antik 
fəlsəfə (Sokrat, Platon, Aristotel fəlsəfəsi) ilə xristian 
dini tə’limlərinin qarşılıqlı əlaqələri təşkil edirdi. Bu 
qarşılıqlı əlaqələr Avropa kilsələrində tədris olunan 
«Sxolastik 
fəlsəfəni» 
(Scholasticos) 
meydana 
gətirdi.  Sxolastik  fəlsəfə  təhrif  olunmuş  Bibliya
2
 
tə’limlərini  əsas  götürərək  özünəməxsus  bir  fəlsəfi 
sistem yaratdı. Sxolastika nümayəndələri bu sistemi 
yaratmaqla  Avropada  yeganə  fəlsəfə  təmsilçisinə 
çevrildilər. 
Avropa 
fəlsəfəsinin 
ən 
böyük 
«bədbəxtliyi» də, məhz bu olmuşdur. 
Sxolastika 
tə’limində 
metafizika 
kor-koranə 
şəkildə  qəbul  olunur,  dünyanın  fiziki  mənzərəsi 
yalnız  Ptolomeyin
1
  baxışları  ilə  izah  edilirdi.  Onlar 
öz  tə’limləri  ilə  ziddiyyət  daşıyan  hər  hansı  bir 
nəzəriyyəni  rədd  edir,  həmin  nəzəriyyə  sahiblərinə 
                                                 
2
Bibliya  –  yunan  dilində  kitablar  deməkdir.  Yəhudilik  və 
xristianlığa  aid  kitablar  külliyatı  –50  kitab  əhdi-ətiq  yəhudi 
tə’limləri, 27 kitab əhdi-cədid xristianlıq tə’limlərini əhatə edir. 
1
  Ptolomey  –eramızdan  əvvəl  2-ci  əsrdə  yaşamış  yunan 
filosofu.  Geosentrik  dünya  sistemi  nəzəriyyəsinin  banisi 
sayılır. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə