Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə6/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
24 
 
İŞRAQ FƏLSƏFƏSİ 
İbn  Sinadan  başlayaraq  Məşşai  fəlsəfəsinin 
sistemləşərək genişləndiyi bir dövrdə yeni bir fəlsəfi 
cərəyan  zühur  etdi.  Bu  fəlsəfi  cərəyana  görkəmli 
Azərbaycan 
filosofu 
Şihabəddin 
Sührəvərdi
1
 
başçılıq  edirdi.  Sührəvərdi  həm  Platonun
2
,  həm  də 
Aristotelin  fəlsəfi  fikirləri  ilə  tanış  idi.  O,  yaratdığı 
fəlsəfəyə  «İşraq  fəlsəfəsi»  (intuitiv  fəlsəfə)  adını 
vermişdi. 
Sührəvərdiyə 
görə 
həqiqətin 
kəşf 
olunması üçün iki yolun mövcudluğu zəruridir: 
1.Aşkar  əqli  dəlillər,  isbat  və  istidlallar 
(deduksiyalar
3
). 
2. Əməli mərhələlər keçərək ruhun paklanması ilə 
İlahi nurdan kömək almaq. 
İşraq  sözünün  mə’nası  «Nur  saçmaq»  deməkdir. 
Cərəyanın  «İşraq»  adlandırılması  həqiqətin  kəşf 
olunmasında  Sührəvərdinin  zəruri  bildiyi  İlahi 
                                                 
1
Şihabəddin  Sührəvərdi  –Yəhya  ibn  Həbəş  –1154-1191-ci 
illərdə yaşamış Azərbaycan filosofudur. Fəlsəfə və sufiliyə dair 
50-dən çox əsərin müəllifidir. Əqidəsi uğrunda qətlə yetirilmiş 
və «Öldürülmüş filosof» adı ilə dillərə düşmüşdür.  
2
Platon  –eramızdan  əvvəl  428-348-də  yaşamış  dahi  yunan 
filosofudur.  Sokratın  şagirdi,  Aristotelin  müəllimi  hesab 
olunur. 30-dan artıq fəlsəfi əsəri qalmışdır. 
3
Deduksiya  –düşünmək  prosesində  ümumidən  xüsusiyə 
getmə, yekun çıxarma. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
25 
nurla  əlaqədardır.  O,  bütün  mövcudatı  nur  və 
zülmətdən  ibarət  bilirdi.  Sührəvərdiyə  görə  nur  ilə 
zülməti  seyr  etmək  və  nəhayət,  nurlar-nuru  Allahı 
tapmaq  lazımdır.  İşraqilər  özlərini  Platonun 
varisləri  hesab  edirlər.  Məşşai  və  İşraq  fəlsəfi 
cərəyanları  arasında  ən  əsaslı  ixtilaf  işraqilərin 
həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci şərtdir 
(ruhun  paklanması).  Lakin  Aristotel  ilə  Platon 
arasında, məhz bu məsələdə, fikir ayrılığı olduğunu 
heç kəs sübut edə bilməmişdir. 
XX  əsrin  görkəmli  filosofu  şəhid  Mürtəza 
Mütəhhəriyə
1
  görə  bu  iki  filosof  arasında  qeyd 
etdiyimiz  məsələ  barəsində  ixtilaf  olmamışdır. 
İşraqilərin 
lideri 
Şihabəddin 
Sührəverdi 
zəmanəsinin  sufiləri  ilə  sıx  əlaqədə  olduğu  üçün 
ruhun  paklanması  şərtini  öz  cərəyanına  daxil 
etmişdir.  Tarixdə  bu  iki  filosof  arasında  mübahisə 
mövzusunda sübuta yetmiş yalnız bir məsələ vardır 
ki,  bu  da  Platonun  «İdeyalar»  nəzəriyyəsinin 
Aristotel 
tərəfindən 
qəbul 
olunmamasıdır. 
«İdeyalar» 
nəzəriyyəsində 
bizim 
müşahidə 
etdiyimiz  aləmdən  başqa  digər  bir  aləmin  də 
olduğundan  söhbət  açılır.  Platon  gördüyümüz  hər 
bir şeyin əsl həqiqətinin həmin aləmdə yerləşdiyinə 
                                                 
1
Şəhid  Mürtəza  Mütəhhəri  –XX  əsrin  görkəmli  filosofu,  fəqih 
və  sosioloqudur.  Çoxlu  sayda  məqalə  və  kitabları  çapdan 
çıxmışdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
26 
inanırdı.  Bu  aləm  «İdeyalar»  aləmi  adlanır.  Filosof 
hər bir mövcudun kökünü o aləmdə axtarır, insanın, 
əvvəlcə  orada  olub  sonra  isə  bu  aləmə  gəldiyini  və 
hər mə’lumatı orada öyrənib, sadəcə bu aləmdə hər 
şeyin təkrar olduğunu bildirirdi. Aristotel isə bütün 
bunları  inkar  edir  və  aləmin  kökünü  nous–  nus 
deyilən vahid qüvvə və imkanda görürdü. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
27 
 
KƏLAM MƏKTƏBLƏRİ 
Müsəlmanlar  arasında  geniş  yayılmış  təfəkkür 
məktəblərindən  danışarkən  «Kəlam  məktəbləri»ni 
də  xatırlamaq  yerinə  düşərdi.  Kəlam  məktəbləri 
əsasən VIII əsrdən e’tibarən İslam əsaslarına istinad 
edərək formalaşan fikri sistemlərdir. Kəlam elminin 
fəlsəfə  ilə  ortaq  xüsusiyyəti  əqli  dəlillərə,  isbat  və 
istidlallara  bağlı  olmasındadır.  Bu  elmin  «Kəlam» 
adlandırılmasının  tarixi  kökləri  vardır.  Belə  ki,  VIII 
əsrdə  İslam  mütəfəkkirləri  arasında  belə  bir 
mübahisəli  məsələ  ortaya  çıxdı:  –Görəsən,  Allah 
kəlamı olan Qur’ani-Kərim məxluqdurmu? Yə’ni bu 
müqəddəs kitab Allah kimi əzəlidir, yoxsa sonradan 
xəlq  olunmuşdur?  Kəlam  məktəbləri  arasında 
mübahisə  obyektinə  çevrilən  ilk  məsələ  Allah 
kəlamı (Qur’ani-Kərim) olduğu üçün bu məktəblərə 
«Kəlam» adı verildi. 
İslam 
mütəfəkkirləri 
əsasən 
üç 
«Kəlam» 
məktəbinə ayrılmışlar: 
1.Əşairә,  yaxud  Əş’әrilәr;  Bu  ad  məktəbin  banisi 
Əbül-Həsən  Əş’əri  (874-941)  ilə  bağlıdır.  Əş’ərilər 
məktəbinin  fikir  və  nəzəriyyələri  çoxdan  mövcud 
olsa  da,  X  əsrdə  Əbül-Həsən  Əş’əri  tərəfindən 
sistemləşdirildi.  Əhli-sünnənin  böyük  əksəriyyəti 
Əş’ərilərin nəzər və əqidələrinə e’tiqad bəsləyirlər. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
28 
2.Mö’tәzilә;  Bu  qrup  mütəfəkkirlər  öz  fikir  və 
nəzəriyyələrini 
VIII 
əsrdə 
bir 
məktəbdə 
sistemləşdirdilər.  Məktəbin  banisi  Vasil  ibn  Əta  (?-
748) və Əmr ibn Übeyd (699-762) sayılır.  Mö’təzilə 
məktəbi  IX  əsrin  birinci  yarısında  Abbasilər 
dövlətinin  rəsmi  dini  e’lan  olunmuş,  az  sonra  isə 
tə’qiblərə  mə’ruz  qalmışdır.  Əhli-sünnənin  bir 
hissəsi bu məktəbin ardıcıllarıdır. 
3.İmamiyyә;  Bu  məktəb  Əhli-beyt  əqidəsinə  xas 
olan təfəkkür tərzinə malik olması ilə fərqlənir. 
Bu  fikir  cərəyanları  arasında  mübahisə  doğuran 
çoxlu məsələlər var. Biz bu məsələlərin bir neçəsinə 
işarə etməklə kifayətlənirik: 
1)  Cәbr  vә  ixtiyar;  Məktəblər  arasında,  bəlkə  də, 
ən  kəskin  mübahisə  doğuran  məsələdir.  Məsələnin 
əsas 
mahiyyəti 
məxluqatın 
davranış 
və 
hərəkətlərinə  Allahın  hansı  dərəcədə  müdaxilə 
etməsindən  ibarətdir.  Belə  ki,  görəsən,  insan  öz 
davranış  və  hərəkətlərində  ixtiyar  sahibidir,  yoxsa 
Allah tərəfindən məcbur edilir? 
–Əş’ərilər  insanın  ixtiyar  sahibi  olmadığına  və 
etdiyi  hər  bir  əməldə  məcbur  olduğuna  e’tiqad 
bəsləyirlər. 
–Mö’təzililər  isə  bunun  müqabilində  ifrat  əks-
mövqe  tutmuşlar.  Onlara  görə  Allah  məxluqatı 
yaratdıqdan  sonra  onları  öz  ixtiyarına,  nəzarətsiz 
buraxıb heç nəyə dəxalət etmir. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə