Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə4/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
16 
edərək radikal bir materializmin bünövrəsini qurdu. 
Qeyd 
etmək 
lazımdır 
ki, 
Hegelçiliyin 
materialistcəsinə 
təhlil 
olunmasında, 
Marks, 
bilavasitə 
alman 
ateisti 
Lüdviq 
Feyerbaxın
2
 
müstəsna  tə’siri  altında  olmuşdur.  Marks  Hegelin 
«inkarı  inkar  qanunundan»  daha  kəskin  və  ateist 
nəticələr çıxarmışdı. O, bu qanunu ümumiləşdirərək 
dialektika  və  tarixi  materializmin  əsasını  qoydu. 
Dialektika  və  tarixi  materializmə  görə  iqtisadi 
amillər  hər  hansı  bir  cəmiyyətdə  onu  inkar  edən 
əkslik rolunu oynayır. Bu əksliyin  həmin  cəmiyyəti 
inkar  etməsindən  yeni  bir  cəmiyyət  meydana  gəlir. 
Marks  bu  qanuna  əsasən,  inkişaf  etmiş  bütün 
kapitalist  cəmiyyətlərinin  sosializmə  keçəcəyini 
düşünürdü.  Biz  Marksizmin  nə  qədər  gülünc  bir 
nəzəriyyə  olduğunu  «Sosializm,  Kapitalizm  və 
İslam iqtisadiyyatı» kitabında bəyan edəcəyik. 
Kantdan  başlayaraq  Almaniyada  idealizmin 
formalaşdığı 
bir 
dövrdə 
Fransa 
filosofları 
«təcrübəyə  doğru geriyə» şüarını  irəli sürdülər. Bu, 
yaranmaqda  olan  yeni  bir  təfəkkürün,  «Pozitevizm 
                                                                                               
çıxış  etmişdir.  Ən  məşhur  əsəri  siyasi-iqtisadla  bağlı  olan 
«Kapital» kitabıdır. 
2
Lüdviq  Feyerbax  –  1804-1872-də  yaşamış  alman  mənşəli 
materialist  və  ateist  filosof  .  Hegel  fəlsəfəsinin  materializmə 
yönəldilməsində  əvəzsiz  rolu  olmuşdur.  Ateist  baxışlarına 
görə 1830-cu ildə Erlangen universitetindən qovulmuşdur. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
17 
fəlsəfəsi»nin  şüarı  idi.  Pozitevizm  fəlsəfə  və 
metafizikaya qarşı daha «qəddar» mövqe tutmuşdu. 
Bu  məktəbə  görə,  ümumi  əqli  məsələlərdən  bəhs 
edən  fəlsəfə  və  metafizika  adlı  heç  bir  şey  yoxdur. 
Pozitevizmin banisi Ogüst Kont
3
 sayılır. İngiltərədə 
isə bu fikri inkişaf etdirən və vüs’ət almasına kömək 
edən  Herbert  Spenser
1
  olmuşdur.  Pozitevizmin 
metafizikaya  qarşı  radikal  mövqeyi  Avropa 
fəlsəfəsində daha dərin böhran yaratmışdır. 
 
 
                                                 
3
Ogüst  Kont  –1798-1857-də  yaşamış  fransız  filosofu.  Məşhur 
fransız  sosialisti,  inqilabçı  Sen-Simonun(1760-1825)  katibi 
olmuşdur. 
1
Herbert  Spenser  –1820-1903-də  yaşamış  ingilis  filosofu, 
Pozitevizmin banilərindən biri sayılır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
18 
 
MÜSƏLMANLARIN FƏLSƏFİ BAXIŞLARI 
İslam  dininin  zühur  etdiyi  gündən  müsəlmanlar 
arasında  fəlsəfi  fikirlər  mövcud  olmuşdur.  Belə  ki, 
«Qur’ani-Kərim»  öz  İlahi  də’vətində  insanları  əqli 
nəticələr  vasitəsilə  metafizikaya,  Allaha,  mələklərə 
və Axirət gününə inam bəsləməyə səsləyirdi. Lakin 
fəlsəfə  müsəlmanlar  arasında  xüsusi  bir  elm 
şəklində  VIII  əsrdən  e’tibarən  geniş  yayılmağa 
başladı.  Bu  bir  tərəfdən  müsəlmanların  sıralarında 
ilahiyyat  məsələləri  ilə  bağlı  ciddi  ixtilafların  baş 
qaldırdığı,  digər  tərəfdən  isə  Abbasi  xəlifələrinin 
yunan,  hind  və  iran  fəlsəfə  kitablarını  ərəb  dilinə 
tərcümə  etdirib,  geniş  yaydıqları  zamana  təsadüf 
edir.  Hələ  ilkin  mərhələlərdən  başlayaraq,  İslam 
alimləri  bütün  əqli  elmləri  fəlsəfə  kimi  tanıyırdılar. 
Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis,  üsul və 
fiqh  kimi  nəqli  elmləri  çıxmaq  şərti  ilə  ilahiyyat, 
cəbr,  həndəsə,  astronomiya  və  musiqi  kimi  bütün 
əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər. 
Bu  baxımdan,  fəlsəfə  ümumi  bir  elm  olduğundan 
onun 
üçün 
xüsusi 
bir 
tə’rif 
və 
mövzu 
göstərilməmişdir. 
Bu 
mərhələdə 
İslam 
mütəfəkkirləri 
fəlsəfəni 
aşağıdakı 
hissələrə 
bölmüşlər: 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
19 
1.Nәzәri  fәlsәfә;  Bu  növ  fəlsəfə  əşyanın  olduğu 
kimi  tədqiqinə  varır,  onun  malik  olduğu  kəmiyyət 
və  keyfiyyətləri  araşdırır.  Nəzəri  fəlsəfə  də  öz 
növbəsində üç hissədən ibarətdir: 
a)  İlahiyyat;  ali  təbəqəli  fəlsəfə.  Bu  fəlsəfənin 
mövzusu  ümumi  şəkildə  varlıqdır.  Başqa  sözlə 
desək, bu fəlsəfə var olan hər bir şeyin kim və ya nə 
olduğundan  asılı  olmayaraq,  ümumilikdən  söhbət 
açır. Demək, bizim düşündüyümüzün əksinə olaraq 
«İlahiyyat»  fəlsəfəsi,  təkcə  «Allahın»  varlığından 
danışmır.  Lakin  «Allah»  məfhumu  bu  elmin  ən  ali 
mövzusu  olduğu  üçün  «İlahiyyat»  adı 
ilə 
tanınmışdır. 
b)  Riyaziyyat;  orta  təbəqəli  fəlsəfə.  Bu  fəlsəfə  isə 
əşyaya  hakim  olan  riyazi  qanunlardan  bəhs  edir. 
Cəbr,  Həndəsə  və  Musiqi
1
  elmləri  bu  hissənin  əsas 
bölümləridir.  Cəbr  ədədlərə,  Həndəsə  xətlərə, 
Musiqi  isə  səs  və  notlara  hakim  olan  riyazi 
qanunları  təsdiq  edir.  Bu  elmlərin  əsas  və  ortaq 
olmaq  şərti  ilə  iki  xüsusiyyəti  var.  Əvvəla,  burada 
                                                 
1
Musiqi  hələ  qədim  zamanlardan  filosofların  diqqət 
mərkəzində  olmuşdur.  Səslərin  hormonik  rəqsləri  müasir 
fizikada  da  öz  əksini  tapmışdır.  Pifaqorçular  öz  fəlsəfi 
tə’limlərində  musiqiyə  geniş  yer  vermişlər.  Deyilənlərə  görə 
«ikinci  müəllim»  ləqəbi  ilə  tanınmış  məşhur  filosof  Əbu  Nəsr 
Fərabi(870-950)  musiqini  fövqəl’adə  şəkildə  mənimsəmiş, 
musiqi vasitəsilə qarşı tərəfin psixoloji durumunu duymağı və 
ona istənilən psixoloji vəziyyəti aşılamağı bacarmışdır. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə