Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə5/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
20 
qanunların  şamil  olduğu  mövzular  yalnız  xarici 
aləmdə  müəyyən  maddi  predmetə  bağlanır.  Zehni 
təsəvvürdə  isə  onları  müəyyən  maddi  predmetə 
bağlamaq  zəruri  deyil;  məsələn:  3,  5,  10  rəqəmləri 
xarici aləmdə, yalnız maddi predmetlərin (ağac, ev, 
daş  və  s.)  əsasında  özlərini  göstərirlər.  Zehni 
təsəvvürdə  isə  bu  zərurət  aradan  gedir.  İkinci 
xüsusiyyət  isə  bu  elmlərdə  qanunların  riyazi  və 
dəyişməz olmasıdır.  
v)  Təbii  və  fiziki  elmlər;  aşağı  təbəqəli  fəlsəfə.  Bu 
hissəyə  aid  olan  fəlsəfə  əşyanın  təbii  və  fiziki 
fəlsəfələrini  araşdırır.  Fizika,  kimya,  fiziologiya, 
biologiya və s. kimi elmlər buraya daxildir. 
2.Əmәli fәlsәfә, yaxud әxlaq vә hüquq fәlsәfәsi; 
bu fəlsəfə insanın əməl və hərəkətləri haqda söhbət 
açır,  rəftarının  yaxşı  və  ya  pis  olduğunu  açıqlayır. 
Bu  növə  Əxlaq,  Ailə  hüquqları,  Hüquq  və  Siyasət 
daxildir. 
Müsəlman  alimləri  fəlsəfənin  növləri  arasında 
nəzəri fəlsəfənin birinci hissəsinə, yə’ni «İlahiyyat»a 
tədricən  daha  çox  üstünlük  verməyə  başladılar. 
İslam  filosofları  bu  elmlə  daha  ətraflı  maraqlanır, 
nəzəriyyələr  irəli  sürürdülər.  Beləliklə,  əvvəllər 
ümumi  ad  olaraq  bütün  əqli  elmləri  şamil  edən 
fəlsəfə müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul 
olundu. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
21 
Qeyd  etdiyimiz  kimi,  «İlahiyyat»  varlıq  aləmini 
qeydsiz-şərtsiz araşdırır. Bu elmin mövzusu konkret 
şəkildə  nə  maddə,  nə  də  metafizikadır.  Varlığın, 
yaxud «vücudun» ümumi qanunları, xüsusiyyətləri 
və  s.  bu  elm  vasitəsilə  açıqlanır.  Yə’ni,  misal  üçün 
hər  hansı  bir  maddəni  götürsək,  onunla  bağlı  olan 
«səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada 
söhbət  maddənin  bir  nəticə  kimi  hansı  səbəbdən 
vücuda  gəlməsi,  yaxud  da  bir  səbəb  kimi  hansı 
nəticələr  doğurmasından  gedir.  Bu  qanunun 
(Səbəbiyyət)  həmin  maddəyə  hakim  olması  onun 
maddə  olduğundan  irəli  gəlmir.  Sadəcə,  maddənin 
«mövcud  olması»  onun  bu  qanunla  əlaqəli 
olduğunu açıqlayır. Lakin bu maddənin qeyri-üzvi, 
elastik və radioaktiv olub-olmaması, bilavasitə onun 
maddə  olması  ilə  bağlıdır.  Beləliklə,  birinci  qanun 
(Səbəbiyyət)  fəlsəfənin,  sonrakılar  (qeyri-üzvilik, 
elastiklik, radioaktivlik) isə fizikanın mövzularıdır. 
 
 
 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
22 
 
MƏŞŞAİ FƏLSƏFƏSİ 
XI-XII  yüzilliklərdən  başlayaraq  İslam  filosofları 
iki  əsas  fəlsəfi  cərəyana  ayrılmağa  başladılar. 
Bunlardan biri «Məşşai fəlsəfəsi» idi. «Məşşai» sözü 
yeriyən  deməkdir.  Bu  söz  Aristotelin  davamçılarını 
özündə cəm etmiş «Peripatetik» (yunanca: perepateo 
-  gəzişirəm,  yeriyirəm)  məktəbdən  götürülmüşdür. 
Bunu  Aristotelin  Likey  xiyabanlarında  gəzişərək 
fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai 
fəlsəfi  cərəyanının  önündə  şərqin  görkəmli  filosofu 
İbn  Sina
1
  durur.  İbn  Sina  Farabidən  sonra  Aristotel 
nəzəriyyələrinə  varis  çıxan  ən  böyük  filosof  sayılır. 
Onun  sistemləşdirdiyi  Məşşai  fəlsəfəsinin  əsas 
xüsusiyyəti  həqiqətin  kəşf  olunmasında  yalnız  əqli 
yollara  istinad  etməsindən  ibarətdir.  Məşşai 
filosofları  hesab  edirlər  ki,  həqiqətin  kəşf  olunması 
üçün əqli sübutlar kifayət edir. Bunun üçün həqiqət 
axtaranın  əməli  mərhələlər  keçməsi,  ruhunu 
paklaşdırması zəruri deyildir. 
                                                 
1
İbn  Sina  –Əbu  Əli  Hüseyn  İbn  Abdullah  980-1037-ci  illərdə 
Orta Asiya və İranda yaşamışdır. Latınlaşdırılmış adı Avissena 
olan  bu  filosof,  həm  də  misilsiz  təbabət  alimi  olmuşdur. 
Məşşai  fəlsəfəsinin  banisi  sayılır.  Onun  Aristotel  fəlsəfəsinin 
geniş  yayılmasında  mühüm  rolu  olmuşdur.  İbn  Sinanın 
«Biliklər kitabı», «Şəfa», «İşarat», «Tibb elminin qanunu» və s. 
kitabları dünya şöhrəti qazanmışdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
23 
Məşşai  fəlsəfəsi  İslam  dünyası  üçün  mütləq  bir 
fəlsəfə  sistemləşdirə  bilməsə  də,  müsəlmanlar 
arasında  uzun  əsrlər  boyu  hakim  fəlsəfi  nəzəriyyə 
olmuş  və  geniş  yayılmışdır.  Bu  fəlsəfənin 
Bəhmənyar  ibn  Mərzban
2
,  Nəsirəddin  Tusi
1
,  İbn 
Bacə
2
 kimi görkəmli nümayəndələri olmuşdur. 
 
 
 
                                                 
2
Bəhmənyar  ibn  Mərzban  –  XI  əsrdə  yaşamış  Azərbaycan 
filosofudur.  İbn  Sinanın  elminə  yiyələnmiş  ən  iste’dadlı 
şagirdidir.  Onun  yazmış  olduğu  «Təhsil»,  «Metafizikanın 
mövzusu»,  «İzahat»,  «Mövcudatın  mərtəbələri»  və  başqa 
kitabları  dünyanın  bir  çox  dillərinə  tərcümə  olunub  çapdan 
çıxmışdır. 
1
Nəsirəddin Tusi – Məhəmməd ibn Həsən 1201-1274-ci illərdə 
yaşamış 
dahi 
Azərbaycan 
filosofudur. 
Riyaziyyat, 
Astronomiya, Minerologiya, təbabət elmləri sahəsində əvəzsiz 
xidmətləri  olmuşdur.  Marağa  Astronomiya  Rəsədxanasını 
tə’sis 
etmişdir. 
Nəsirəddin 
Tusi 
e’tiqad 
bəslədiyi 
imamiyyə(şiə)  əqidələrini  fəlsəfi  şəkildə  «Təhzibul-Kəlam» 
kitabında açıqlamışdır. İbn Sinanın «İşarat» kitabına gözəl şərh 
yazmış bu İlahi filosofun onlarla qiymətli kitabı günümüzədək 
elm ocaqlarında tədris olunur. 
2
İbn  Bacə  –Əbu  Bəkr  Məhəmməd  ibn  Yəhya  1070-1139-cu 
illərdə  yaşamış  ərəb  filosofu,  Fizika,  riyaziyyat,  astronomiya, 
təbabət  və  musiqiyə  dair  bir  çox  məqalə  və  kitabların 
müəllifidir. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə