Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə7/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   10   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
29 
–İmamiyyə  bu  məsələdə  hər  iki  məktəbin  əksinə 
olaraq  orta  bir  mövqe  seçmişdir.  İmamiyyə 
Əş’əriləri rədd edərək deyir: 
«Əgər  insan  öz  əməllərində  ixtiyar  sahibi  deyilsə, 
bəs  nə  üçün  Qur’ani-Kərim  insanları  imana, 
düzlüyə 
də’vət 
edir, 
küfr 
və 
pisliklərdən 
çəkindirir?» 
«İxtiyar  sahibi  olmayan  insana:  «Öz  işindən  əl 
götür!»–demək məntiqə uyğundurmu?» 
«Digər 
tərəfdən, 
insan 
gördüyü 
işlərə 
məcburdursa,  hansı  məntiqlə  Qiyamət  günü  öz 
əməllərinə görə cavab verməlidir?» 
«İxtiyar sahibi olmayan insana: –Sən bunu nə üçün 
etdin? –demək doğrudurmu?» 
İmamiyyə  mö’təzililərin  də  bu  barədəki  e’tiqadını 
qəbul  etmir.  Çünki  insan  mütləq  şəkildə  azad  ola 
bilməz.  Bu  həm  sağlam  şüurun,  həm  də  Qur’anın 
hökmlərinə ziddir. İmamiyyəyə görə, insan  Allahın 
iradəsi çərçivəsində azad və ixtiyar sahibidir. 
2)  Allahın  zatı  vә  Onun  sifәtlәri;  Qur’ani-Kərim 
Allah-təalanı  vəsf  edərkən  ona  bir  çox  kamal 
sifətləri  nisbət  vermişdir.  Görmək,  eşitmək,  qüdrət, 
elm və s. keyfiyyətlər əzəmətli Xaliqin sifətləri kimi 
müqəddəs  kitabımızda  qeyd  edilmişdir.  Kəlam 
məktəbləri  arasında  mübahisə  doğuran  məsələ  bu 
sifətlərin necə dərk olunmasındadır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
30 
–Əş’ərilər bu sifətləri hərfi mə’nada başa düşürlər. 
Onlara görə: Allah-təalanın görməsi, eşitməsi bizim 
başa  düşdüyümüz  adi  hiss  üzvləri  ilə  olduğu 
kimidir.  Bu  isə,  Allahın  cismə  malik  olması,  Onun 
gözü,  qulağı,  əli,  ayağı  olması  deməkdir.  Əş’ərilər 
möminlərin 
Qiyamət 
günü 
Allahı 
gözlə 
görəcəklərinə  də  inanırlar.  Əbül  Həsən  Əş’əri 
özünün  «Əl-ibanətu  fi  usul  əd-diyanət»  kitabında 
(səh.5-6)  yazır:  «Allah-təala  mütləq  Qiyamət  günü 
məxluqat  üçün  görünəcəkdir»
1
.  Bu  məsələdə 
xüsusilə,  Hənbəli  firqəsi
2
,  daha  xurafi  e’tiqadlara 
inanır.
2
 
                                                 
1
Bu  məzmunda  (Allahın  qiyamət  günü  gözlə  görülməsi)  olan 
hədisləri  aşağıdakı  Əhli-sünnə  kitablarında  tapa  bilərsiniz: 
«Əl-miləlu  vən-nihəl»  c.1,  səh.85-94,  «Şərh  əl-əqaid»  (kitab 
Təftazani-haşiyə  Kəstəli)  səh.70,  «Əl-ləvami’  əl-ilahiyyə», 
səh.82-98. 
2
Hənbəli  firqəsi.  Əhli-sünnət  məzhəblərindən  biridir.  İmam 
Əhməd  ibn  Hənbəlin(780-855)  adı  ilə  bağlıdır.  Əsasən 
vəhhabilər bu firqəyə aiddir. 
2
 
Burada, yalnız özlərini tövhid əhli hesab edərək Əhli-beyt 
tərəfdarlarını  müşrik  sayan  vəhhabilərin  (bə’zən  vəhhabi 
olduqlarını belə gizlədirlər) puç e’tiqadları aşkara çıxır!.. Əziz 
oxucular,  aşağıdakı  hədislərə  nəzər  salmaqla  vəhhabilərin 
«tövhid» əqidəsini çox gözəl anlayacaqsınız: 
«Allah Adəmi Öz sifətində yaratdı». 
«Allahın  bədən  üzvləri  vardır  və  ayağında  olan  əlamətlərlə 
tanınar». 
«Allah-təala qiyamət günü göydən yerə enəcək…». 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
31 
–Mö’təzililər  bu  məsələdə,  daha  çox  bitərəf 
dayanmağa  üstünlük  verir,  bə’zi  hallarda  isə, 
İmamiyyə  məktəbi  ilə  razılaşmağa  belə  məcbur 
olurdular. 
–İmamiyyə  məktəbi  Allahın  zatında  tövhidə 
inandığı  kimi,  Onun  sifətlərində  də  tövhidə  inanır. 
Belə ki, Allah-təalanın sifətləri Onun zatı ilə eynidir. 
Onun  zati  isə  xalis  şəkildə  qüdrət,  elm,  həyat  və 
sairdir. Lakin biz Onun sifətlərini sadaladıqda ayrı-
ayrılıqda xüsusi sifətlər kimi ifadə edirik. 
Kəlam  məktəbləri  arasında  olan  ixtilaflı  məsələlər 
təkcə  qeyd  etdiklərimizdən  ibarət  deyil.  Yalnız,  bu 
məktəblərlə nisbətən yaxından tanış olmaqdan ötrü 
bu  məsələlərə  qısa  şəkildə  izah  verdik.  Ümumi 
şəkildə, 
Kəlam 
məktəbləri 
İslamın 
təfəkkür 
                                                                                               
«Peyğəmbər (s) Allahı görüb səcdəyə düşdü». 
«Qiyamət  günü  cəhənnəmin  nə’rəsini  sakit  etmək  üçün 
Allah-təala  ayağını  cəhənnəmə  sallayaraq  deyəcək:  –Bəsdir! 
Bəsdir!..»
1
 
Bu cümlələrdə vəsf olunan «Allah»la müşriklərin ibadət 
etdikləri bütlər arasında fərq görmək mümkündürmü? Elə isə, 
Məhəmməd ibn Əbdül Vəhhab
2
 özündən və tərəfdarlarından 
başqa hamıya kafir, müşrik deyincə, öz əqidələrində bir qədər 
islahat aparsaydı, yaxşı olmazdımı? Bunun əvəzində o, təkcə 
«Kəşf əş-şübəhat» kitabında öz tərəfdarlarından başqa digər 
bütün müsəlmanları iyirmi dörd dəfə müşrik, iyirmi dəfə 
kafir, bütpərəst, Allah düşməni və s. adlandırmışdır. Bu, 
əş’ərilərin Allahın zatı və Onun sifətlərinə dair əqidələri idi. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
32 
tarixində  özləri  üçün  geniş  yer  açmış  və  əksər 
hallarda  filosoflarla  üz-üzə  gəlmişlər.  Kəlam 
alimləri ilə filosoflar arasında bir çox fikir ayrılıqları 
mövcud olmuşdur. Bə’zi hallarda bu fikir ayrılıqları 
dərin münaqişələrə də gətirib çıxarmışdır. Məsələn, 
əhli-sünnənin  böyük  alimlərindən  olan  İmam 
Ğəzali
1
 
filosof 
İbn 
Sinanı 
dəfələrlə 
kafir 
adlandırmışdır. 
Kəlam 
məktəblərinin 
nümayəndələri  olan  kəlamilərin  fikrincə,  filosoflar 
Qur’an  və  sünnəyə  istinad  etmədikləri  üçün  səhv 
nəticələr  əldə  edir,  çoxlu  ixtilaf  və  fərqli  fikirlərə 
gəlirlər. Lakin kəlamilərin özləri Qur’an və sünnəyə 
istinad  etdikləri  halda  səhv  nəticələrdən,  ixtilaflı 
fikirlərdən  uzaq  qala biliblərmi?  Şübhəsiz  ki,  cavab 
mənfidir.  Elə  isə,  nə  üçün  kəlam  alimləri  onlarla 
məktəblərə ayrılıblar? 
Dahi  İslam  filosofu  Əllamə  Məhəmməd  Hüseyn 
Təbatəbai
2
 bu barədə yazır (ixtisarla): 
                                                 
1
İmam Ğəzali –Əbu Hamid Məhəmməd ibn Məhəmməd 1059-
1111-ci  illərdə  yaşamış  əhli-sünnə  ilahiyatçısı  və  Kəlam 
məktəbinin  nümayəndəsidir.  Sufiliyə  meyilli  olmuşdur. 
Filosoflara,  xüsusilə  də  Farabi  və  İbn  Sinanın  fikirlərinə  qarşı 
çıxmışdır.  «Filosofların  məqsədi»,  «Filosofları  təkzib  etmə», 
«Din  emlərinin  dirçəlişi»  və  s.  kimi  şöhrətli  kitabların 
müəllifidir. 
2
Əllamə  Məhəmməd  Hüseyn  Təbatəbai  –XX  əsrdə  yaşamış 
misilsiz  Azərbaysan  filosofu,  onlarla  fəlsəfi  kitab  və 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə