Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə3/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   2   3   4   5   6   7   8   9   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
12 
divan  tuturdular.  Fizika  alimlərinin  hələ  13-14-cü 
əsrlərdəki cəhd və kəşfləri sxolastikanın, xüsusilə də 
bu  fəlsəfi  cərəyan  nümayəndələrinin  dünyanın 
fiziki  mənzərəsi  yönündəki  tə’limlərinin  yanlış 
olduğunu  aydınlaşdırırdı.  Sxolastika  dünyanın 
geosentrik 
sistemə 
tabe 
olduğuna 
inanırdı. 
Geosentrik 
sistem 
Ptolomey 
tərəfindən 
əsaslandırılmış  antik  fiziki  nəzəriyyədir.  Bu 
nəzəriyyəyə  görə  Yer  hərəkətsiz  olub  kainatın 
mərkəzi  sayılır  və  Günəş  daxil  olmaqla  bütün 
səmavi  cisimlər  Yerin  ətrafında  dövr  edirlər. 
Geosentrik  dünya  sisteminə  qarşı  duran  nəzəriyyə 
Heliosentrik  sistemidir.  Heliosentrik  sistem  isə 
Kainatın  mərkəzini  Yer  deyil,  Günəş  haseb  edir. 
Hələ  qədimdən  nəzəri  şəkildə  söylənilmiş  bu 
fərziyyə,  nəhayət,  16-cı  əsrdə  polyak  astronomu 
Nikolay  Kopernik  (1473-1543)  tərəfindən  isbat 
olundu.  Sxolastika  tə’limlərinin  elmi  şəkildə  özünü 
doğrultmaması  Avropada  fəlsəfi  fikirlərə  tamamilə 
kölgə  saldı.  Bütünlükdə  Avropa  Sofizmə,  eləcə  də 
hər  şeyə  şübhə  ilə  yanaşmağa  meyl  etdi.  Onlar  –
əgər bu gün Geosentrik tamamilə səhv bir nəzəriyyə 
olması  isbat  olundusa,  digər  fəlsəfi  fikirlərin  də 
yalan 
olmadığına 
zəmanət 
varmı? 
–deyə 
düşünürdülər. 
Belə bir zamanda yeni bir təfəkkür formalaşdı. Bu 
təfəkkür  «Empirizm  fəlsəfəsindən»  ibarət  idi. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
13 
Empirizm  fəlsəfəsi  hər  şeyin  təcrübəyə  bağlı 
olduğunu  iddia  edir  və  insan  idrakının  təcrübədən 
kənarda  olan  hər  hansı  bir  şeyi  isbat  etməyə  qadir 
olmadığını  söyləyirdi.  Bu  təfəkkür  tərzinə  hələ  14-
cü  əsrdə  ingiltərəli  filosof  Uilyam  Okkamda  (1285-
1349) təsadüf etmək olar (Nominalizm). Sonralar isə 
Empirizm  fəlsəfəsi  Frensis  Bekon  (1561-1626), 
Tomas Hobbs (1568-1679), Con Lokk (1632-1704) və 
Devid  Yum  (1711-1778)  tərəfindən  müxtəlif 
şəkillərdə  inkişaf  etdirilmişdi.  Empirizm  dalğası 
bütün  Avropanı  «Təcrübəyə  bağlılıq»  ruhuna  qərq 
etdi. 
Avropalıların  fəlsəfədən  şübhəyə  düşdükləri  bir 
dövrdə  digər  tərəfdən  görkəmli  fransız  filosofu 
Rene  Dekart
1
  yeni  bir  fikirlə  çıxış  etməyə  başladı. 
Dekart avropalıların «şübhəsini» öz fikirlərinin əsası 
qərar  verdi.  O  şübhənin  mövcudluğunu  həqiqətin 
mövcudluğuna  dəlalət  edən  başlıca  amil  hesab 
edirdi.  Sonralar  Dekart  öz  fəlsəfəsini  «Goqito  erqo 
sum  –  düşünürəmsə,  deməli  mövcudam»  prinsipi 
üzərində  sistemləşdirdi.  Dekartın  bu  prinsipində 
yanlış 
məqamların 
olduğunu 
ikinci 
fəsildə 
                                                 
1
Rene  Dekart  –1596-1650-də  yaşamış  fransız  mənşəli  filosof, 
riyaziyyatçı, fizik və fizioloq. Niderlandda 20 il təhsil almışdır. 
Ən  böyük  uğuru  analitik həndəsəni  yaratmasıdır.  Həndəsədə 
absis və ordinat oxlarını müstəvi üzərində ilk dəfə tətbiq etdiyi 
üçün bu koordinatlar Dekart koordinatları adlanır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
14 
açıqlayacağıq.  Lakin  qeyd  etmək  lazımdır  ki,  bu 
filosofun  Sofizm  cərəyanından  olan  müasirləri  ilə 
mübarizəsindəki 
nailiyyətləri 
inkarolunmazdır. 
Dekart 
riyaziyyatda 
analitik 
həndəsənin, 
kosmoqoniyada  Günəş  sisteminin  təbii  inkişafının, 
fiziologiyada  reaksiyaların  reflektor  hadisəsinin  ilk 
elmi təsvirlərinin banisi sayılır. Onun məhz bu elmi 
nüfuzu  öz  fəlsəfəsinin  vüs’ət  tapmasında  mühüm 
rol oynamışdır. 
Müasir  Avropa  fəlsəfəsinin  formalaşması  haqda 
danışarkən İmmanuil Kantın
1
 da rolunu qeyd etmək 
lazımdır. 
Onun 
klassik 
alman 
idealizminin 
yaranmasında da xüsusi xidmətləri olmuşdur. Kant 
fəlsəfəsi  özünün  tənqidi  çıxışları  ilə  fərqlənmişdir. 
Bu  fəlsəfəyə  tənqidi  fəlsəfə  (critical  philosophgy), 
yaxud  transsendental  idealizm  deyilir.  Kant 
empirizm 
dalğasından, 
başqa 
sözlə 
desək 
«Təcrübəyə  bağlılıq»  ruhundan  tam  xilas  ola 
bilməmişdi.  Bununla  belə  o,  metafizikaya,  xüsusilə 
də  Allaha  inanmağın  zəruri  olduğunu  deyirdi. 
Yalnız,  Kant  təcrübədən  kənarda  qalan  bu 
varlıqların  dərkolunmazlığını  iddia  edirdi.  Bu 
                                                 
1
İmmanuil  Kant  –1724-1804-də  yaşamış  Alman  filosofudur. 
Köniqsberqdə  anadan  olmuş,  klassik  alman  idealizmini 
yaratmışdır. 
Kosmoqoniyada 
kainatın 
dumanlıqdan 
yaranmasını 
iddia 
edən 
«Nebulyar» 
hipotezini 
irəli 
sürmüşdür. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
15 
filosofa  görə  bizim  hiss  üzvləri  ilə  dərk  edə 
bilmədiyimiz  şeylər  «özündə  şey»  sayılmalıdır. 
«Özündə şey» isə dərkolunmazlıqdır.  
Bir  müddət  sonra  Kant  idealizmi  məşhur  filosof 
Georq  Vilhem  Fridrix  Hegel
2
  tərəfindən  inkişaf 
etdirildi. 
Hegel 
alman 
idealizminin 
əsas 
nümayəndələrindən  sayılır.  O,  materiyanın  deyil, 
ruhun  əsas  və  birinci  olduğuna  inanırdı.  Lakin 
Hegelin  varlıq  barədə  sistemləşdirdiyi  tə’lim, 
həqiqəti  bir  növ  inkar  etmək  idi.  Bu  tə’lim  thesis-
antithesis-synthesis  kimi  formalaşan  «inkarı  inkar 
qanunu»  idi.  Bu  qanun  iki  əks  şeyin  vəhdətini 
tərənnüm edir. Bu vəhdət, həm də mübarizədir. İki 
əks şey bir-biri ilə mübarizə edir və nəticədə şey öz 
əksini  «inkar»  edərək  məhvə  mə’ruz  qoyur.  Lakin 
bu elə məhvdir ki, ondan inkarı inkar edən üçüncü 
bir şey törəyir. Deməli, birinci şey – thesis, ikinci onu 
inkar  edən  əkslik  –  antithesis  və  nəhayət  yaranmış 
üçüncü  şey,  inkarı  inkar  edən  –  synthesis  -dir. 
Hegelin bu təfəkkürü 19-cu əsrdə «Sol hegelçilər»in 
meydana  gəlməsinə  səbəb  oldu.  Onların  lideri  Karl 
Marks
1
 idi. Marks, Hegelin idealizmini darmadağın 
                                                 
2
Georq  Vilhelm  Fridrix  Hegel  – 1770-1831-də  yaşamış  Alman 
filosofu. Klassik idealistlərdən sayılır. 
1
Karl  Marks  –  1818-1883-də  yaşamış,  məşhur  materialist 
filosof, 
tarixi 
materializm-marksizmin 
banisi. 
İnqilabi 
fikirlərində  proletar  fəhlə  sinifinin  müdafiəsi  mövqeyindən 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə