Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə9/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
37 
hərflərdə təzahür  edə bilir.  Ümumiyyətlə,  hürufilər 
nitq,  hərf  və  əşyanın  adına  xüsusi  diqqət  yetirirlər. 
Onlara  görə,  şeylərin  mahiyyəti  onların  adındadır. 
Şeyin  adını  almaq  onu  məhv  etməkdir.  Fəzlullah 
Nəiminin  insan  bədəni  və  cizgiləri  ilə  ərəb  hərfləri 
arasında  əlaqələr  tapdığı  söylənilir.  Tanınmış  azəri 
şairi 
İmadəddin 
Nəsiminin
1
 
də 
hürufilik 
cərəyanının  nümayəndəsi  olduğu  ehtimal  olunur. 
Hər halda, sufilik bütün cərəyanları ilə birlikdə, elm 
və məntiqlə əsaslanmayan bir yığım cəfəngiyyatdır. 
Zəmanəmizdə 
sufilik 
barədə 
danışarkən 
«Panteizm»  termini  eşidilməkdədir.  Panteizm 
termini 
sufilikdən 
çox-çox 
sonra 
Avropada 
meydana  gəlmişdir.  Mahiyyət  e’tibarı  ilə  bu  termin 
sufilik  tə’limi  ilə  uyğun  gəlir.  Panteizm  sözü 
yunanca  «Hər  şey  Allah»  deməkdir.  İlk  dəfə  bu 
termini  ingilis  filosofu  Con  Toland  (1670-1722) 
işlətmişdir.  Panteizmdə  Allahı  insanda  və  təbiətdə 
əridir, insanı Allah olmağa qadir hesab edirdilər. 
                                                 
1
İmadəddin  Nəsimi  –1369-1417-ci  illərdə  yaşamış  görkəmli 
azəri  şairi,  sufi  mütəfəkkiri.  Sufi  fikirlərinə  görə  Misir 
fəqihlərinin  fitvası  ilə  Suriyanın  Hələb  şəhərində  diri-diri 
dərisi soyulmuşdur. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
38 
 
MÜTƏALİYƏ FƏLSƏFƏSİ 
Haqqında danışdığımız məşşai və işraq fəlsəfələri, 
eləcə  də  kəlam,  irfan  və  sufilik  cərəyanları  İslamın 
təfəkkür  tarixində  uzun  illər  ixtilaf  və  münaqişə 
mənbələri  kimi  çıxış  etdilər.  Qətiyyətlə  demək  olar 
ki,  bu  cərəyanlardan  heç  biri  müsəlman  dünyası 
üçün mütləq bir təfəkkür məktəbi yarada bilmədi. 
XVII  yüzilliyin  birinci  yarsında  İslamın  təfəkkür 
tarixində  mühüm  bir  yenilik  baş  verdi.  Bu  yeniliyi 
İslam  dünyasına  misilsiz  filosof  Sədrəddin  Şirazi
1
 
bəxş  etdi.  Molla  Sədra  adı  ilə  şöhrət  tapan  bu 
mütəfəkkir yeni kəşfləri ilə təfəkkür aləmində neçə-
neçə  əsrlik  tarixi  olan  bir  boşluğu  doldurdu.  Molla 
Sədra  yaratdığı  bu  böyük  fəlsəfədə  bütün  təfəkkür 
məktəblərini  əridə  bildi.  O,  əqli  dəlil  və  isbat 
yollarını,  ruhun  paklanmasını,  Qur’an  və  sünnəyə 
istinad  edərək  dini  üsulların  müdafiəsini  və 
həqiqətin  kəşfi  ilə  yanaşı  ona  qovuşmağı  mühüm 
amillər  kimi  öz  fəlsəfəsində  birləşdirdi.  Dahi 
mütəfəkkir  bu  fikir  cərəyanlarını  (işraq  və  məşşai 
fəlsəfələri, kəlam, irfan və sufilik) birləşdirib, köhnə 
                                                 
1
  Sədrəddin  Məhəmməd  ibn  İbrahim  Şirazi  –  1569-1640-cı 
illərdə  yaşamış  dahi  İslam  filosofu,  «Mütəaliyə  fəlsəfə»sinin 
banisidir. Əvvəllər işraqilərin nümayəndəsi olmuşdur. 40-dək 
qiymətli əsəri qalmışdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
39 
fikirlərdən  ibarət  ümumi  bir  məktəb  yaratmadı, 
əksinə  o,  sözün  əsl  mə’nasında  tamamilə  yeni  bir 
fəlsəfə  yaradaraq  həmin  məktəbləri  özündə  həzm 
etdirdi.  Molla  Sədra  bu  əvəzsiz,  misilsiz  məktəbə 
«Mütəaliyə (ucalıq) fəlsəfəsi» adını qoydu. 
Mütəaliyə fəlsəfəsi, ilk növbədə əqli dəlil, isbat və 
istidlallara  istinad  edir.  Molla  Sədra  irfan  və 
sufiliyin  əqli  dəlil  və  isbatlara  əsaslanmayan 
tə’limlərini rədd edərək yazır: 
«Sufilərin  adəti yalnız irfani zövqə arxalanmaqdır. Biz 
isə,  əqli  dəlil  və  isbatı  olmayan  şeylərə  e’timad  etmir  və 
kitablarımızda yazmırıq»
1

Habelə, yalnız əqli qüvvəyə e’timad edilməsi, ruhi 
paklığın  və  ilahi  ilhamların  qəbul  olunmaması  da 
Molla  Sədra  tərəfindən  rədd  olunur:  «Elmlə  məşğul 
olanların çoxları ariflərin e’timad etdikləri qeyb elmlərini 
və  İlahi  ilhamları  inkar  edirdilər.  Halbuki,  bu  elmlər 
başqalarından daha güclüdür»
2

Mütəaliyə 
fəlsəfəsinin 
ən 
xarakterik 
xüsusiyyətlərindən  biri  də  fəlsəfi  fikirlərlə  Qur’an 
və  sünnə  arasında  vəhdət  yaratmasıdır.  Molla 
Sədraya görə İslam fəlsəfəsi Qur’an və sünnə ilə sırf 
əlaqəli olmalıdır. O, ilk şəxs olaraq isbat etdi ki, əqli 
nəticələrlə  şəriət  (Qur’an  və  sünnə)  bir-biri  ilə 
                                                 
1
 Sədrəddin Şirazi «Dörd səfər», c.1, səh.11.  
2
 Sədrəddin Şirazi «Dörd səfər», c.1, səh.9. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
40 
ziddiyyətdə  ola  bilməz.  Filosof  bu  barədə  yazırdı 
(ixtisarla): 
«Heyhat,  heyhat!  Ağıl  və  şəriəti  birləşdirməyi 
bacarmayan kəs ziyana uğrayar. Ağlın misalı sağlam bir 
göz,  şəriət  isə  onun  görməsi  üçün  nur  saçan  bir  günəş 
kimidir»
3

İrfan  alimlərinin  lazım  bildikləri  vüsala,  yə’ni 
həqiqəti  kəşf  etməklə  yanaşı  ona  qovuşmağa 
gəldikdə 
isə, 
bu, 
Mütəaliyə 
fəlsəfəsində 
özünəməxsus şəkildə əks olunmuşdur. Molla Sədra 
vüsalı  vacib  bilir,  amma  həqiqətə  qovuşmaq  orada 
«yox»  olub  məxluqatın  müqəddəratını  unutmaq 
demək deyildir. İnsan həqiqətə qovuşduqdan sonra 
məxluqatın  hidayəti  üçün  «geri  dönməlidir»,  lakin 
bu  «dönüş»  vüsaldan  sonrakı  «hicran»,  yə’ni 
həqiqəti  tapdıqdan  sonra  ondan  ayrılmaq  deyildir. 
Məxluqatın  hidayəti  üçün  geri  dönmüş  insan 
cəmiyyət  daxilində  hər  şeydən  həqiqətə  yol  tapır, 
onu  hər  an  duyur.  Bütün  bunlar  filosofun  əsas 
fəlsəfi  fikirlərini  əhatə  edən  məşhur  «Dörd  səfər» 
kitabında  şərh  olunmuşdur.  Adından  göründüyü 
kimi,  kitab  dörd  səfər və  mərhələdən  bəhs  edir.  Bu 
dörd  səfər  Molla  Sədranın  Mütəaliyə  fəlsəfəsinin 
qayəsini  təşkil  edir.  Burada  müəllif  həqiqət 
yolçusunun  seyr  edəcəyi  və  eləcə  də  əqli  dəlillərə, 
                                                 
3
 Sədrəddin Şirazi «Üsuli-Kafinin şərhi», səh.438. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə