Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə10/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
41 
Qur’an  və  sünnəyə  müvafiq  irfani  mərhələlərdən 
söhbət açır: 
«Seyr  minəl-xəlq  iləl-həqq  –Məxluqatdan  haqqa 
doğru  səfər  (yürüş)».  Bu  mərhələdə  insan  maddi 
sərhədləri aşır, həqiqəti kəşf edərək ona qovuşur. 
«Seyr  bil-həqqi  fil-həqq  –Həqiqətin  köməyi  ilə 
həqiqətin  özündə  səfər  (seyr)».  İkinci  mərhələdə 
insan  qovuşduğu  həqiqətin  öz  köməyi  ilə  həqiqətlə 
daha  yaxından  tanış  olur,  onun  sifət  və  kamilliyini 
müşahidə edir. 
«Seyr minəl-həqqi iləl-xəlq bil-həqq –Həqiqətin öz 
köməyi ilə həqiqətdən məxluqata dönmək». Üçüncü 
mərhələdə  insan  həqiqətdən  məxluqata,  insanların 
arasına  qayıdır.  Lakin  qeyd  etdiyimiz  kimi,  bu 
qayıdış, əsla, həqiqətdən ayrılmaq demək deyil. 
«Seyr  fil-xəlqi  bil-həqq  –Həqiqətin  köməyi  ilə 
məxluqatın  içərisində  səfər  (seyr)».  Sonuncu 
mərhələdə  insan,  həqiqətdən  kəsb  etdiyi  nurun 
vasitəsilə  insanları  hidayət  edir,  onları  həqiqətə 
yönəldir. 
Belə  bir  ehtimal  irəli  sürə  bilərik  ki,  Molla  Sədra 
bu  İlahi  səfərləri  İslam  peyğəmbəri  Həzrəti 
Məhəmmədin  (s)  me’racından  götürmüşdür.  Biz 
insanların  me’racı  isə  namazdır.  Namaz  hər  bir 
insanın  həyatı  boyu  keçirdiyi  təkamül  prosesinin 
yığcam formasıdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
42 
Bütün  bu  qeyd  etdiklərimiz  «Mütəaliyə  fəlsəfəsi» 
dəryasından,  yalnız  kiçicik  damlalalar  idi.  Molla 
Sədra  yaratdığı  bu  İlahi  fəlsəfəni  kimsənin  nail  ola 
bilmədiyi 
fövqəl’adə 
yeniliklərlə 
daha 
da 
zənginləşdirdi.  Cəmi  iki  yüz  məsələdən  ibarət  dar 
çərçivədən  kənara  çıxmayan  fəlsəfə  Molla  Sədra 
tərəfindən  genişləndirilərək  məsələlərinin  sayı 
yeddi 
yüzədək 
artırıldı. 
Molla 
Sədranın 
nəzəriyyələrində  çatışmazlıqların  ola  biləcəyini 
istisna  etmirik.  Lakin  qətiyyət  və  iftixar  hissi  ilə 
deyə bilərik ki, «Mütəaliyə fəlsəfəsi» bizim ən kamil 
təfəkkür məktəbimizdir. 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
43 
İKİNCİ FƏSİL 
İSLAM FƏLSƏFƏSİNİN MÜHÜM BƏHSLƏRİ 
VÜCUD VƏ ONUN HƏQİQƏTİ 
Ötən  bəhslərimizdən  mə’lum  olduğu  kimi 
fəlsəfənin 
əsas 
mövzusu 
vücuddur. 
Fəlsəfi 
bəhslərdə  hər  şeydən  öncə  vücudla  tanışlıqdan  və 
onun  həqiqətindən  söhbət  açılır.  Vücud  nədir?–Bu 
sualın  cavabı  demək  olar  ki,  yoxdur.  Bu 
ifadəmizdən,  ilk  öncə,  vücudun  çox  qaranlıq  və 
açıqlaması  olmayan  bir  varlıq  olması  başa  düşülür. 
Lakin  bu  belə  deyil.  Məntiq  elmində  tə’rif  barədə 
göstərilən  əsas  şərtlərdən  biri,  tərifin,  tə’rif  olunan 
məfhumdan aydın və aşkar olmasıdır. Hər hansı bir 
məfhumu,  ondan  daha  aydın  olmayan  bir 
məfhumla  tə’rif  etmək  məntiqi  baxımdan  düzgün 
sayılmır.  Vücuda  tərif  vermək  ona  görə  mümkün 
deyil  ki,  onun  mə’nası  bütün  məfhumlardan  daha 
aşkardır.  İrəli  sürülərək  təqdim  olunan  bütün 
tə’riflər  isə  vücud  məfhumunu  açıqlamaq  əvəzinə, 
onu daha da mürəkkəbləşdirir.  
Mövcud  olan  hər  bir  şeyin  varlığı,  elə  onun 
vücudu  deməkdir.  İnsan  şüuru  heç  bir  tə’lim 
keçmədən,  ilk  növbədə  özünün,  daha  sonra  isə 
özündən  kənardakı  aləmin  vücudu  olduğunu  dərk 
edir  və  bu  vücudları  dərk  etməyə  qadir  olduğuna 
inanır.  Bütün  bunlar  nə  qədər  aşkar  olsa  da,  bə’zi 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
44 
filosoflar 
tərəfindən 
inkar 
olunmuşdur. 
Biz 
vücudun  həqiqətini  inkar  edən  bə’zi  fəlsəfi 
nəzəriyyələri diqqətinizə çatdırırıq: 
Bir  dəstə  filosof  vücudun  həqiqətini  tamamilə 
inkar  edir.  Bu  nəzəriyyənin  əsası  yunan  sofistləri 
tərəfindən qoyulmuşdur. Sofistlərə görə aləmdə heç 
bir  şey  yoxdur,  heç  nə  həqiqi  deyildir.  Vücudun 
həqiqətini  inkar  edən  nəzəriyyə  antik  olsa  da, 
müasir  fəlsəfəyə  də  öz  tə’sirini  göstərmişdir. 
Avropalılar  öz  ölkələrində  sxolastik  fəlsəfənin 
böhran  keçirdiyi  bir  dövrdə  bu  nəzəriyyəyə  meyl 
göstərmişdilər.  Dekart  bu  nəzəriyyəni  rədd  etmək 
üçün onların həqiqətə olan şübhələrini həqiqətin ən 
böyük  dəlili  hesab  edirdi.  Dekart:  «Mən  şübhə 
edirəm,  yaxud  düşünürəm,  demək  mövcudam»,  – 
prinsipini  ortaya  atmışdı.  Filosof  bu  prinsiplə 
avropalıların  şübhəsini  qismən  də  olsa,  dəf  edə 
bildi,  lakin  Dekart  prinsipinin  özü  də,  nöqsansız 
deyildi.  Çünki  insan  öz  düşüncəsinin  (yaxud 
şübhəsinin)  mövcudluğu  ilə  öz  mövcudluğunu 
qəbul edə bilməz. Əksinə, əvvəlcə insanın öz varlığı 
dərk  olunmalıdır  ki,  bu  varlığın  düşünə  bilməsi  də 
isbat olunsun. 
Həqiqətdə isə bu nəzəriyyəni (vücudun həqiqətini 
inkar  edən  nəzəriyyəni)  rədd  etmək  üçün  dəlil 
gətirməyə  ehtiyac  duyulmur.  Bu  nəzəriyyə  (əgər 
qərəzli deyilsə), sadəcə insanın ruhi naxoşluğundan 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
45 
irəli  gələ  bilər.  Deyilənə  görə,  ibn  Sina  bu  fikirdə 
olanları  başa  salmaq  üçün  «dəyənək  sübutundan» 
(Arqumentum  baculinum)  istifadə  etməyi  məsləhət 
görərmiş. 
Sofistlərin  bir  qrupu  aləmdə,  yalnız  bir  həqiqətin 
olduğunu  söyləyir.  Bu  həqiqət  də  sofistin  özüdür. 
Onlara görə «mən»dən başqa heç bir şeyin həqiqəti 
yoxdur.  Bu  nəzəriyyə  də  məntiqsizliyinə  görə 
öncəkindən geri qalmır. İslam fəlsəfəsinin ən böyük 
şəxsiyyətlərindən olan, zəmanənin möcüzəsi sayılan 
Şəhid  Məhəmməd  Baqir  Sədr
1
  «Fəlsəfəmiz» 
kitabında  bu  nəzəriyyəni  sadə  bir  dəlillə  rədd 
edərək  yazır  (ixtisarla):  «Bu  nəzəriyyə  sahibləri 
özləri  də  bilmədən,  özlərindən  başqa  həqiqətlərin 
mövcud  olduğunu  qəbul  edirlər.  Əgər  sofistin 
özündən  başqa  həqiqi  varlıq  yoxdursa,  bu 
nəzəriyyəni,  məqalə  və  kitabları  kimin  üçün 
yazmışlar?!» 
Aqnostisizm  nəzəriyyəsi.  Bu  nəzəriyyəyə  görə, 
aləmdə  həqiqi  varlıqlar  mövcuddur,  lakin  bu 
                                                 
1
  Şəhid  Məhəmməd  Baqir  Sədr  –İraqda  yaşamış  filosof, 
müctəhid,  fitri  iste’dadı  ilə  zəmanənin  möcüzəsi  hesab 
olunmuşdur.  Hələ  gənc  yaşlarında  ikən  «Fəlsəfəmiz», 
«İqtisadiyyatımız»  və  «  İctimaiyyatımız»  kitablarını  yazmış, 
fəlsəfi,  ictimai-siyasi,  iqtisadi  nəzəriyyələrini  açıqlamışdır. 
Onun  bir  çox  kitabları  dini  elm  mərkəzlərində  tədris  olunur. 
Mübariz  fikirlərinə  görə  mənfur  İraq  rejimi  tərəfindən  həbs 
olunaraq faciəvi şəkildə şəhid edilmişdir. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə