Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə13/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
55 
Əli çox insandır, Həsən az insandır, demək düzgün 
deyil. 
2.Digər  elə  məfhumlar  da  vardır  ki,  öz  xüsusi 
fərdlərinə  bərabər  deyil,  fərqli  şəkildə  paylanırlar. 
Məsələn,  böyüklük  ümumi  məfhum  olsa  da,  öz 
fərdlərinə  fərqli  şəkildə  şamil  olur.  Böyüklük 
nöqteyi-nəzərindən  onun  xüsusi  məfhumları  biri 
digərindən fərqlənir. Dəniz çox böyükdür, ev bir az 
böyükdür,  dağ  ondan  böyükdür  ifadələri  tamamilə 
düzgündür. 
  Filosoflara  görə  vücud  ikinci  qismə  aiddir.  Belə 
ki,  vücud  ümumi  bir  məfhum  kimi  öz  fərdlərinə 
fərqli  şəkildə  paylanır.  Bizimlə  Allah-təalanın 
vücudunda olan fərq də elə bundadır: 
Allahın 
vücudu 
Onun 
zatından, 
bizim 
vücudumuz isə Ondandır; 
Allahın  vücudu  vacib,  bizim  vücudumuz  isə 
mümkündür; 
Allahın vücudu qədim və əzəli bizim vücudumuz 
isə yaxın keçmişdən və yenidir.  
Bu kimi sonsuz fərqlər, müxtəlifliklər… 
 
 
 
 
 
 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
56 
 
SƏBƏBİYYƏT QANUNU 
Mövcudata 
nəzər 
salsaq, 
onun 
bütün 
predmetlərinə  hakim  çıxan  bir  qanunun  olduğu 
diqqətimizi cəlb edəcəkdir. 
Yer  hərəkət  edir,  Günəş  nur  saçır,  yazda  çaylar 
daşır,  yüksək  hərarət  əlimizi  yandırır…  Bütün  bu 
gördüklərimiz və görə bilmədiklərimizin hər biri bu 
qanunla  əlaqəlidir.  Bu,  «Səbəbiyyət»  qanunudur. 
Səbəbiyyət qanunu biri «səbəb», digəri «nəticə» olan 
iki 
prinsipin 
əlaqəsini 
ifadə 
edən 
fəlsəfi 
kateqoriyadır.  Lakin  bu  iki  şey  arasında  olan  əlaqə 
və  kauzallıq  bütün  əlaqələrdən  daha  güclü,  daha 
dərindir.  Burada  şeylər  biri  digərinə  öz  vücudu  ilə 
bağlıdır. Səbəb öz nəticəsinə həyat verən, ona varlıq 
bağışlayan,  nəticə  isə  öz  varlığında,  var  olmasında 
səbəbə  borclu  olan,  ona  möhtac  olan  amillərdir. 
Məsələn,  Günəş  bir  səbəb  kimi  öz  nuruna  vücud 
bağışlayır.  Burada,  nəticə  olan  Günəş  nurunu 
Günəşsiz təsəvvür etmək olarmı? 
Səbəbiyyət  qanunu  o  qədər  aşkar  və  möhkəmdir 
ki, bütün fəlsəfi məktəblər tərəfindən bə’zi fərqlərlə 
qəbul  olunmuşdur.  Yalnız  «İndeterminizm»  təlimi 
bu  qanunun  ümumiliyini,  bə’zi  hallarda  isə 
tamamilə 
inkar 
etməkdə 
fərqlənir. 
Bunun 
müqabilində  «Determinizm»  səbəbiyyətin  ümumi 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
57 
xarakterini  müdafiə  edərək  onu  zəruriyyətlə 
eyniləşdirir. 
Fizikanın  inkişafı  ilə  Kvant  mexanikasının 
meydana  gəlməsi  Determinizmə  baxışları  dəyişdi. 
1927-ci  ildə  alman  fiziki  Verner  Heyzenberqin 
(1901-1976)  bir  prinsiptək  formalaşdırdığı  «qeyri-
müəyyənliklər  nisbəti»  səbəbiyyət  qanununun 
ümumi  xarakteri  ilə  uyğun  gəlmirdi.  Bu  prinsipdə 
elementar  zərrəciklərin  koordinat  və  impulslarını 
tə’yin  etməyin  qeyri-mümkünlüyü  söylənilirdi. 
Həmişə  olduğu  kimi  materialistlər  bu  prinsipdən 
faydalanaraq,  mikroaləmdə  səbəbiyyət  qanununun 
hakim  olmadığını  iddia  etdilər.  Onlar  bu  iddianı 
«elementar  zərrəciklərin  iradə  azadlığı»  kimi  ifadə 
edirdilər. 
Lakin 
Heyzenberqin 
«qeyri-müəyyənliklər 
nisbəti»  prinsipinin  mütləq  şəkildə  doğru  olmasına 
heç  kəs  zəmanət  vermirdi;  Elementar  zərrəciklərin 
koordinat  və  impulslarının  müəyyən  olunmasının 
qeyri-mümkünlüyü,  onların  «iradə  azadlığından» 
daha çox eksperimental vasitələrin zəifliyindən irəli 
gəlirdi.  Digər  tərəfdən,  mə’lum  olduğu  kimi 
materialistlər  yalnız  səbəbiyyətin  deyil,  bütün 
qanunların  ümumiliyini  inkar  edirlər.  K.Marksa 
görə  bütün  qanunlar,  irəli  sürülən  nəzəriyyələr 
müəyyən  şəraitin  məhsuludur;  hər  hansı  bir 
şəraitdə  gəldiyimiz  qənaət,  başqa  bir  şəraitdə 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
58 
mütləq  dəyişəcək,  yenisi  ilə  əvəz  olunacaqdır.  Elə 
isə,  materialistlər  «qeyri-müəyyənliklər  nisbətini» 
mütləq şəkildə necə qəbul edirlər?  
Səbəbiyyət  qanununu  şübhə  altına  almaq  bütün 
elmi tədqiqatları «tormozlamaq» kimi bir şeydir. Ən 
mürəkkəb elmi kəşflər, məhz, səbəbiyyət qanununa 
inamdan  doğulur.  Misal  üçün  diqqətinizi  fizikada 
mühüm bir kəşfə yönəldirik: 
Atom fizikasında fövqəl’adə əhəmiyyət kəsb edən 
alfa, beta və qamma şüaları necə kəşf olunmuşdur? 
Bu  şüalar  radioaktiv  çevrilmələr  zamanı  kimyəvi 
elementlərdən  ayrılan  müxtəlif  xasiyyətli  şüalardır. 
Bu  fərqli  şüaları  ilk  dəfə  məşhur  ingilis  fiziki 
Rezerford  (1871-1937)  aşkar  etmişdi.  Rezerford 
dövrü  sistemdə  88  nömrəli  element  olan  radiumun 
saçdığı radioaktiv şüanı perpendikulyar istiqamətdə 
güclü  maqnit  sahəsi  ilə  tə’sirləndirir.  Bu  zaman 
şüalanma  istiqamətində  qoyulmuş  fotolövhədə  bir 
deyil, üç şüa aşkar olur. Şüalardan biri düz, ikincisi 
maqnit  sahəsinə  az  meylli,  üçüncüsü  isə  maqnit 
sahəsinə  çoxmeylli  düşmüşdü.  Bunun  səbəbi 
şüalardan  birinin  mənfi  yüklü,  ikincisinin  müsbət 
yüklü,  üçüncüsünün  isə  yüksüz  olması  idi.  Maqnit 
sahəsinə az meyl edən müsbət yüklü şüalar alfa, çox 
meyl  edən  mənfi  yüklü  şüalar  beta,  meyl  etməyən 
yüksüz (elektrik yükü olmayan) şüalar isə qamma –
şüaları 
adlandırıldı. 
Rezerford 
şüaların 
üç 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə