Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə14/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
59 
istiqamətdə düşməsinə nə üçün səbəb axtarırdı? Nə 
üçün 
o, 
bu 
hadisəni 
bir 
təsadüf 
kimi 
qiymətləndirmirdi?  Çünki  o,  hər  bir  şeyin 
səbəbiyyət qanununa bütün varlığı ilə inanırdı.  
Səbəbiyyət 
qanunu 
barədə 
söhbət 
açan 
mövzulardan  biri  də  bu  qanunun  necə  kəşf 
olunması  mövzusudur.  İnsan  belə  bir  qanunun 
mövcud  olmasına  necə  inanmış  və  onun  kəşfinə 
necə  yetişmişdir?  Bə’zi  alimlər  bu  qanunun  dəqiq 
təcrübələrin 
nəticəsində 
aşkar 
edildiyini 
düşünürlər.  Məsələn,  həkim  gündəlik  təcrübəsində 
xəstəliklərin  müəyyən  səbəblərə  bağlı  olduğunu 
görür.  Şübhəsiz  ki,  bu  fərziyyə  düzgün  deyildir. 
Əvvəla,  həkim  belə  bir  qanunu  müayinə  zamanı 
aşkarlamır. O, bu qanunun mövcudluğuna inandığı 
üçün hər bir xəstəyə müəyyən səbəb axtarır. 
Emprizm  nümayəndələrindən olan ingilis  filosofu 
Devid  Yuma  görə  səbəbiyyət  qanunu  şeylərin 
ardıcıl  və  ya  paralel  olmasından  asılıdır.  Məsələn, 
biz  qara  buludlarla  yağışın  ardıcıl  şəkildə  gəldiyini 
müşahidə edirik. Bu buludların səbəb, yağışın nəticə 
olmasından  xəbər  verir.  Yaxud,  işləyən  mühərriklə 
hərəkətdə 
olan 
maşının 
uyğun 
vəziyyətdə 
olduğunu görürük. Bu uyğunluq mühərrikin səbəb, 
maşının hərəkətinin isə nəticə olduğunu açıqlayır. 
Bu  filosofun  da  nəzəriyyəsi  qənaətbəxş  deyildir. 
Sözsüz  ki,  deyilən  misallarda  səbəbiyyət  qanunu 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
60 
mövcuddur.  Lakin  bu  qanun  Yumun  dediyi  kimi 
ardıcıllıq və ya paralellik ilə kəşf olunmur. Təbiətdə 
çoxlu  varlıqlar  mövcuddur  ki,  ardıcıl  və  ya  paralel 
şəkildə  olsalar  da,  biri  digərinin  səbəbi,  yaxud 
nəticəsi  deyildir.  Məsələn,  fəsillər  həmişə  eyni 
ardıcıllığa  malikdirlər,  lakin  bunların  heç  biri 
digərinin  səbəbi,  yaxud  nəticəsi  deyil.  Habelə, 
Günəşdən  ayrılan  nur  və  istilik  həmişə  paraleldir. 
Lakin bunlardan (nur və istilik) hansı birini digərinə 
səbəb, yaxud nəticə hesab etmək olar?! 
Ən  düzgün  nəzəriyyə  budur  ki,  insan  səbəbiyyət 
qanununu  hər  şeydən  öncə  öz  daxilində  tapır.  O, 
hər an davranış və hərəkətlərinin öz iradəsinə bağlı 
olduğunu  görür.  Bu  da,  insan  iradəsinin  səbəb, 
davranış və hərəkətlərin isə nəticə olduğunu açıqca 
bəyan edir. 
SƏBƏBİN NÖVLƏRİ 
Mühüm  fəlsəfi  kateqoriyalardan  olan  səbəbi 
müxtəlif  bölgülərə  ayırmışlar.  Bu  bölgülərin 
rəngarəngliyi fərqli e’tibar və cəhətlərdən irəli gəlir. 
Biz hər bir şeyə fərqli aspektlərdən yanaşmaqla, onu 
müxtəlif  bölgülərə  ayıra  bilərik.  Məsələn,  insanları 
rəng  e’tibarı  ilə  ağ,  qara  və  s.,  dil  e’tibarı  ilə  azəri, 
ərəb,  ingilis  və  i.a.  növlərə  ayırmaq  olar.  İndi  də, 
səbəbin bölündüyü növlərdən bə’zilərini sadalayaq: 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
61 
Tam  vә  spesifik  sәbәblәr;  Bə’zi  səbəblər  öz 
nəticələrini yaratmaqda kifayət edir və heç bir kənar 
yardıma  ehtiyac  duymur.  Məsələn,  Allah-təala 
məxluqatı  xəlq  etməkdə  başqa  bir  şeyə  ehtiyaclı 
deyildir. Belə səbəblər tam adlanır. Bə’zi səbəblər isə 
müəyyən 
nəticə 
hasil 
etməkdə 
yetərli 
olmadıqlarından 
başqa 
səbəblərlə 
birləşirlər. 
Məsələn, bitginin inkişafı üçün su, hava, günəş şüası 
və torpağın heç biri ayrılıqda səbəb deyildir. Yalnız 
bu  səbəblər  birləşərək  vahid  nəticəni  hasil  edirlər. 
Belə  hallarda  səbəblər  spesifik  adlanır.  Adətən, 
spesifik  səbəblərin  məcmusu  tam  səbəbi  yaradır. 
Elmi-tədqiqat  tam  səbəbləri  müəyyənləşdirməkdə 
çətinlik  çəkir.  Eksperimental  tədqiqat  zamanı  tam 
səbəbi  təşkil  edən  spesifik  səbəblərin  yalnız  bir 
qismi ortaya çıxır. 
Bәsit  vә  mürәkkәb  sәbәblәr;  Bir  sıra  səbəblər  də 
vardır  ki,  onlar  ayrı-ayrı  hissələrdən  təşkil 
olunmamışlar.  Maddi  aləmdə  bəsit  səbəblərin 
tapılması  qeyri-mümkündür.  Atom  fizikası  kəşf 
olunanadək  materiya  sahəsində,  yalnız  qədim 
yunan 
filosofu 
Demokritin
1
 
«Atomistika» 
                                                 
1
  Abderli  Demokrit  –eramızdan  əvvəl  460-370  də  yaşamış 
yunan  filosofu,  «Atomistikanın»  banisidir.  Demokrit  hesab 
edirdi  ki,  bütün  şeyləri  atom  birləşmələri  təşkil  edir.  Atom 
yunanca  bölünməz  deməkdir.  Filosofa  görə  atomlar  əbədi  və 
dəyişməzdir. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
62 
nəzəriyyəsi  hökm  sürürdü.  Demokritə  görə  bütün 
maddələr bölünməz atomlardan təşkil olunmuşdur. 
Filosoflar da bu antik hipotezi əsas götürərək maddi 
aləmdə bəsit səbəblərin olduğuna inanırdılar. Atom 
fizikası  kəşf  olunduqdan  sonra  bu  kiçicik  varlığın 
özünün də  heyranedici  bir şəkildə bölündüyü  isbat 
olundu.  Elmin  bu  sahəsi  atomun  nüvəyə  malik 
oludğunu  aşkar  etdi.  Tezliklə  nüvənin  proton-
neytron modeli ortaya çıxdı. Bu isə atom nüvəsinin 
iki  elementar  zərrəcikdən  təşkil  olunduğunu 
deyirdi.  Atom  nüvəsi  kvant  işıq,  yə’ni  fotonlar 
vasitəsilə mənfi yüklü elektronları öz ətrafında dövr 
etdirir.  Elektronların  sayı  Mendeleyevin  dövrü 
sistemində  verilmişdir.  Atom  nüvəsinin  mürəkkəb 
tərkibliliyinin  və  eləcə  də  200-dən  çox  elementar 
zərrəciyin  mövcud  olduğunun  kəşf  olunması  yeni 
bir  mərhələ  idi.  Nəhayət,  1964-cü  ildə  bütün 
elementar  zərrəciklərin  özlərinin  də  mürəkkəb 
quruluşlu  olduğu,  kvarklar  fərziyyəsi  ortaya  çıxdı. 
Müşahidə etdiyimiz kimi maddi aləmdə bəsit varlıq 
axtarmaq özünü yormaqdan başqa  bir şey deyildir. 
Mütəaliyə  filosoflarına  görə  bəsit  səbəb,  yalnız 
Allah-təaladır.  Digər  səbəblər  isə  mürəkkəb  hesab 
olunur. Hətta Allah-təaladan başqa digər mücərrəd 
varlıqlar (ruh, mələklər) belə bəsit deyildirlər. Onlar 
maddi  tərkibdən  təşkil  olunmasalar  da,  ən  azı 
vücud və mahiyyətin tərkibindən ibarətdirlər. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə