Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə22/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   15   16   17   18   19   20   21   22   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
95 
göstərilməsidir.  Yəqin  ki,  Platon  «Bütün  aləmin 
həcmi»  dedikdə,  maddi  aləmi  nəzərdə  tuturdu. 
Elə  olmazsa,  «Aləmin  həcmi»  ifadəsi  tamamilə 
mə’nasızdır.  Çünki  bütün  aləmə  (materiya  və 
metafizika)  həcm  müəyyənləşdirmək  olmaz. 
Deməli,  söhbət  maddi  aləmdən  gedir.  Maddi 
aləm  isə,  elə  materiya  deməkdir.  Platonun  belə 
bir  tə’rif  verməsi  şübhə  doğurur
1
.  Lakin 
idealistlər,  ümumiyyətlə,  məkanı  materiyadan 
təcrid  etmək  tezisi  ilə  çıxış  edirlər.  Bu  tezisin 
nəticəsi  isə  məkan  anlayışına  qeyri-müəyyənlik 
gətirir.  İdealist  Kant  yəqin  ki,  buna  görə 
məkanın həqiqiliyini rədd edirdi. 
Aristotelin  isə  məkana  verdiyi  tə’rif  belədir: 
«Cismin  xarici  səthi  ilə  təmasda  olan  (başqa 
cismə aid)  daxili səthə məkan deyilir.  Filosofun 
verdiyi  tə’rifdə  məkanın  materiyaya  xas  olması 
açıq  şəkildə  ifadə  olunmuşdur.  Amma  əvvəla, 
tə’rifdə  məkanın  özü  də,  bilavasitə,  materiya 
təqdim  olunub.  Məsələn,  suyun  xarici  səthi  ilə 
təmasda  olan  stəkanın  daxili  səthi  materiyadır. 
Lakin məkan özü materiya deyil, ümumiyyətlə, 
o,  müstəqil  varlıq  (nə  materiya,  nə  də 
                                                 
1
 Əksər İslam fəlsəfəsi ədəbiyyatında bu tə’rif Platondan nəql 
olunmuşdur, lakin buna şübhə ilə yanaşanlar da var. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
96 
metafizika) deyildir. İkincisi, cismin daxili səthi 
də  təmasda  olduğu  cismin  məkanı  deyil, 
məsələn, axar suda dayanmış balığın xarici səthi 
ilə  suyun  daxili  səthi  təmasdadır.  Deməli, 
həmin  su  Aristotelə  görə  balığın  məkanıdır.  Su 
axar  olduğu  üçün  balıqla  təmasda  olan  hissə 
dəyişir.  Belə  çıxır  ki,  balığın  məkanı  dəyişir. 
Lakin  balıq  dayandığı  üçün  heç  kəs  onun 
məkanının dəyişdiyini söyləmir.  
Mütəaliyə  fəlsəfəsində  məkana  çox  gözəl  və 
dəqiq  tə’rif  verilmişdir.  Belə  ki,  biz  bütün 
aləmin həcmindən cismin həcmi qədər bir parça 
təsəvvür  etsək,  həmin  cismin  məkanı  əldə 
olunar. 
Materiyanın 
əlaqəsi 
təkcə 
məkanla 
məhdudlaşmır.  O,  həm  də  zamanla  sıx 
əlaqədədir.  Zaman  –cisimlərin  və  proseslərin 
bir-birlərinə  nisbətən  davamlılığını,  dövrələr 
üzrə  hərəkətini  ifadə  edir.  Qədimdən  bəri 
filosoflar zamanın həqiqətinə dair çoxlu fikir və 
mülahizələr  irəli  sürmüşlər.  Məşşailiyin  banisi 
sayılan  İbn  Sina  «Şifa»  kitabında  bu  fikirlərin 
əksəriyyətini işıqlandırmışdır. 
Filosofların  zaman  haqqında  söylədikləri  fikir 
və mülahizələrdən ümumi nəticə almaq istəsək, 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
97 
belə  bir  tə’rif  hasil  edərik:  «Zaman  –hərəkət 
vasitəsilə  cisimlərlə  uyuşan  və  sürəklilik 
(davamiyyət) xüsusiyyəti olan kəmiyyətdir». 
Verilmiş tə’rif sadə görünsə də, təhlilə ehtiyacı 
var.  İlk  növbədə  zamanın  hansı  növ  hərəkətlə 
və necə əlaqəli olduğu aydınlaşmalıdır. Növbəti 
bəhsimizdə hərəkətin müxtəlif növləri haqqında 
danışacaq  və  onlarla  yaxından  tanış  olduqdan 
sonra  zamanın  hansı  növ  hərəkətlə  bağlı 
olduğunu aydınlaşdıracağıq. Zamanın hərəkətlə 
necə  əlaqəsi  olduğuna  gəlincə  isə,  Molla 
Sədraya  görə  bu  əlaqə  olduqca  dərin  və 
qırılmazdır.  Müəmmalı  qalan  ikinci  məsələ 
zamanın kəmiyyət adlandırılmasıdır. Buna görə 
qısa  da  olsa,  kəmiyyət  barədə  danışmaq  lazım 
gəlir.  Kəmiyyət  bölünmə  imkanına  malik 
olduğu üçün fəlsəfi nöqteyi-nəzərdən predmetə 
(zaman)  də  aid  olan  xüsusiyyətdir.  İki  növ 
kəmiyyət vardır: 
Riyazi  kəmiyyət–ədədlər:  Ədəd  –predmetin 
bölünmə  imkanı  olan  xüsusiyyətidir.  Ədədin 
müstəqil  mahiyyəti  yoxdur,  o,  yalnız  əşya 
biçimində təzahür edir. 
Həndəsi  kəmiyyət:  Predmetin  şəkil  və 
görünüşünü  ifadə  edən  xüsusiyyətdir.  Həndəsi 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
98 
kəmiyyət  də  ədədlər  kimi  müstəqil  deyil,  əşya 
biçimində təzahür edir. 
Zamanın  kəmiyyət  kimi  təqdim  olunması 
onun bölünmə imkanına malik olmasından irəli 
gəlir.  Zaman  –sonsuz  bölünəndir.  Fəlsəfədə 
zaman  vahidi  «an»  hesab  olunur.  An  konkret 
deyil zamanın bütün bölünüş hissələrinə deyilə 
bilər.  Burada  milyon  illə  saniyənin  milyonda 
biri arasında fərq yoxdur. Lakin zamanın riyazi, 
yoxsa  həndəsi  kəmiyyət  olması  çox  mürəkkəb 
məsələdir.  Məkan  üçölçülü  idisə,  zamanın, 
yalnız  bir  ölçüsü  var.  Zaman  geriyə  dönməz, 
təkrarolunmazdır. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
99 
 
HƏRƏKƏT VƏ SÜKUNƏT 
Əgər materiya məkan və zaman məhdudiyyəti 
ilə  mövcuddursa,  onun  hərəkətlə,  bilavasitə, 
əlaqəsi  aşkarlanır.  Gördüyümüz  (eləcə  də 
görmədiyimiz) 
materiya 
aləminin 
bütün 
predmetləri  hərəkətlə  sıx  əlaqədədir.  Hərəkət 
materiyadan  ayrılmazdır,  daimidir.  Maddi 
obyekt  zahirən  hərəkətsiz  görünsə  də,  mövcud 
olduğu  sistemlə  birgə  hərəkətdədir.  Eləcə  də, 
onun  daxili  elementlərinin  hərəkəti  bizim 
diqqətimizdən  yayınır.  Deməli,  aləmdə  mütləq 
sükunət  mövcud  deyildir.  Sükunət  nisbidir  (Bu 
məsələyə  bir  daha  qayıtmalıyıq).  Biz  hərəkətin 
«mexaniki  yerdəyişmə»  kimi  sadə  nümunələri 
ilə tanışıq, lakin fəlsəfi səviyyədə hərəkət, təkcə 
bu deyil. Elə isə, gəlin, hərəkətin fəlsəfi tə’rifi ilə 
tanış  olaq:  «Hərəkət  –materiyada  baş  verən 
bütün tədrici dəyişkənliyə deyilir». 
Bəs, tədrici dəyişkənlik nədir? 
Fəlsəfi  baxışlara  əsasən  mövcudat  iki  qismə 
ayrılır: 
Sabit  mövcudlar:  Bu  mövcudlarda  mexaniki 
yerdəyişmə,  kəmiyyət  və  keyfiyyət  kimi, 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə