Бисмиллащир-рящманир-рящим


İslam fәlsәfәsi ilә tanışlıq



Yüklə 28,45 Kb.
Pdf görüntüsü
səhifə8/23
tarix26.11.2017
ölçüsü28,45 Kb.
#12656
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
33 
«Alimlər  arasında  «La  ilahə  illəllah,  Muhəmmədun 
Rəsulullah» 
kəlməsindən 
başqa 
ixtilafsız 
məsələ 
qalmamışdır.  Allahın  adları,  sifətləri,  (məxluqatla) 
rəftarı, göydə nə varsa, yerdə nə varsa, qəzavü-qədər, cəbr 
və  ixtiyar,  savab  və  əzab,  ölüm,  bərzəx,  qiyamət  və  s. 
bütün  dini  idrak  məsələlərində  ixtilaf  və  fikir  ayrılığı 
mövcuddur»
3

Deməli,  bir  elmdə  ixtilaf  və  fikir  ayrılığının  çox 
olması onun batil və ya lazımsız olduğundan xəbər 
verə bilməz. 
Kəlamilərin  fəlsəfəyə  qarşı  tutduqları  iradlardan 
biri də onun Yunan, Hind, İran köklü olmasıdır. Bu 
irad  da  o  qədər  əsaslı  görünmür.  Fəlsəfə  tamamilə 
batil  bir  təfəkkür  sistemi  olsa  belə,  onu  dərindən 
bilmədən  rədd  etmək,  cavab  vermək  olarmı? 
Burada  dahi  yunan  filosofu  Aristotelin  bir  sözü 
yada düşür: «Əgər filosof olmaq lazımdırsa, deməli, 
filosof olmaq lazımdır. Filosof olmaq lazım  deyilsə, 
yenə də filosof olmaq lazımdır…» 
                                                                                               
məqalənin,  eləcə  də  Qur’ani-Kərimin  «Əl-Mizan»  adlı  20 
cildlik təfsirinin müəllifidir. 
3
 «Əl-Mizan» c.1, səh.5. 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
34 
 
İRFAN VƏ SUFİLİK 
Fəlsəfə  və  Kəlam  məktəbləri  ilə  yanaşı  mövcud 
olmuş,  habelə  özünə  çoxlu  tərəfdar  toplamış 
cərəyanlardan biri də  «İrfan və sufilik»dir. İrfan bu 
məktəbin mö’tədil, sufilik isə ifrat formasıdır. Lakin 
irfançıların  özləri  də  İslami  qaydalara  düzgün 
yanaşmadıqda,  həqiqətdən  uzaq  düşürlər.  Necə  ki, 
onlar  (irfançılar)  fəlsəfəni  qəti  şəkildə  rədd  edir, 
həqiqətin  kəşfi  üçün  heç  bir  əqli  dəlili  qəbul  etmir 
və  bunun  üçün  yeganə  yolu  nəfsin  paklanmasında 
görürlər. İrfanın fəlsəfə ilə, eləcə də kəlam ilə digər 
fərqli  cəhəti  ondadır  ki,  ariflər  həqiqətin  kəşf 
olunması  ilə  kifayətlənmir,  ona  qovuşmağı  (vüsalı) 
da  lazım  bilirlər.  Ariflər  iddia  edirlər  ki,  həqiqəti 
kəlmə, məntiq və habelə isbat üsulu ilə dərk etmək 
mümkün deyildir. Bu dərketmə elə bir şirinlikdir ki, 
onu  yalnız  pak  ruhla  dadmaq  lazımdır.  Ariflər 
bunun  üçün  məxluqatdan  təcrid  olaraq  illərlə 
ibadətə  qərq  olurlar.  Lakin  bu,  bizim  dini 
məntiqimizlə  uyğun  gəlirmi?!  Ariflər  «daddıqları» 
bu  şirinliyi  kimə  isə  daddırmağa  qadirdirlərmi?! 
Çox təəssüf ki, arifin  günəşi öz mehrabından başqa 
bir  yerə  işıq  saçmağa  qadir  deyil.  İslam  bizdən 
həqiqəti  bütün  bəşəriyyətə  daddırmağı  tələb  edir. 
Bu  isə  bir  guşədə  oturub  heç  bir  əqli  və  məntiqi 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
35 
əsasa  uyğun  gəlməyən  seyr-süluka  (arifin  keçdiyi 
mərhələ)  riayət  etməklə  mümkün  olan  iş  deyil.  Biz 
İslamı  dərk  edə  bilsək,  görərik  ki,  əsl  müsəlmanın 
ibadəti  qaranlıq  bir  guşədə  deyil,  məscidlərdə,  elm 
ocaqlarında, zavodlarda, laboratoriyalarda və cihad 
meydanlarında  olmalıdır.  Maraqlı  burasıdır  ki, 
bə’zən  ariflərdən  İslam  şəriətində  olmayan  əməllər 
də  müşahidə  edirik.  Onlardan  kimisi  axirət  arzusu 
ilə  dünyada  ailə  qurmur,  kimisi  də  Allahdan  həya 
edib yatanda belə ayaqlarını uzatmır (!). Heyhat bu 
irfandan  ki,  Allaha  Allah  dediyi  kimi  yox,  öz 
düşündükləri kimi ibadət edirlər. 
İrfanın  daha  ifrat  forması  sufilikdir.  Ehtimal 
olunur 
ki, 
sufi 
sözü 
bu 
fəlsəfi 
cərəyan 
nümayəndələrinin  isti  yay  günlərində  yun  (ərəbcə–
suf)  paltar  geymələri  ilə  bağlıdır.  Sufilərin 
özünəməxsus  fikir  və  ibadətləri  vardır.  Sufilik  ifrat 
zahidlikdən  (asketizmdən)  ibarətdir.  Sufi  guya 
Allah eşqində özünü fəda edir, maddi hər nə varsa , 
ona  laqeyid  yanaşır.  Sufilik  təfəkkürünün  ən  batil 
müddəası 
«vəhdəti-vücuddur». 
Vəhdəti-vücud 
nəzəriyyəsinə 
görə 
Allahla 
insanın 
vücudu 
vahiddir. Allah sufinin cismində təcəlla edir, sufi öz 
rəbbində  fənaya  (yoxa)  çevrilir.  Bütün  bu  fikirlər 
İslam  əsaslarına  tamamilə  ziddir.  Sufilərin  fikir  və 
ibadətlərinə diqqət etsək, bu cərəyanda hinduizmin 


İslam fәlsәfәsi ilә tanışlıq 
 
 
36 
yoqa  tə’liminin
1
  və  qədim  Çin  konfusiçiliyinin
2
 
tə’siri açıq şəkildə duyulmaqdadır. 
Tanınmış  sufilərdən  olan  Hüseyn  ibn  Mənsur 
Həllac  (858-952)  bu  fəlsəfi  cərəyanda  son  dərəcə 
ifrat  etmiş,  Allahın  insan  bədəninə  hülul  etməsini 
(keçməsini)  şiddətlə  müdafiə  etmişdir.  Nəhayət, 
dövrünün  əksər  fəqihləri  tərəfindən  kafir  e’lan 
olunmuş və ölümünə dair hökm kəsilmişdir. 
Sufilikdən  ayrılmış  məşhur  cərəyanlardan  biri  də 
«hürufilik»-dir. 
Hürufilik 
cərəyanının 
banisi 
azərbaycanlı  mütəfəkkir  Fəzlullah  Nəimi
3
  sayılır. 
Hürufilik tə’liminə görə, Allah, öz yaratdığı insanda 
təzahür  etməklə  yanaşı,  müqəddəs  Qur’anda  da 
                                                 
1
Yoqa  tə’limi  –hinduizmin  dini-fəlsəfi  tə’limidir.  Eramızdan 
əvvəl 

  əsrdə  Patancali  tərəfindən  yaradılmışdır.  Tə’lim, 
əsasən  «xatxa-Yoqa»  və  «raca-Yoqa»-ya  daxil  olan  fiziki 
məşqlərdən  ibarətdir.  Bu  fiziki  fəndlərə  yiyələnməklə  qeyri-
adi qüvvəyə malik olmağın mümkünlüyü söylənilir. 
2
Konfusiçilik –Qədim Çin fəlsəfəsi. Əsası eramızdan əvvəl 551-
479-da  yaşamış  Kun-tszı  Konfusi  tərəfindən  qoyulmuşdur. 
Konfusinin  peyğəmbər,  yaxud  peyğəmbər  şagirdi  olması 
ehtimal  olunur.  Fikirləri  sözsüz  ki,  təhrif  olunmuşdur. 
Konfusiçiliyi  «çjun»,  «i»,  «syao»,  «kuan»,  «di»  və  s.  ideyaları 
təşkil  edir.  Konfusiçilər  fövqəladə  döyüş  qabiliyyətinə  malik 
olurlar. 
3
Şihabəddin  Fəzlullah  Təbrizi  Nəimi  –1339-1393-cü  illərdə 
yaşamış  azərbaycanlı  sufi  mütəfəkkiri.  Hürufilik  cərəyanının 
əsasını 
qoymuşdur. 
«Cavidani-səğir», 
«Ərşnamə», 
«Məhəbbətnamə» və s. kitabların müəllifidir. 


Yüklə 28,45 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə