Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə40/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   36   37   38   39   40   41   42   43   ...   137

123

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 27

Dindirmə protokolu

1918-ci il, 27 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Əshəddin Hacı oğlu Mustafayev, 22 yaşım var, Bakı şəhərində, Qor-

çakovskaya küçəsi, 12 № li evdə yaşayıram. 

Bu ilin mart ayında mən Ağa Hüseyn Babayevin Nikolayevskaya və Za-

vedenskaya küçələrinin tinindəki evində yaşayırdım. Martın 19-da gün-

düz saat 3-də bizim evə 14 nəfər erməni əsgəri gələrək mənə bildirdilər 

ki, bizim həyətdə 3 nəfər tatar yaşayır və sakinlərdə 11 tüfəng vardır; on-

lar bunu da dedilər ki, əgər biz tüfəngləri verməsək bizim hamımızı əsir 

aparacaqlar. Evdə cəmi bir, doktor Nəriman bəy Nərimanovun

71

 tüfəngi 



tapıldığı üçün ermənilər bu tüfəngi götürdülər, sonra məni, əmim Məci-

dulla Osman oğlunu, Hacı Xan Qurban oğlunu, Üzeyir Hacı Müştaq oğ-

lunu, Rəhim Rəhimxan oğlunu, Ağa Hüseyn Babayevi, doktor Nərimano-

vun qardaşını, mühəndis Sərkisyanın bağbanını Nikolayevskaya küçəsi 

ilə aşağıya doğru apardılar. Mühəndis Sərkisyan mart hadisələri başla-

mazdan bir neçə gün əvvəl ailəsi ilə birlikdə şəhərin ermənilər yaşayan 

hissəsinə köçmüşdü, öz əşyalarını qorumaq üçün isə bağbanı mənzilində 

qoymuşdu. Yolüstü ermənilər ağ bayraqla gedən üç nəfər yaşlı müsəlman-

dan ibarət nümayəndələri də həbs etdilər. Velikoknyajeskaya prospektinə 

çatdıqda, erməni əsgərləri bizi Kələntərov pasajının qarşısında bir sıraya 

düzdülər və tüfənglərdən bizə yaylım atəşi açdılar. Mən partlayan güllə ilə 

sağ qolumdan və sağ tərəfdən yaralandım, Məcidulla Osman oğlu part-

layan güllə ilə sağ ayağından yaralandı. Üzeyir, Babayev, bağban, Rəhim 

və Hacı Xan yerindəcə ölmüşdülər, sonuncunun bütün kəlləsi dağılmışdı. 

Sonra bizi qarət etdilər; mənim 1500 rubl dəyərində brilyant qaşlı üzüyü-

mü əlimdən aldılar. Öldürülənlərin əşyalarından başqa geyimlərini, hətta 

alt paltarlarını çıxardılar. Bizi əsir götürən dəstənin başçısı Ofitserskaya 

küçəsindəki ev sahibi erməni Sergeyevin oğlu idi. Mənim əmim Məci-

dullanın qızıl saatını, qızıl üzüyünü, gümüş portsiqarını və d. əşyalarını 

– cəmi 10.000 rubl məbləğində, və 5000 rubl nağd pulunu qarət etmişlər. 




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

124


Oxundu. Əshəddin savadsız olduğu üçün onun əvəzinə M.Q. Zalbəyov 

imzaladı.

 Komissiyanın sədri: Ə. Xasməmmədov (imza)

 Komissiyanın üzvləri: А.Kluge Məmməd Xan Təkinski, (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 42-43.

Sənəd № 28

Dindirmə protokolu

1919-cu il, 8 fevral. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Osman Osmanov, 26 yaşlı, Temir-Xan-Şurada yaşayıram.

Keçən il martın 19-da, səhər, mən doktor Bəybala bəy Sultanovun 

Vorontsovskaya küçəsində yerləşən mənzilinə gəldim. Orada qarət-

lə məşğul olan yüz nəfərə yaxın erməni əsgərlərini gördüm. Bəziləri-

nin əlində qızıl zəncirlər, saatlar, alt paltarları, dəsmallar var idi. Bu 

dəstənin başçısı Stepan Lalayev idi. Mən onu yaxşı tanıyaram: orta 

boyludur, yanağında çapıq var. O, hamıya əmrlər verirdi. Mən ermə-

niyə oxşadığım üçün heç kəs mənə toxunmadı. Evin həyətində mən 

öldürülmüş bir uşaq gördüm. Elə orada bir kişi meyiti də var idi, görü-

nür, o da öldürülmüşdü. Mən buradan çıxıb getməyə tələsdim, belə ki, 

qorxurdum ki, müsəlman olduğumu bilsələr, məni də öldürərlər. Bun-

dan 3 gün sonra mən yenidən doktor Sultanovun mənzilinə gəldim. O 

zaman mən doktorun özünün meyitini gördüm. O, öz evinin damında 

uzanıb qalmışdı. Cibləri astarına çevrilmişdi. Onun haradan yaralan-

dığını mən görmədim. Sonralar eşitdim ki, deyilənə görə, doktor Sulta-

novu guya Stepan Lalayev şəxsən özü öldürmüşdür. 

Oxundu. İmza. O.Osmanov.

Komissiyanın üzvləri: M.Təkinski, А.Kluge (imzalar). 

AR Pİİ SSA, f. 277, s. 2, iş 26, v. 68.

 



125

FƏSİL I. AZƏRBAYCANLI SAKİNLƏRİN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 29

Dindirmə protokolu

1918-ci il, 18 noyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olara zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

İsmayıl bəy Şeyda bəy oğlu Məmmədbəyov, 27 yaşım var, Bakıda, 

Suraxanskaya küçəsində, dalan 15, 2\3 № li evdə yaşayıram.

Bu ilin mart ayında mən qardaşım Qasım bəylə Çadrovaya küçəsin-

də, Krasnovodskya küçəsinin tinindəki evdə yaşayırdıq. Çərşənbə ax-

şamı, martın 20-də, gündüz saat 12-də bizim həyətə 20-25 nəfər ermə-

ni əsgəri basqın etdi, hamımızın üstünü axtardılar, mənim 5200 rubl 

nağd pulumu çıxardılar, sonra məni, qardaşım Qasım bəyi, əmim Əb-

dül Xalıq bəy Məmmədbəyovu və onun oğlu İlyas bəyi küçəyə çıxart-

dılar və dedilər ki, bizi əsir aparırlar. Küçədə bizi 70 nəfərə yaxın si-

lahlı erməni əsgərlərindən ibarət bir kütlə əhatə etdi, onlardan biri, 

ətrafımdakı ermənilərin çiyninin üstündən mənə revolverlə atəş açdı 

və məni sağ çiynimdən ağır yaraladı. Mən əvvəlcə özümü kütlənin 

içinə atdım, sonra Krasnovodskaya, daha sonra isə Bondarnaya küçələ-

ri ilə qaçmağa başladım. Sonra Aşurbəyovun Armyanskaya küçəsinin 

yaxınlığındakı evinə girdim. Bütün bu vaxt ərzində güllələr mənim 

yanımdan bulud kimi keçirdi və onlardan yalnız biri mənim sol çiy-

nimə dəymişdi. Mənim arxamca güllə atanların arasında mən bir ta-

nış erməni gördüm, sonradan öyrəndiyim kimi, bu, 1-ci gimnaziyanın 

tələbəsi Paroyants idi. Mən qaçandan sonra həmin bu ermənilər tərə-

findən mənim qardaşım Qasım bəy 3 güllə ilə, əmim Əbdül Xalıq bəy 

1 güllə ilə, onun oğlu isə 3 güllə ilə öldürülmüşlər, sonuncunun kəlləsi 

tamamilə dağıdılmışdı. Mənim anamı və bacımı əsir götürərək Mai-

lov teatrına aparmışlar. Biz evdə olmadığımız müddət ərzində evimizi 

tamamilə talan etmiş, 15.510 rubl məbləğində qiymətli zinət əşyaları 

və başqa əmlakımızı qarət etmişlər. Mənim öldürülmüş qardaşım Qa-

sım bəyin cibində 6000 rubla yaxın pul var idi və bu pulun bir hissəsi 

onun şəriki Mikayılova məxsus idi. Bu pullar da ermənilər tərəfindən 

oğurlanmışdır.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə