Biz öz məqsədlərinə nail olmaq üçün heç bir vasitədən çəkinməyən



Yüklə 2,89 Mb.
Pdf görüntüsü
səhifə78/137
tarix22.10.2018
ölçüsü2,89 Mb.
#75303
1   ...   74   75   76   77   78   79   80   81   ...   137

249

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ

beləliklə, Nikolayevskaya küçəsi iki pulemyotdan atəşə tutulurdu.

Oxundu. İmza. Maks Borisoviç Manaseviç.

Fövqəladə Təhqiqat komissiyasının sədri: 

Ələkbər bəy Xasməmmədov (imza)

Komissiya üzvləri: Məmməd Xan Təkinski

Prokuror köməkçisi А.Kluge (imzalar)

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 18.

Sənəd № 572

Dindirmə protokolu

1918-ci il, 7 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Yankel David Samuyloviç Slavinski, 39 yaşım var, Bakı şəhərində 

yaşayıram, Nijnyaya-Priyutskaya küçəsi, dalan № 6, ev № 4. 

Mart qırğınları zamanı mənim mənzilim gözlərimin qarşısında 8750 

rubl dəyərində qarət edilmişdir. Mən əmlakımın siyahısını təqdim edirəm 

və işə əlavə olunmasını xahiş edirəm. Mənzilimi ermənilər qarət etmiş-

lər. Hətta mən erməni cinayətkarını göstərdim, tutub saxladım və o, həbs 

olundu. O Xaçatur Martirosov idi. Mənim yaşadığım evin sahibi – müsəl-

man, Əliyoldaş Əliyev və onun 4 qardaşı qətlə yetirilmiş, pulları və mən-

zilləri qarət edilmiş, qadınları isə əsir aparılmışdır. Mənim evimin qarət 

edilməsi haqqında bolşeviklərin istintaq komissiyasında

106


 iş açıldı, lakin 

sonradan X.Martirosov azadlığa buraxıldı. Mənə 8750 rublun ödənilməsi-

ni xahiş edirəm. 

Oxundu. İmza. Yankel David Samuyloviç Slavinski.

Komissiya üzvləri: Aleksandroviç, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 45.




BAKI. MART 1918-ci il. AZƏRBAYCAN QIRĞINLARI SƏNƏDLƏRDƏ

250


Sənəd № 573

Dindirmə protokolu

1918-ci il, 9 oktyabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 443-cü maddəsinə uyğun olaraq şahid qismində dindir-

diyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Polkovnik Vladimir Konstantinoviç Olonqren, 54 yaşım var, Bakıda, 

Aşurbəyov qardaşlarının Kamenistaya və Qoqol küçələrinin tinindəki 

205-32 №-li evində yaşayıram.

Bu ilin mart ayının 19-da, bazar ertəsi səhər saat 5-ə yaxın Aşurbəyov-

ların evinə zabit formasında iki erməninin başçılıq etdiyi 20-25 nəfər si-

lahlı erməni əsgəri daxil oldu. Bu dəstə üçüncü mərtəbədən başlayaraq 

evin bütün mənzillərini bir-bir gəzməyə başladı. Əli bəy Aşurbəyovun 

mənzilinə girərək və orada Berdan tipli tüfəngin patronlarının olduğu ye-

şiyi taparaq, ermənilər, heç nəyi salamat qoymadan, bütün mənzili dağıt-

mağa başladılar: mebeli, güzgüləri, çilçıraqları, saatları və digər əşyaları 

qundaqlarla sındırdılar və qiymətli əşyaları talan etdilər. Zabitlərdən or-

taboylu birisi Əli bəyin xəz kürkünü geyindi və onun üstündən bir neçə 

əsgərin köməkliyi ilə öz forma şinelini geyə bildi və çıxıb getdi. Bu za-

biti, eləcə də onun ucaboylu və həddən artıq arıq yoldaşını görsəm, tanı-

ya bilərəm. Əli bəy Aşurbəyovun bütün ev avadanlıqlarından yalnız onun 

xalçalarını xilas etmək mümkün oldu. Sonradan bu evə dəfələrlə dəstə-

dəstə ermənilər soxulurdu və hər dəfə mən onları dilə tutmalı olurdum 

ki, mənzillərə girməsinlər. Əli bəyin mənzilinin talan edilməsində iştirak 

edən ucaboylu zabit bütün evə baxdığı və burada müsəlmanları tapmadı-

ğı barədə mənə kağız verdi. Bu kağızı evə gələn erməni dəstələrinə göstər-

məli olurdum və onlar mənzillərə girmədən evdən uzaqlaşırdılar.

Oxundu. İmza. Polkovnik Olonqren.

Fövqəladə Təhqiqat komissiyasının üzvləri: Andlı iclasçı Məmməd Xan 

Təkinski, Prokuror köməkçisi А.Kluge (imzalar) 

AR Pİİ SSA, f. 277, s. 2, iş 13, v. 14.




251

FƏSİL III. MÜXTƏLİF MİLLƏTLƏRDƏN OLAN BAKI SAKİNLƏRİNİN VƏ XARİCİ VƏTƏNDAŞLARIN ŞAHİD İFADƏLƏRİ



Sənəd № 575

Dindirmə protokolu

1918-ci il, 6 dekabr. Bakı şəhəri.

Azərbaycan Hökuməti yanında Fövqəladə Təhqiqat Komissiyasının Cinayət 

Prosessual Məcəlləsinin 307 və 443-cü maddələrinə uyğun olaraq zərərçəkən qis-

mində dindirdiyi aşağıda adı çəkilən şəxs göstərmişdir:

Gürcüstan Respublikasının vətəndaşı Levan Vladimiroviç Qoqobe-

ridze, 22 yaşım var, Bakıda, Merkuryevskaya küçəsi, ev № 33, mənzil 12 

ünvanda yaşayıram. 

1918-ci ilin mart qırğınları zamanı mən, Balaxanı kəndində, Ağayev 

qardaşlarının evində yaşayırdım. Bu ev Ayrapet Surqulyantsın rəhbərlik 

etdiyi silahlı ermənilər tərəfindən mühasirəyə alındı və zirehli qatardan, 

sonra isə tüfənglərdən atəşə tutuldu. Mən özümlə qılıncımı, pullarımı, 

saatımı, dövlət əmanət kitabçamı, üzüyümü götürdüm və evdən qaçma-

ğı qərara aldım. Mənimlə birlikdə Mahmud Ağayev və adlarını bilmədi-

yim bir neçə müsəlman qaçırdı. Arxa həyətin yaxınlığında ermənilər bizi 

saxladılar. Ağayev güllə ilə ayağından yaralandı. Biz mühasirəyə alındıq 

və polis bölməsinə göndərildik. Bu vaxt dərhal mənim yanımda olan bü-

tün əşyalarımı əlimdən aldılar. Mən və o birilər beş gün bölmədə qaldıq. 

Ondan sonra məni və tanımadığım Rəhimov soyadlı birisini azad etdilər, 

qalanlarını – Ağayev qardaşlarını və bir rusu gözlərimizin qabağında gül-

lələdilər. Ağayev qardaşları 5 nəfər idi və onlardan kiçiyinin 8, böyüyünün 

isə 40 yaşı var idi. Ermənilər birinci bölmənin yaxınlığında güllələyir-

dilər, adamları arxadan vururdular. Sonra isə qundaqlarla, süngülərlə gül-

lələnənlərin axırına çıxırdılar.

Mənim qarət edilmiş əmlakımın ümumi dəyəri 1918-ci ilin mart ayı-

nadək olan qiymətlərlə 46.230 rubl təşkil edir. Mənim əşyalarımın indi-

ki qiyməti isə 138.690 rubldur və bu məbləğin mənə ödənilməsini xahiş 

edirəm. Mən talan edilmiş əmlakımın siyahısını təqdim edirəm və işə 

əlavə olunmasını xahiş edirəm.

Oxundu. Qoqoberidze. İmza.

Komissiya üzvləri: Aleksandroviç, 

Məmməd Xan Təkinski, А.Kluge (imzalar).

AR Pİİ SSA, f. 277, s. 2, iş 14, v. 41.



Yüklə 2,89 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə