Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə26/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   22   23   24   25   26   27   28   29   ...   37

 
 
117 
Belə  bir  gözəlin  dilənməsində  sirr  olmamış 
deyil!  Yol  boyu  ürəyində  boy  verən  dəli  ehtiras 
marağa qarışır. Bir xeyli küçə keçir, tin dönürlər. 
Sonunda  qız  böyük  bir  imarətə  girir.  Tacir 
marağından  elə  bil  bu  andaca  çatlayacaqdı. 
Tərəddüd etmədən imarətin darvazasını döyür.  
Onu içəri alıb bir otağa gətirirlər. Çox keçmir, 
evin sahibi gəlir. Tacir görür ki, bu, çox varlı bir 
qaraçıdı.  Salamdan  sonra  tacir  başına  gələni  ev 
sahibinə  danışır.  O  qızı  xəbər  alır,  bu  sirri 
açmasını  xahiş  edir.  Öyrənir  ki,  o,  ev  sahibinin 
qızıdı.  Tacir  qızı  almaq  istədiyini,  nə  qədər 
lazımsa  pul  verəcəyini  söyləyir.  Ev  sahibi 
razılaşmır.  
Ordan  havalı  ayrılan  tacir  özünə  yer  tapmır. 
Qızı  başından  çıxara  bilmir.  Ona  dəli  bir  eşqlə 
aşiq  olur.  Səhəri  yenə  qızgilə  gedir,  o  biri  gün 
yenə.  Amma  varlı  qaraçını  razı  salmaq  mümkün 
olmur.  
Tacirin  inadından  dönmədiyini  görən  qaraçı 
axırda  bir  şərtlə  qızı  ona  verə  biləcəyini  deyir: 
“Sabah  obaşdan  şəhər  darvazası  ağzına  çıxarsan, 
bütün  günü  dilənərsən,  gün  boyu  yığdığın  pulu 
axşam gətirərsən, qızı sənə verərəm”.  
Tacir  eşitdiklərinə  inanmır:  “Mən  sənə  kisə-
kisə qızıl verərəm, qara qəpikləri neyləyirsən?”  
Qaraçı  deyir:  “Mənə  sənin  gətirəcəyin  qara 
qəpiklər lazımdı”.  


 
 
118 
Tacir  yenə  ordan  kor-peşman  ayrılır.  Şəhər 
əhlinin  tanıyıb  ehtiram  elədiyi  bir  adam  indi 
küçəyə çıxıb necə dilənsin?  
Bütün gecəni yata bilmir... 
Səhər tezdən şəhərin darvazaları açılanda üzü-
başı  bağlı  tacir  qala  divarları  dibində  oturub 
şəhərə  girən  karvan  əhlinə  əl  uzadırdı.  Keçənlər 
bu qəribə dilənçinin ovcuna pul basırdılar.  
Axşam  tacir  diləndiyi  pulları  da  götürüb 
qaraçının  yanına  gəlir,  ona  bir  kisə  qara  qəpik 
uzadır. Qaraçı pulu alıb deyir: “Mən hardan bilim 
ki,  sən  bu  pulları  dilənmisən?”  Tacir  deyir: 
“Dilənmişəm!  Bütün  günü  şəhər  darvazasının 
ağzında oturmuşam”.  
Qaraçı  onu  sınayıcı  baxışlarla  süzür:  “Yaxşı, 
baxarıq!  De  görüm,  ovcuna  ilk  qəpik  qoyulanda 
hansı duyğuları keçirdin? Nə oldu?” Tacir  başını 
aşağı  dikib  dərin  fikrə  gedir.  Sonra  baxışlarını 
pud  daşı  kimi  qaldırıb  bu  sözləri  deyir:  “İlk 
qəpiyi  mənə  elə  mən  yaşda  bir  tacir  verdi.  Pulu 
ovcuma basanda canımdan üşütmə keçdi. Gözüm 
qaraldı,  bədənimi  soyuq  tər  basdı.  Alnımda 
sıralanmış  tər  dənələri  üzümə  axdı.  Bir-iki  dəfə 
də tərlədim, sonra daha belə olmadı”.  
Qaraçı qalxıb əlini tacirin çiyninə qoyur:  
–  Düz  deyirsən,  pulları  dilənmisən.  Qızı 
verirəm!  
–  Səni  anlamıram.  Qızı  əvvəldən  niyə 
vermədin ki, bu qara qəpiklərdimi onun dəyəri? 


 
 
119 
 –  Yox,  mənim  qızımı  heç  bir  qızıl  pul  əvəz 
eləməz.  Onu  yalnız  dəlicəsinə  sevən  birinə 
verəcəyimi  əhd  eləmişdim.  Mənə  sənin  qızılların 
lazım deyil. Mən səndə daha qiymətli olanı aldım. 
İnsanda ən dəyərli şey üzünün həyasıdır. Ovcuna 
pul  basılan  anda  səndən  çıxan  o  soyuq  tər  sənin 
şərm-həyan idi. Mən səndən onu aldım.  
Görürsənmi,  əzizim,  sevgi  insanı  haralara 
aparır, nələrə vadar eləyir... 
 
*** 
Bakıya bu gecə çatdım. Göndərdiyin mahnını 
dinlədim. Tərifə dəyərmiş. Sözləri də, musiqisi də 
əladı.  İfaçını  tanımıram,  ilk  dəfə  eşidirdim.  Pis 
oxumur.  Amma  məncə,  Röyada  daha  yaxşı 
alınardı. Bu mahnı zil yox, bəm səs üçündü.  
 
 
Salam!  Xoş  gəldin,  əzizim!  Necə  keçdi 
səfərin?  Yazdıqlarından  anladığım  qədər  maraqlı 
günlər  yaşamısan.  O  gecə  İssık-Kul  sahilindən 
yazdığın  mesajlar  aləm  idi.  Məni  əsla  yormadın, 
sadəcə  evdə  idim,  dərhal  cavab  yaza  bilmirdim. 
Amma  hər  mesajından  zövq  aldım.  Özümü  Ayın 
sudakı  əksində  qurduğun  səhnədə  duydum,  özü 
də sənin qolların arasında. Öpüşlərin ağlımı apar-
mışdı, bəlkə də suyun dərinliklərinə batırmışdı. O 
gecə  bizə  ağıl  lazım  deyildi  ki…  Ölürəm  də 


 
 
120 
ağılsız anlar üçün. Mənə yaşatdığın o gecəyə görə 
sənə təşəkkür edirəm. Öpürəm! 
Pritçana  da  söz  ola  bilməz.  Soruşmuram  sən 
də  o  tacir  kimi  edərdinmi  deyə.  Çünki  cavabını 
bilirəm...  Bəstəni  dinlədiyin  üçün  də  sağ  ol. 
Bəyənməyinə  sevindim.  Zövqü  dartışmazlar, 
amma  məncə,  bu  mahnı  yalnız  onun  ifasında 
yaxşı  alınır.  İlqar  Muradovdu  adı.  Əsas  nəfəsin 
həcmi  deyil,  idarə  olunmasıdır:  bir  ciyər  dolusu 
nəfəsi  boşuna  bağıra  da  bilərsən,  Koroğlu  nərəsi 
kimi, 
“Qarabağ 
şikəstəsi”,  Şubertin  “Ave 
Mariya”sını  oxuya  da.  Mənə  gəlincə  isə  bu 
mahnını  həm  oxuyuram,  həm  də  çalıram.  Amma 
bunların  heç  birini  sənin  üçün  etməyəcəm. 
Səninlə  görüşdə  yalnız  özümdən  danışacam,  bir 
də  səni  dinləyəcəm.  Bilirəm  ki,  mənə  sinə  dolu 
deyəsi sözün var. Görüşərik, sağlıq olsa. 
 
 
Dünənki  telefon  söhbətimiz  ləzzət  elədi. 
Türklər  demiş,  maləsəf,  hər  vaxtkı  kimi  az  oldu. 
Yaman  çox  sualın  varmış.  Özü  də  cavabını 
bilmədiyim  suallar:  “Niyə  məni  həmsöhbət 
seçdin?”,  “Məndən  gözləntin  nədir?”,  “Niyə 
məhz  mən?..”  Mənim  üçün  də  maraqlıdı.  Ümu-
miyyətlə,  cavabı  bilinməyən  suallar  ya  maraqlı 
olur,  ya  bezdirici.  Məncə,  Sənin  suallarına 
birlikdə cavab tapmalıyıq. Əsas odur nəyi harada 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə