Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə29/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   25   26   27   28   29   30   31   32   ...   37

 
 
130 
Sənə  duyduğum  istəyin  qaynağını  bilmirəm. 
Bir  onu  bilirəm  ki,  sənlə  söhbətə  gələndə  elə  bil 
yuyunub  gəlirəm,  namazdan  əvvəl  dəstəmaz 
alanlar kimi. İçimin kiri, pası da təmizlənir. Sənin 
qabağında  ürəyim  qat-qat  açılır,  görünməyən  bir 
künc-bucağı  qalmır.  Bilirsən,  bəzən  adam 
istəmədiyi,  xoşlamadığı  işlə  məşğul  olur.  Amma 
əsl  faciə  odu  ki,  sən  istəmədiyin,  xoşlamadığın 
ömrü yaşayırsan.  
Bakıda  sürətlə  uğur  qazandım.  Çox  bağlı 
qapıları açmağıma xanımımın ailəsi kömək elədi. 
Onunla tələbə vaxtı tanış oldum. Çox tez ünsiyyət 
qurduq,  sonra  bu,  sevgiyə  çevrildi.  Sosial 
statusumuz  çox  fərqliydi.  Onun  babası  məşhur 
inqilabçılardan olub. Atası respublikada o yüksək 
vəzifə  yox  idi  işləməsin.  Bir  sözlə,  ali  təbəqənin 
adamlarıydılar.  Onun  qohum-əqrəbasıyla  mə-
nimki  tutmurdu.  Hamısından  zəhləm  gedirdi. 
Mənə yad idilər. Heç birinə fikir vermirdim. Məni 
yalnız  onun  sevgisi  maraqlandırırdı.  O,  təkid 
etməsəydi,  dirəniş  göstərməsəydi,  evliliyimiz  də 
baş  tutmayacaqdı.  Sonra  illər  keçdikcə  onların 
iradəsi altında yaşadığımı anladım.  
Evliliyimizin  ilk  illəri təlatümlü dövrə düşdü. 
Doxsanıncı  illərin  əvvəllərində  baş  verənlər 
böyük  dəyişiklərdən,  umudlardan  xəbər  verirdi. 
Dəyişiklik oldu – həyatımızın altı üstünə çevrildi. 
Sonunda  doğulduğum  şəhər,  böyüdüyüm  dağ-
dərə,  umudunda  olduğum  azadlığı  da  itirdim. 


 
 
131 
Müstəqillikdən 
sonra 
kommunist 
zümrəsi 
canharay  dönüb  demokrat  oldu,  yenidən  ölkəyə 
yiyələndi.  Tək  ölkənin  yox,  elə  bizim  də 
taleyimizə  sahib  çıxdı.  Qohumlarımın  simasında 
bu  eybəcərlikləri  hər  gün  görməyə  məhkum 
edildim.  Gördüklərim  içimi  didib-dağıdır,  məni 
zərrə-zərrə  kiçildir,  əridirdi.  Adamın  ən  dəhşətli 
halı  özünü  sınmış,  alçaldılmış,  çarəsiz  duyduğu 
halıdı... 
 
*** 
 
Bu gecə gözüm elə hey Səni gəzdi. Gəlmədin 
ki,  gəlmədin.  Axtara-axtara  qaldım,  Səni  tapmaq 
istədim, amma harda axtarım, bilmədim!  
 
“Görünmədin bir kimsəyə, 
Çətin mən də tapım səni. 
Qanadım yox uçum göyə, 
Göy üzündə tapım səni. 
 
Bir buludun üstündəmi, 
Göyə qalxan tüstüdəmi, 
Məsciddəmi, kilsədəmi, 
Hansı dində tapım səni? 
 
Mən bu Allahsız ölkədə 
Azmışam yolu bəlkə də. 
Hansı dalanda, döngədə, 


 
 
132 
Hansı tində tapım səni? 
 
Kim bilir, necəsən, necə!? 
Kim bilir, bəlkə bu gecə 
Sən idin qapımdan keçən, 
Tanımadı qapım səni”
7
 
 
Qaçma məndən, xahiş edirəm! 
 
 
 
Salam,  mənim  uşaq  kimi  küsəyən  əzizim. 
Canım  mənim,  niyə  səndən  küsüm  ki?  Ara-sıra 
məni  danışdırmaq  üçünmü  deyim,  ya  qıcıqlan-
dırmaqdan  ötrümü,  düzünü  desəm,  bilmirəm, 
amma  istənilən  halda  məndən  cavab  almaq  üçün 
sərt  sözlər  göndərmisən  mənə.  Bunu  sənin 
xasiyyətin  bilmişəm.  Lakin  son  iki  mesajında 
artıq  ultimatum  verib  məni  açıq  davaya  çağı-
rırsan.  Sevdiklərimlə  dava  etmirəm,  bu  zəif 
yerimi bilib üstümə əlisilahlı gəlirsən! 
Sənə  olan  münasibətim  günbəgün  dəyişir, 
daha  da  dərinləşir.  Amma  bəzən  səbirsiz, 
dözülməz  olursan...  Qəlbinə  fikir  ver,  yad 
duyğular  girməsin.  Məni  axtarmaq  lazım  deyil, 
mən  yalnız  bir  yerdəyəm.  İssıl-Kul  sularında 
Ayın  əksi  düşən  səhnədəyəm,  sən  qurduğun 
                                                
7
 
Müəllif Ramiz Rövşəndir.
 


 
 
133 
səhnədə.  Gəlinlik  gərdəyində  aşiqini  gözləyən 
məşuq kimi gözüm qapıdadır... 
Yazmadığıma,  demədiyimə  baxma!  Hərdən 
elə  fikirləşirəm  ki,  Allahım  yaşatdığı  acıların 
əvəzi  kimi  göndərib  səni  mənə.  Məni  fikir 
xaosundan,  acı  duyğuların  burulğanından  qurtar-
maq  üçün  gəlmisən.  Amma  birdən  də  məndən 
imdad diləyən birinə oxşadıram səni. Məndən ha! 
Saman çöpündən!  
Həyatımın  mənası  iki  doğmam  haqda  yaz-
mışdım  sənə.  Bacım,  ərim  haqda.  Həyatımı 
mənasız bir insan ömrünə də elə onlar çevirdilər. 
Təsadüfən yataqda tutdum onları. Sən demə xeyli 
müddət  imiş  görüşdükləri.  Üzümə  gülə-gülə 
mənə  xəyanət  elədilər.  Ən  doğma  iki  adamı  bir 
gündə  itirmək,  özü  də  xəyanətə  görə  itirmək  çox 
ağır zərbə oldu mənə. Yaşadığım şok məni elə bir 
quyuya saldı ki, çıxılması mümkünsüzdü. Depres-
siyam  uzun  sürdü.  Xəstə  yatdım  aylar  uzunu. 
Sonra eşitdim ki, İstanbula köçüblər... Niyə danı-
şıram  bunları  sənə,  özüm  də  bilmirəm!  Amma 
sənə  də  deməyib,  kimə  deyəcəyəm  ki...  Özün  də 
bilmirsən nə qədər doğma adama çevrilmisən... 
 
 
Elə hiss edirdim ki, həyat bu qıza sərt silləsini 
çəkib.  Ürəyimə  dammışdı.  ...Gənclik  illərimizdə 
ağıllı,  oxumuş,  eyni  zamanda  həyatın  acısını 
dadmış  qızların  bir  obrazı  vardı:  dərin  düşüncəli 


 
 
134 
baxış,  bir  qədər  hüznlü  çöhrə,  asta  yeriş,  uzun 
qara  palto  və  ən  əsası,  şəvə  kimi  qara  saçlardan 
aydın  seçilən  ağ  tellər.  Çoxları  bunu  dəb  kimi 
qəbul  eləyirdi,  birinə  yaraşsa  da,  o  birinə 
yaraşmırdı. Bu obraza şeirlər də  yazılırdı. Elə bil 
belə qadın tipi  bizə Baltik ölkələrindən gəlmişdi. 
Mənə  elə  gəlirdi  ki,  bu  qadın  obrazını  Raymond 
Paulsla  Alla  Puqaçova  öz  mahnılarıyla  birgə 
yaradıblar. Bilmirəm! 
Səndə  bu obrazın cizgilərini görürəm.  Amma 
Sən  kədərli  görünmək  istəyən  yox,  onu  yaşayan, 
keçirdiyi  acıları  bütün  varlığı  ilə  gizlətməyə 
çalışan qadınlardansan. Kədər insan qəlbini görən 
teleskopdu,  hüceyrələri  görən  mikroskop  kimi. 
Mən  Səndən  gözümü  yayındırmıram.  Gözlərin-
dən axan acı sellər qəfil oldu deyə gözlərim onun 
qəbuluna  hazır  deyildi  bəlkə  də.  Günəşin  şüa 
selinə  baxa  bilməyən  gözlər  də  belədi.  Bu  qədər 
kədərlə  gözün  günəş  parlaqlığını  belə  saxlaması 
möcüzədi. Sənin gözlərin günəşin təzəcə doğulan 
çağıdı,  bala  günəşdi  sanki.  Sənin  mahiyyətin  bu 
fotolardan  baxan  bir cüt günəşdədi,  məni sehrinə 
bürüyən, üstümü örtən baxışlarındadı. 
Sənə  Sənin  acı  günlərində  rast  gəldim,  başa 
düşmədimsə,  bunu  laqeydlik  bilmə!  Başqalarının 
acısı uzaq, soyuq olur, sönmüş ulduzlar kimi uzaq 
və  soyuq.  Sənə  yaxın  gəlib  uzağı  yaxın  eləmək, 
soyuğu  isitmək  istəyirəm.  Hər  şeydən  uzaqlaş-
dığın  bir  vaxtda  tanımadığın,  çatda  təsadüfən 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə