Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə31/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   27   28   29   30   31   32   33   34   ...   37

 
 
140 
 
VI Bölüm 
 
“Qum dəryasının kapitanları” 
 
 
Qadının  yaşadığı  dəhşətdi.  Ən  doğma  iki 
adamı ona xəyanət edib. Bu, tək xəyanət deyil. 
O, 
təhqir  olunub.  Bilmirəm  hansı  daha  ağırdı  - 
xəyanət, ya təhqir?! 
Halına acıyıram. Açığı, əvvəl 
onunla  görüşmək,  söhbət  eləmək  istəyirdim. 
Etiraf edim ki, bir qadın kimi kişi ağlımdan keçən 
anlar  da  az  olmayıb.  Amma  bu  açıqlamasından 
sonra  bütün  bu  duyğularım  tamam  başqa 
hisslərlə  əvəz  olundu.  Onunla  təmas  üçün  güclü 
iradə,  böyük  sevgi,  heç  olmasa  onun  daşıdığı 
ağırlıqda kədərin olmalıdır.  
Sözün  düzünü  desəm,  məni  Qadından  çox 
Rəssam  maraqlandırır.  Hər  dəfə  onun  yazdıq-
larını oxuyanda yazışdığı Qadın yox, arvadı gəlir 
gözümün  qabağına.  Xanımın  qarşısında  özümü 
müqəssir  hesab  edirəm,  elə  bil  günah  işlədən 
onun  əri  yox,  mənəm.  Bu  sirri  ona  deməsəm, 
günah  etmiş  olaram.  Amma  necə  deyim?  Deyə 
bilərəmmi?  Desəm,  ondan  da  betər  günaha 
batmarammı?  
Gic-gic  suallarla  beynimi  yormaq  istəmirəm. 
Onlar  sadəcə  yazışıblar.  Ortada  xəyanət  adına 
bir şey yoxdu. Bir də ki, “xəyanət”, “günah” nədi 


 
 
141 
axı? Bu yazışmalarından sonra, onların yaşadığı 
bu  duyğuların  qabağında  bu  sözlər  yenə  öz  əzəli 
anlamını saxlayırdımı? Bilmirəm!  
Görüşdən  sonra  vəziyyət  necə  olacaq, 
hadisələr  hara  səmt  alacaq?  Real  görüş  onları 
pəjmürdə  edəcək,  ya  daha  da  yaxınlaşdıracaq? 
İndi  onların  həyatını  özlərindən  xəbərsiz  izləyən 
biri kimi bu suallar hər anıma hakim kəsilib.  
İçimdə həm də belə bir şübhə oyanıb – onlar 
həqiqətənmi  görüşmək  istəyirlər,  yoxsa  belə 
söyləmələri  özünüaldatmadı,  əslində  görüşdən 
qaçırlar? 
 
 
 
Rio-de-Janeyroya  cümə  gecəsi  çatdım.  Məni 
“Avenida  Atlantica”  hotelinə  yerləşdirdilər. 
Sabah  sərginin  açılışıdı.  İki  gündü  haldan 
düşənədək  gəzirəm.  Elə  yekə  şəhərdi  ki,  özünü 
səhrada qum dənəsi sanırsan. Bunu gücsüz insan-
lar  anlamında  demirəm.  Küçələrdə  rastlaşdığın 
adamlara  zəif,  gücsüz,  umudsuz  demək  olmur. 
Burda  hamının  üzündə  qəribə  bir  arxayınlıq  var, 
gözləri  həyat  eşqiylə  doludu.  Mən  bu  gözlərdə 
kədər görmədim. Amma kədərsiz adam olurmu?! 
Görünür, buranın adamları kədərlərini qəlbin arxa 
otaqlarında gizlətməyi bacarırlar.  
Şəhərin  kasıb  məhəllələrində  yaşayanların  da 
üzü  gülür.  Xoşbəxtlik  varlı  olmaqda  deyil,  bir 


 
 
142 
kəlmə  xoş  sözün,  bir  loğma  çörəyin,  bir  udum 
azad nəfəs almağın bəxtiyarlığını yaşamaqdadı.  
Favela deyilən gecəqonduları gəzmək maraqlı 
olsa  da,  çox  təhlükəlidi.  Buralar  cəhənnəmin 
dibidi.  Favelaların  öz  qanunları  var.  Bura  dövlət 
qanunları  ilə  yox,  kriminal  avtoritetlərin  əmrlə-
riylə  idarə  olunur.  İç-içə,  üst-üstə  tikilən  daxma-
lar  ələ  keçən  hər  cür  materialdan  tikilib. 
Cinayətkarlıq, 
narkomaniya, 
antisanitariya, 
fahişəlik buranın adi halıdı. Deyirlər buralar polis 
üçün  alınmaz  qaladı,  dəfələrlə  açıq  davadan 
məğlub  dönüblər.  Amma  Sənə  deyim  ki,  burda 
rəsmə  gələsi  onlarla  insan  sifəti  gördüm. 
Favelalar 
insan 
üzlərindən 
ibarət 
çələngə 
bənzəyir.  Silsilə  insan  portreti  yaratmaq  olar. 
Qapısı  ağzında  çömbəltmə  oturub  siqar  çəkən 
qarının qırış üzü, pəncərəyə  yayxanan  yeniyetmə 
mulat fahişənin bərk, hamar ombasının mis rəngi, 
boynumdakı  fotoaparata  müştəri  gözüylə  baxan 
on iki-on üç yaşlı oğlanın bic nəzərləri, körpəsini 
əmizdirən  zənci  qadının  döşündən  axan  südün 
uşağın  qara  üzündəki  bəyaz  izi...  neçə-neçə  belə 
mənzərə. 
Böyük təzaddı – bir tərəfdə dünyanın ən gözəl 
şəhərlərindən  biri,  o  biri  yanda  Tanrının  da  üz 
döndərdiyi  səfalət  favelaları.  Qaldığım  hoteldən 
cəmi  beş  yüz  metr  aralıdakı  faveladan  balaca 
uşaqların alıcı quş kimi qəfil hücumları qarşısında 
heç kim duruş gətirə bilməz. Biri çantasını, o biri 


 
 
143 
üstündəki  qiymətli  əşyasını  itirəcək  –  bir  göz 
qırpımında  qapıb  qaçacaqlar.  Bu  favelaların 
fonunda  İsa  Məsihin  möhtəşəm,  dünyanın  ən 
hündür  heykəli  belə  aciz  görünür.  Qolları  yana 
açılı  İsa  Məsih  buradakı  səfil  insanları  şəhərin 
varlı,  bəxtəvər  sakinləriylə  birgəmi  qoynuna 
almaq  istəyir?  Yoxsa  gördüklərinə  təəccüb  edir? 
İnsanlara 
sevgi 
payını 
bərabərmi 
bölüb? 
Bilmirəm! Hər halda çox sarkastik mənzərədi.  
Günəş də belədi  işığını, istisini hamıya eyni 
dərəcədə vermir. 
Danışırlar  ki,  ildə  dörd-beş  kərə  heykəli 
ildırım  vurur.  Çarmıxda  əzab  çəkən  İsanın 
heykəli  də  əzab  içindədi.  Bu  nədi?  Tanrının 
insanlara  min  illərdi  göndərdiyi  xəbərdarlığın 
davamıdımı? Bunda mistik siqnallar axtaranlar da 
az deyil... 
İndi  çıxmalıyam,  imkan  olduqca  yazacam. 
Hələlik. 
 
*** 
 
Bu gün Kapakabana çimərliyinə getdik. Bazar 
günləri  hotelimizlə  çimərlik  arasındakı  yolu 
bağlayırlar.  Bu  günlərdə  şəhər  əhalisi  də  çimər-
liyə  axışır.  Dörd  kilometr  sahil  boyu  uzanan 
çimərlik  pəncərəmdən  daha  izdihamlı  görünür. 
İnsanlar  qarışqa  yuvasını  xatırladır,  adama  elə 
gəlir  ki,  sahildə  insan  qum  dənələrindən  çoxdu. 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə