Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə32/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
144 
Yaman  yanmışam,  kürəyim  qıpqırmızı  qızarıb, 
göynəyir, çox güman, dərisi soyulacaq.  
 
*** 
 
Buranın  məşhur  karnavalı  pasxadan  qırx  gün 
əvvəl başlayır. Şəhərin kasıb şimal rayonlarındakı 
samba  rəqs  məktəbləri  hər  il  yeni  tamaşalarla 
karnavalda  iştirak  edir.  Böyük  şənlik  olur. 
“Karnaval” sözü “əlvida, ət” demək olsa da, yaxşı 
qızardılmış  əti  hər  restoran,  kafedə  verirlər. 
Dünyanın  ən  böyük  stadionu  “Marakana”  da 
burdadı.  Gələn  bazar  günü  futbol  olacaq.  Gürcü 
dostum  əl  çəkmir,  deyir  bileti  dəyiş,  qal,  futbola 
gedək. “Rio-de-Janeyroya gələsən, “Marakana”da 
futbola  baxmayasan,  günah  olar!”  Düz  deyir, 
razıyam  onunla.  Amma  ona  necə  deyim  ki, 
buranın  heç  bir  gözəlliyi  Sənlə  keçirəcəyim  anı 
əvəz edə bilməz. 
Mənə  yazdığın  son  sözləri  elə  bil  dilinlə 
demisən, 
qulağımda 
səslənir: 
“Qayıt 
gəl! 
Qayıdanda  mütləq  görüşəcəyik.  Son  kərə  söz 
verirəm!  Sənə  sözüm  olacaq,  YALNIZ  SƏNƏ! 
Mənə  çox  lazımsan!!!  İmza:  sənə  əl  açan  qaraçı 
qız!”  
Mən  də  qayıdanda  rəsmini  Sənə  göstərəcəm. 
Hələ bitməyən rəsmini. Çoxları belə zənn edəcək. 
Əvvəl  fikirləşirdim  ki,  rəsmin  tamamlanmayıb. 


 
 
145 
Bütün rəsm qaydaları da onu deyir, amma Sən axı 
bilirsən, mən qaydaları pozmağı sevirəm...  
Burada,  təzadlarla  dolu  bu  şəhərdə  dünyanın 
yarımçıq  yaradıldığını  daha  aydın  dərk  edirəm. 
Tanrı  sirlərini  bizə  tam  açmır,  insanı  həyata  ta-
marzı  qoymaq  üçün  verdiyini  yarımçıq  verir. 
Dünyanın  bütün  xoşbəxtlikləri  də  beləcə,  tam 
deyil.  Bəlkə  belə  yaxşıdı.  Bəlkə  də  yox!  Bilmi-
rəm!  Yaradanın  düsturunda  səhvmi  axtaracam?! 
Amma  onu  bilirəm  ki,  insan  yaradılmışların  ən 
cavanı, ən sirlisidi. Nə yaşı var ki! Vur-tut iki yüz 
min il ola-olmaya. Milyonlarla il ömrü olan bitki, 
heyvan  aləmi,...  milyard  illər  öncə  yaranmış 
dağlar,  dənizlər  insan  yanında  burnu  yerə  dəyən 
qoca qarıdı. Hələ Big Bang
8
-dan törəyən milyon-
milyon ulduzlu qalaktikanı demirəm. İnsanın sirri 
açılmayıb,  onun  ömrü  hələ  qabaqdadı.  Tanrının 
ən böyük möcüzəsi olan insan özünü dərk edəndə 
sirri faş olacaq. 
Portretini  görəndə  isə  onu  yarımçıq  sanma, 
tamamlanıb!  O,  çox  mükəmməl  çəkilib.  Ona 
mənim gözümlə baxarsan! İndiyədək çəkdiyim ən 
yaxşı rəsmimi Sənə göstərməyə tələsirəm! 
 
                                                
8
 
Böyük  Partlayış –  kainatın  14  milyard il əvvəl  sıx və  isti 
maddədən yaranması haqda nəzəriyyə.
 


 
 
146 
*** 
 
Bu  axşam  sahildəki  kafedə  əyləşib  gəzişən 
adamlara  tamaşa  edirdim.  Adama  elə  gəlir 
buranın  insanları  qayğısızdılar.  Sanki  yerimirlər, 
havada  uçurlar,  qar  dənələri  kimi.  Bu  səs-küyün 
içində  bir  hüzur  var.  Bunu  duyman  üçün  gərək 
sənin  qəlbində  dinclik  olsun.  Mənsə  heç  vaxt 
özümü  havada  uçan  qar  dənəsi  kimi  yüngül  hiss 
edə  bilmirəm.  Bu  yüngüllüyü  yaşamaq  üçün 
mühitin  olmalıdı,  sakit,  mehin  belə  əsmədiyi 
havada  olmalısan.  Bizim  isə  dörd  tərəfimiz 
burulğandı elə bil. Yaşamaq, ayaqda qalmaq üçün 
çiynin  götürməyən  yükü  çəkməlisən.  Məndən 
nələr gözləyirdilər! Gözlədiklərini verməyəndə də 
olurdum  dəyərsiz  bir  varlıq.  Rəssamlar  birliyinə 
sədrliyimi  mənsiz  həll  eləmək  istəyirdilər,  elə 
bilirdilər  ki,  sevinəcəm.  Hələ  məni  deputat  da 
seçdirirdilər az qala. Deyirdim, istəmirəm. Belədə 
də məni axmaq hesab eləyirdilər. Anlamırdılar ki, 
mənim  bu  şeylərə  marağım,  həvəsim  yoxdu. 
Dövlət  mükafatları,  xarici  səfərlər,  bəzi  sərgilə-
rimin  təşkili  haqda  qərarlardan  da  sonra  xəbər 
tuturdum.  O  qədər  mənasız,  zəhləm  gedən 
adamlara veriblər ki rəsmlərimi, icazəm olmadan, 
onları  itirməyimə  heyfsilənirəm.  Filan  nazirin 
arvadına,  filan  deputata,  nə  bilim  kimə,  kimə... 
Özümü  bu  mühitdə  bədəndə  yad  cisim  kimi  hiss 
eləmişəm.  Məni  heç  vaxt  onun  atasının  ad-sanı, 


 
 
147 
var-dövləti,  hakimiyyətdəki  statusu  maraqlandır-
mayıb.  Bütün  bu  illər  boyu  xanımımı  onlardan 
fərqli bilmişəm. Amma sonra yavaş-yavaş hər şey 
dəyişdi.  Ölkədə,  cəmiyyətdə  qlamur  həyata  kor 
bir  canatma  dalğası  başladı.  Elə  bil  adamlar 
zombiləşdilər.  Qarabağ  deyənlərin  səsi  quyu 
dibinə  düşdü.  Ölkə  atəşfəşanlıqlar  diyarına 
çevrildi. İnsanlar da dəyişdi.  Bir gün anladım  ki, 
sən demə, o da bu mühitdə rahat yaşaya bilirmiş. 
Bax  onda  onun  genetik  kodunun  açıldığını 
anladım.  Məni  dəhşətə  gətirən  odu  ki,  bu  kodun 
açarlarından  biri  də  mən  oldum.  Onun  bu  snob 
elitanın nümayəndəsi olmasında mən də yardımçı 
bir alətə çevrildim.  
Onu  indi  də  sevirəm.  Məni  onun  əsirinə 
çevirən  tək  gözəlliyi  yox,  azad  düçüncəsi, 
sadəqəlbliyi  olub.  Ruhuyla  məni  elə  ilk  gündən 
tilsimləyib.  Bizi  birləşdirən  çox  dəyərlər  var. 
Amma  bəzən  düşünürəm  o  dəyərlər  yenə 
qalıbmı? 
Sonra  da  Sən  gəldin…  Amma  Sən  kimsən? 
Ümumiyyətlə,  “Sən”  dediyim  adam  varmı, 
mövcuddurmu? Bəzən deyirəm, görüşək, sonra da 
fikirləşirəm,  mən  xəyallamı danışıram,  xəyallamı 
görüşmək istəyirəm. Axı Sən yoxsan! Olmayanla 
necə  görüşə  bilərəm!  Varsansa,  Səni  Tanrı  yox, 
mən  yaratmışam!  ...Fikir  vermə,  məni  viski 
danışdırır... 
 


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə