Biz özgənin yaratdığı dünyada yaşayırıq



Yüklə 360,3 Kb.
Pdf görüntüsü
səhifə36/37
tarix25.06.2018
ölçüsü360,3 Kb.
#51207
1   ...   29   30   31   32   33   34   35   36   37

 
 
162 
əmrindən,  ya  elmin  dediyi  Böyük  Partlayışdan! 
Bizə  öz  dünyamız  lazımdır.  HƏR  KƏS  ÖZÜNÜ 
KİRAYƏNİŞİN SANDIĞI ÖZGƏ DÜNYADAN 
YENİ  DÜNYAYA,  ÖZÜNÜN  YARATDIĞI, 
SAHİBİ OLDUĞU DÜNYAYA CAN ATIR. Öz 
dünyasını  yarada  bilən  insanlığın  sirrini  açmış 
kimidir.  Sən  bunu  yarada  bildin.  Biz  bunu 
birlikdə yaratdıq.  
 
 
Bu  gün  yenə  sərgidəydim.  Dünən  də, 
srağagün  də  getmişdim.  Hər  gün  gedirəm. 
Xanımın  olmayan  vaxtda  gedirəm.  Hələ  bir 
müddət 
davam 
edəcək. 
Sonra 
İstanbula, 
Moskvaya  aparacaqlar.  Nə  qədər  burdadır,  hər 
gün  gedəcəm.  Hər  dəfəsində  səni  bir  başqa 
yandan görmək, kəşf eləmək üçün. 
Elə  bil  rəsmlərin  bir  portretin  mozaik 
parçalarıdır.  Onları  topalayıb  puzldakı  kimi  hər 
hissəni  öz  yerinə  qoysan,  bütöv  şəkil  alacaqsan. 
Mən  də  sənin  bu  şəkillərini  hissə-hissə  düzdüm 
xəyalımda.  Böyük  bir  portret  alındı.  Bu,  sənin 
rəsmin  idi.  Rəsmlərin  sənin  varlığının  əksidir. 
Mən  səni  gördüm.  Qəlbini  duydum.  Sənin  göz-
lərinlə baxdım rənglərə. Sən adi gözlə baxmırsan, 
sənin gördüyün rəngləri biz görmürük. Sən rəngin 
o üzünü, bətnini görürsən. Çəkdiyin insanın dərisi 
necə  nəfəs  alır,  duyursan.  Saçın  necə  uzandığını 
hiss edirsən. İnsanın içindən üzünə axan kədərin, 


 
 
163 
sevincin  yolunu  bilirsən.  Kədəri,  ağrını,  əzabı, 
sevinci, sevgini biz dağı, daşı, ağacı gördüyümüz 
kimi görürsən. 
 
Qəza  iyunun  birində  baş  vermişdi.  Qadının 
qəzadan  sonra  yazdığı  on  bir  mesaj  arasında 
zaman  məsafəsi  müxtəlif  idi.  Bu  müddətdə  ilk  üç 
mesaj  qəzadan  sonrakı  birinci  ayda  yazılıb. 
Növbəti  dörd  mesaj  isə  sərgiyədək  yazılanlardı. 
Axırıncı  məktublar  sərgi  dövründə,  sonuncu,  rus 
dilində  “Yoxluq”  şeiri  isə  bir  ay  əvvəl 
qoyulmuşdu. 
 
 
Əzizim,  mənsiz  orda  günün  necə  keçir? 
Darıxmamısan?  Darıxma!  Deyəsən,  az  qalıb, 
tezliklə gələcəm yanına. Bunu həkimin gözündən 
oxudum  bu  gün.  Heç  iki  il  qabaq  sağalmaz  bir 
xəstəliyə  tutulduğumu  deyəndə  gözləri  belə 
ümidsiz  deyildi,  səsi  belə  titrəməmişdi.  Anladım 
ki,  sayılı  günlərim  qalıb.  Amma  qorxum  yoxdur, 
vallah yoxdur. Əksinə, sevgilisiylə görüşə aparası 
qatara bilet alan sərnişin kimiyəm. Birdə ki, burda 
yaşamaqdan 
yorulmuşam. 
Gəlirəm 
yanına. 
Qarşıla məni, əzizim! İnanıram sənə, Allah haqqı 
inanıram.  
 
 
İki  həftədir  yataqdayam.  Axır  ki,  düşdüm 
yatağa. Bu gün yenə həkim gəlmişdi. Xoşum gəlir 


 
 
164 
ondan,  kişi  adamdır.  Xəstəliyimi  əvvəl  gündən 
üzümə  demişdi,  özü  də  gülə-gülə,  heç  nə  olma-
yıbmış  kimi.  Deyəsən,  o  da  bu  dünyada  kirayə-
nişin  yaşayanlardandır,  ...bizim  kimi.  Evdəkilər 
əməliyyat  üçün  İstanbula  aparmağa  təkid  edirlər. 
Həkim  etiraz  eləmir,  amma  duyuram  ki,  sadəcə 
onların son ümidini qırmaq istəmir. 
Getməyəcəm,  qoymayacam  aparsınlar!  Özü 
də onların yanına! Təsəvvür edirsən?! Qardaşımın 
bacımla  telefonda  danışığını  qulağım  çaldı. 
Yalvarırmış,  deyirmiş  ki,  İstanbula  gətirin  onu. 
Həkimə  göstərəcəkmiş,  özü  baxacaqmış  mənə. 
Bəs üzümə necə baxacaqmış görən?  
Mən  sənin  yanına  gələcəm.  Səni  burda  çox 
gözlətdim,  orda  da  gözləmənə  qıymaram. 
Gəlirəm!  
Həmişə  sən  mənə  şeir  göndərirdin.  İndi  mən 
yollayım.  Bunu  bu  dünyada  kirayənişin  kimi 
yaşamış bir şair yazıb  Aydın Əfəndi. 
 
Если кто 
меня спросит – 
скажи его нет. 
Скажи – он на Работе. 
Скажи его нет, – 
пригласили на Прощальный обед. 
Скажи его нет, – 
на редкий спектакль достал он 
билет. 


 
 
165 
Скажи его нет, – 
он вышел застать до начала 
Рассвет. 
Если кто 
меня спросит – 
скажи его нет. 
Он вернется через тысячи лет.
10
 
 
                                                
10
 
Aydın Əfəndi, “Yoxluq”. Tərcümə edən Qulu Ağsəsdir. 
 
Məni soruşan olsa... 
de ki: 
haya gedib; 
de ki: 
heç kəsin görmədiyi 
tamaşaya gedib. 
Məni soruşan olsa... 
de ki: 
göz qabağındadı; 
hardasa dost yığnağındadı. 
Məni soruşan olsa... 
de ki: 
dünyanın boyun  
ölçüb qayıdacaq, 
de ki: 
uzağı min ilə burdadı 
(demə... ölüb qayıdacaq)... 
Bilirəm, bəhanədən bolsan 
bircə susma, yaxşımı - 
məni soruşan olsa...
 
 


 
 
166 
Epiloq 
 
 
 
Elə  bilirdim  Qadının  görüşdən  qaçmasının 
səbəbini  anlamışam.  Əsl  səbəb  heç  ağlıma  da 
gəlməzdi. Onun sirlərini bildikcə, yaşadığı hiss və 
həyəcanlarını duyduqca mənə nə qədər doğmalaş-
dığının  fərqindəydim.  Deyəsən,  əməlli-başlı  aşiq 
də  olmuşdum.  Vurulmaq  ayrı  necə  olur  ki!  Onu 
unuda bilmirdim! 
Qəribə  vəziyyət  yaranmışdı.  Qəribəlik  gül-
məli  halımda  idi.  Məni  tanımayan,  heç  mövcud-
luğumdan  xəbəri olmayan  birinə aşiq olmuşdum. 
Hər halda ona bəslədiyim duyğunun nə olduğunu 
kəsdirə  bilirdim.  Birinci  dəfə  yaşamırdım  ki, 
bunu! 
Uşaqlıqda  qəşəng  aktrisalara  vurulan  vaxtla-
rım  az  olmayıb.  İrina  Alfyorovaya,  elə  bizim 
Həmidə  Ömərovaya  aşiq  olduğum  kimi.  Şəkillə-
rini jurnallardan kəsib otağımın divarlarına vurur-
dum.  Bir  dəfə  atam  içəri  girib  onlara  baxanda 
utanmışdım da. Amma o, etiraz eləməmişdi, eləcə 
bir  xeyli  baxıb,  “Qəşəng  qızlardı,  zövqün  pis 
deyil”  demişdi.  Birinin  utancaq  təbəssümü,  o 
birinin iri gözləri məni sehrləmişdi.  
Onlardan  əvvəl  isə  birinci  belə  “sevgilim” 
İvan  Kramskoyun  məşhur  portretindəki  “namə-
lum  qadın”  idi.  Növbəti  ilin  divar  təqvimini  o 
rəsmlə  çap  eləmişdilər.  Anam  kitab  mağazasın-


Yüklə 360,3 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   37




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə