Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə13/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   9   10   11   12   13   14   15   16   ...   38
Biznes əlaqələri 80 SUAL

İstehsal planı.
İstehsal planı, yalnız istehsalla məşğul olan sahibkarlıq subyektləri üçün hazırlanan biznes planlara daxil edilir.
Təşkilati plan.
Bu bölmə sahibkarlıq subyektinin idarəetmə sistemi və kadr siyasəti haqqında məlumatlardan ibarət olur.
Maliyyə planı.
Maliyyə planı biznes planın ən vacib bölmələrindən hesab edilir. Biznesə başlamağın ən məsuliyyətli və çətin məqamıdır.
20. Tərəfdaşlarla əlaqələrin qurulması.
Terəfdaşlıq əlaqələrinin qurulması mexanizminin əsas elementləri müxtəlif saziş və razılaşmalardır. Razılıqların əldə olunması tərəfdaşlıq əlaqələrinin istiqamətindən asılıdır. İlk olaraq sahibkar mümkün tərəfdaşla əməkdaşlıq sferasını müəyyənləşdirir, sonra əməkdaşlığın konkret formasını seçir, yalnız bundan sonra müqavilə bağlamaq təklifi ilə çıxış edir.
Məsələn sahibkarlıq sferasını əhatə edən qanunvericilik bazasının təkmilləşdirilməsi üçün dövlət orqanları ilə sahibkarlıq subyektləri arasında tərəfdaşlıq sazişi bağlana bilər.
1. Əməkdaşlıq istiqamətləri.
Tərəflər göstərilən məqsədlərin reallaşdırılması üçün aşağıdakı istiqamətlərdə bərabərhüquqlu əməkdaşlığa dair razılığa gəlmişlər:
Aşağıdakı sahələrdə qarşılıqlı işgüzar informasıya mübadiləsini həyata keçirmək:
Sahibkarlıq fəaliyyəti sahəsində (aidiyyatı sahə üzrə) qanunvericilikdə baş verən dəyişikliklərin sahibkarlara çatdırılması;
Sahibkarlıq subyektinin fəaliyyəti ilə bağlı zəruri informasiyalarla digər tərəfin məlumatlandırılması;
Sahibkarlıq subyektində aparılan yoxlamalar zamanı aşkara çıxarılan çatışmamazlıqların aradan qaldırılması istiqamətində birgə səylərin göstərilməsi;
Sahibkarlarlıq subyektlərinin öz fəaliyyətlərini mövcud qanunvericilik çərçıvəsində həyata keçirmələrinə metodiki köməklik göstərilməsi;
Sahibkarlıq fəaliyyətinə mane olan hallar barədə dövlət orqanlarının məlumatlandırılması və onların aradan qaldırılması istiqamətində bu orqanlarla əməkdaşlıq edilməsi;
Sahibkarlıq subyektinin fəaliyyətinə qeyri-qanuni müdaxilə edilməməsi;
Sahibkar tərəfindən onun fəaliyyətini tənzimləyən mövcud normativ-hüquqi aktlara əməl edilməsi.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə