Biznes əlaqələri


Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması



Yüklə 83,27 Kb.
səhifə10/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   6   7   8   9   10   11   12   13   ...   38
Biznes əlaqələri 80 SUAL

16. Kütləvi informasiya vasitələri ilə əlaqələrin qurulması
Kütləvi informasiya vasitələrləri (KİV). Bu və ya digər qərarların qəbul edilməsinə kütləvi informasiya vasitələrləri xüsusi təsir göstərir. Onları cəmiyyətdə əbəs yerə "dördüncü hakimiyyət" adlandırmırlar. Kütləvi informasiya vasitələri ictimaiyyətin diqqətini cəlb edərək, əhalinin ayrı-ayrı qruplarının ictimai rəyini və davranış xəttini formalaşdıraraq, əksər hallarda, ən ağrılı həyat problemlərinə toxunur.
İnsanlarda informasiyaya qarşı qərəzli münasibət yaradan amillər:
- süni (siyasi) senzura;
- sosial əlaqələri məhdudlaşdıran amillər;
- ictimai münasibətlər məsələlərinə ayrılan vaxtın məhdudluğu;
- real hadisələrin təhrifi;
- mürəkkəb problemləri sadə sözlərlə ifadə etmək cəhdi nəticəsində yaranan qeyri-dəqiqlik;
- insan həyatının sabit normalarına təhlükə yaradan faktlara toxunmaq qorxusu.

17. Layihənin reallaşdırılması üzrə sahibkarlıq hərəkətinin sxemi
Layihənin reallaşdırılması üzrə sahibkarlıq hərəkətinin sxemi – sahibkarlıq subyektinin daxili və xariji mühitinin müxtəlif amillərini özündə əks etdirən, onun kollektiv üzvləri, bazar və tərəfdaşlarla qarşılıqlı münasibətlərinin yekun planıdır.
Bazar - mal mübadiləsi münasibətlərinin məcmusu, əmtəə istehsalı və tədavülü qanunları ilə təşkil olunmuş mübadilədir. Bazar – alıcı və satıcıların başqa sözlə desək tələb və təklifin qarşılıqlı əlaqədə olduğu məkandır. Bazar məhsul istehsalçılarını və istehlakçılarını bir araya gətirən, ölkədaxili və beynəlxalq mübadilə sferasıdır.
Tərəfdaşlar dedikdə sahibkarlıq fəaliyyətinin normal təşkili üçün köməyi keçən müxtəlif bazar subyektləri (satıcılar, alıcılar, vasitəçilər, dövlət hakimiyyəti orqanları və s) nəzərdə tutulur.
Tərəfdaşlıq əlaqələri - sahibkarın digər bazar subyektləri ilə əldə etdiyi razılaşma və ya müqavilə münasibətləridir.
Saziş - iki və ya daha çox tərəflər arasında aparılan işlərin razılığıdır.
Sazişin məzmunu və forması əməkdaşlığın konkret istiqamətindən bilavasitə asılıdır.


Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə