Biznes əlaqələri


Lisenziya razılaşmaları üzrə lisenziatın vəzifələri



Yüklə 83,27 Kb.
səhifə18/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   14   15   16   17   18   19   20   21   ...   38
Biznes əlaqələri 80 SUAL

28. Lisenziya razılaşmaları üzrə lisenziatın vəzifələri......
Lisenziya razılaşmaları üzrə lisenziatın vəzifələri. Lisenziatın əsas vəzifəsi lisenziya haqqının vaxtında və düzgün ödənilməsidir. Ödənişlərin dəqiq təmin edilməsi üçün lisenziat etirbarlı bank hesabına malik olmalıdır. Etibarlı bank təminatı isə lisenziar üçün stimullaşdırıcı rola malikdir. Lisenziya haqqlarının vaxtında ödənilməməsi müqavilənin pozulmasına gətirib çıxara bilər.
Müqavilə predmetindən düzgün və səmərəli istifadə olunması da lisenziatın əsas vəzifələrindən biridir. Lisenziat buraxılan məhsulun keyfiyyətinin texniki sənədlərdə, göstərilmiş standartlara uyğun olmasına görə məsuliyyət daşıyır.
Lisenziya məhsulu üzrə reklam işləri lisenziat tərəfindən həyata keçirilir və əgər müqavilədə qeyd edilərsə bütün reklam materiallarında məhsul, lisenziar firmanın adı altında təqdim edilir.
Əgər lisenziya predmetinə lisenziat tərəfindən əlavələr edilibsə, onlardan istifadə hüququ razılaşma ilə lisenziara də verilə bilər
Müqavilə bağlanması və yerinə yetirilməsi ilə əlaqədar rüsum, vergi və s. xərclər, həmçinin valyuta ödəmələri və köçürmə xərcləri lisenziat tərəfindən həyata keçirilir.

29. Lisenziyaların predmetləri
Lisenziyaların predmetləri. Texnologiya mübadiləsinin əsas vasitəsi hazırda lisenziya ticarətidir. Lisenziya ticarəti texnologiyadan istifadə hüququnun sahibindən alıcıya keçməsini təmin edir. Lisenziyaların predmetlərini isə aşağıdakılar təşkil edir:
- patentli ixtiralar;
- sənaye nümunələri;
- əmtəə nişanları;
- nou-hau.
Patentli ixtiralar. İxtiralar (invention) patent vasitəsilə qorunur. Patent - ixtiranın yeniliyini onun sahibini təsdiq edən, sahibinə ixtiradan monopol istifadə hüququ verən dövlət tərəfindən təqdim olunan rəsmi sənəddir. Patentin qüvvədə olma müddəti (adətən 15-20 il) dövlət qanunvericiliyi ilə müəyyən edilir. Əgər ixtira patent sahibinin icazəsi olmadan istifadə edilirsə, bu zaman patent sahibi məhkəməyə müraciət etmək və dəyən maddi zərərin ödənilməsini tələb etmək hüququna malikdir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə