Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə26/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   22   23   24   25   26   27   28   29   ...   38
Biznes əlaqələri 80 SUAL

41. SPOT SAZİŞLƏRİ.
SPOT – mövcud olan məhsulun qiymətini dərhal ödənilməsi və alıcıya çatdırılmasını nəzərdə tutan saziş. Spot sazişləri bağlayan satıcılar 2 həftə ərzində əmtəələri birja anbarına təhvil verir və bunun müqabilində satıcıya birja anbarında xüsusi şəhadətnamə-varrant təqdim olunur. Real malın satıcısı həmin malı sazişdə müəyyən edilmiş vaxt ərzində Birja Komitəsi tərəfindən təsdiq olunmuş anbarların birinə göndərir.
42. KONSİQNASİYA.
Konsiqnasiya — malın komissiya satışının forması olaraq, onun sahibi tərəfindən, komisyonçuya və ya konsiqnatora, razılaşdırılmış mükafat müqabilində, onun anbarından satılması üçün verilmiş tapşırıqdır. Bu halda mal, komisyonçunun anbarına daxil olaraq, onun reallaşdırmasının anına qədər konsiqnantın mülkiyyətində qalır. Konsiqnasiya əməliyyatları konsiqnasiya müqaviləsi əsasında reallaşır. Bir qayda olaraq bu müqavilələrə ən çox xarici ticarət əməliyyatlarında rast gəlmək mümkündir. Satışın konsiqnasiya formasından, bazarın zəif mənimsənilməsi və ya yerli alıcılara az məlum olan yeni malların satışı zamanı istifadə olunur. Satış ölkəsində yerləşən anbarlardan malların satışı yeni bazarların mənimsənilməsini əhəmiyyətli dərəcədə yüngülləşdirir. Dövlət müəssisələri tərəfindən malların konsiqnasiya yolu ilə ixracı bağlanmış müqavilələr, dövlət qeydiyyatından keçirilməklə aparılır. Özəl müəssisələr tərəfindən malların konsiqnasiya yolu ilə ixracı gömrük orqanlarında bəyan edilməklə aparılır.
43. KOMİSYONÇUNUN (konsiqnatorun) və KOMİTENTİN( konsiqnatın) VƏZİFƏLƏRİ.
Komisyonçunun (konsiqnatorun) vəzifələri:
- komitent (konsiqnant) tərəfindən verilmiş tapşırıqları üçüncü şəxslərlə əlaqələndirmək,( yəni konsiqnantın tapşırığı əsasında üçüncü tərəfnən saziş imzalamaq; )
- üçüncü şəxs tərəfindən saziş şərtlərinin pozulması halında, komitenti xəbərdar etmək;
- əmlakın çatdırıldığı anda onun üzərində zədələrin, başqa çatışmazlıqların olduğu halda komitenti təcili xəbərdar etmək;
- verilmiş əmlakı sığorta etmək (müqavilənin şərtində varsa);
- əmlakın mühafizəsinə dair bütün lazımlı ölçüləri tətbiq etmək;
- müqavilənin icrası üzrə komitentə hesabat vermək.
Komitentin (konsiqnantın) vəzifələri:
- müqavilə üzrə komisyonçu tərəfindən yerinə yetirilmiş bütün öhdəliklərə görə komisyon mükafatını ödəmək;
- müqavilənin icrası ilə əlaqədar, komisyonçu tərəfindən xərclənmiş əlavə vəsaitlərin təzminatını təmin etmək;
- komisyonçunun günahı olmadan, sazişin yerinə yetirilmədiyi halda komisyon mükafatını tamamilə və ya qismən ödəmək.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə