Biznes əlaqələri


SIĞORTANIN ƏSAS TƏŞKİLİ FORMALARI



Yüklə 83,27 Kb.
səhifə34/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   30   31   32   33   34   35   36   37   38
Biznes əlaqələri 80 SUAL

64.SIĞORTANIN ƏSAS TƏŞKİLİ FORMALARI.
Bazar iqtisadiyyatı şəraitində sığortanın əsas təşkili formaları aşağıdakılardan ibarətdir:
1. Dövlət sığortası - sığortanın elə formasıdır ki, burada sığortaçı rolunda dövlət təşkilatı çıxış edir.
2. Qarşılıqlı sığorta - sığorta müdafiəsinin bu cür təşkili forması zamanı hər bir sığortalanan, eyni zamanda sığorta cəmiyyətinin daha doğrusu, qarşılıqlı yardımını təmin etmək məqsədilə yaradılmış sığorta birliklərinin üzvü olur.
3. Kooperativ sığorta - bu forma öz mahiyyətinə görə qarşılıqlı sığorta ilə eyni əhəmiyyətə malikdir.
4. Məhdud məsuliyyətli sığorta – sığorta şirkəti məhdud məsuliyyətli cəmiyyət formasında bir və ya bir neçə hüquqi şəxs tərəfindən təsis edilə bilər.
5. Səhmdar sığorta – sığorta fəaliyyətinin elə təşkili formasıdır ki, burada sığortaçı sifətində öz nizamnamə kapitalını səhmlər hesabına formalaşdıran səhmdar cəmiyyətlər çıxış edir.
65.AUDİT MALİYYƏ MÜNASİBƏTLƏRİ SFERASINDA TƏRƏFDAŞLIQ ƏLAQƏLƏRİNİN BİR FORMASI KİMİ.
Audit - aktivlərin, öhdəliklərin, xüsusi vəsaitlərin və maliyyə nəticələrinin düzgün, bütöv və dəqiq əks etdirilməsini müəyyənləşdirmək məqsədi ilə qüvvədə olan qanunvericiliyə uyğun surətdə iqtisadi subyektlərin tərtib etdikləri illik maliyyə hesabatlarının müstəqil yoxlanmasını nəzərdə tutur. Bir sıra ölkələrdə audit dedikdə, müəssisələrin yoxlanılması və onun maliyyə hesabatı haqqında fikir söylənilməsi başa düşülür. Audit (auditing) elə bir prosesdir ki, onun vasitəsilə səlahiyyətli sərbəst işçi kəmiyyətcə qiymətləndirilə bilən və spesfik təsərrüfat sisteminə aid olan informasiyanın müəyyən edilmiş meyarlara uyğunluq dərəcəsini müəyyənləşdirmək və bunu öz rəyini ifadə etmək üçün həmin informasiya haqqında sübutlar toplayır və onları qiymətləndirir.
66. AUDİTORLARIN VƏZİFƏLƏRİ.
Auditorlar (auditor təşkilatları) öz fəaliyyətləri prosesində həmçinin auditor xidməti göstərilməsi ilə bağlı aşağıdakı bir sıra vəzifələri həll edirlər:
- mühasibat uçotunun (ekkautinq) aparılmasının və hesabatın tərtib edilməsinin, təsərrüfat əməliyyatlarının qanuniliyinin yoxlanılması;
- mühasibat uçotunun təşkilində kömək göstərilməsi;
- mühasibat uçotunun bərpasında kömək göstərilməsi;
- mühasibat (maliyyə) hesabatının tərtibində kömək göstərilməsi;
- vergilərin planlaşdırılmasına və hesablanmasına kömək göstərilməsi;
- ekspert qiymətləndirmələri və təsərrüfat fəaliyyətinin nəticələrinin təhlili;
- maliyyə və hüquq məsələlərinin geniş dairəsi, marketinq, menecment, texnoloji və ekoloji məsələlər üzrə məsləhətlər verilməsi;
- təsis sənədlərinin və başqa sənədlərin hazırlanması;
- gələcək tərəfdaşlar haqqında informasiya verilməsi;
- sifarişçilərə informasiya xidməti və s.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə