Biznes əlaqələri


VENÇUR MALİYYƏLƏDİRİLMƏSİNİN ADİ BANK KREDİTİNDƏN FƏRQLİ CƏHƏTLƏRİ



Yüklə 83,27 Kb.
səhifə32/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   28   29   30   31   32   33   34   35   ...   38
Biznes əlaqələri 80 SUAL

59.VENÇUR MALİYYƏLƏDİRİLMƏSİNİN ADİ BANK KREDİTİNDƏN FƏRQLİ CƏHƏTLƏRİ.
Vençur maliyyələşdirməsinin adi bank kreditindən bir sıra fərqli cəhətləri vardır:
1. Investor öz vəsaitini vəsait qoyulusuna konpensasiya zəmanəti olmadan kiçik müəssisələrin nizamnamə kapitalına qoyur.
2. Vençur təklifinin ugursuz reallaşdırıldıgı halda kiçik innovasiya şirkətinə vəsait qoymuş investor sərf olunmuş vəsaitin hansısa bir qanuni yolla qaytarılması imkanına malik deyil.
3. Kiçik müəssisələrə vençur investisiyası onlar tərəfindən hər hansı bir girov qoyulmadan verilir.
4. Əgər banklar kiçik biznes subyektlərinə onların gələcək fəaliyyətini müfəssəl öyrənmədən kredit verirsə vençur investorları innovasiya şirkətinə pul qoyaraq şirkətin səhmlərinin bir hissəsinə sahib olmaq hüququ alır və biznes üzrə onun partnyoru olur.
5. Kiçik müəssisənin nizamnamə kapitalına vəsait qoyan investor həm təsisçi və həm də innovasiya layihəsinin rəhbərlərindən biri kimi müəssisənin maliyyə-iqtisadi və texniki problemlərinin müzakirəsində aktiv iştirak edir.
6. Şirkətin özünün kapitalına vəsait qoyan investor əvvəlcədən şirkətin biznes planı ilə tanış olur investisiya layihəsinin cəlbetmə dərəcəsini, özünü maliyyələşdirmə, rentabellik səviyyəsini, xalis mənfəətini, şirkətin imicini, rəhbərlərin ixtisasını, anoloji texniki layihələrin tətbiqedilmə təcrübəsini və s. nəzərdən kecirir.
7. Kredit verən banklardan fərqli olaraq vençur şirkəti illik faiz ödəmələri tələb etmir.
60.VENÇUR FONDLARI.
Vençur fondları – müvəqqəti təşkilati strukturlardır. Bu fondlar bir və ya bir neçə hüquqi və fiziki şəxslərin pul vəsaitlərinin birləşdirilməsi yolu ilə müqavilə əsasında yaradılır. Vençur fondunun işçisi şirkətin direktorlar şurasına daxil edilir. Vençur fondlarının vəsaitləri çox vaxt yeni fəaliyyətə başlayan böyük olmayan firmalara qoyulur. Onlar isə son nəticədə ya iri firmalar tərəfindən udulur, ya da ki, onlarla uzunmüddətli firmalar arası əlaqə yaradılır.
Vençur fondlarının fəaliyyəti 7 – 10 ili əhatə edir. Bu müddət bitdikdən sonra onlar ləğv edilir, portfelə daxil olan şirkətlərin səhmləri isə açıq bazarda satıla, yaxud da sadəcə olaraq fondun investorları arasında bölüşdürülə bilər.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə