Biznes əlaqələri


FAKTORİNQ ƏMƏLİYYATLARININ TƏŞKİLİ MƏRHƏLƏLƏRİ



Yüklə 83,27 Kb.
səhifə31/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   27   28   29   30   31   32   33   34   ...   38
Biznes əlaqələri 80 SUAL

56.FAKTORİNQ ƏMƏLİYYATLARININ TƏŞKİLİ MƏRHƏLƏLƏRİ.
Faktorinq əməliyyatlarının təşkili aşağıdakı bir neçə mərhələdən ibarətdir:
- Faktorinq təşkilatı (faktor təşkilat) kimi çıxış edən ixtisaslaşmış faktorinq şirkətinin və ya kommersiya bankının faktorinq şöbəsinin formalaşması, yaranması.
- Faktorinq şirkətinin maliyyə vəsaitlərinin formalaşdırılması onun təşkilati-hüquqi formasından asılı olur;
- Faktorinq şöbəsi tərəfindən müştəriyə irəli sürülən tələblər toplusu işlənib hazırlanır.
- Müştərinin özünün və malik olduğu borcların xarakterik əlamətləri müəyyən edir.
- Faktorinqin həyata keçirilməsi üçün müqavilə hazırlanır. Müqavilənin məzmunu onun formasından irəli gəlir.
57.FAKTORİNQ ƏMƏLİYYATLARININ SƏMƏRƏLİ OLMASI ÜÇÜN MÜŞTƏRİ İLƏ BAĞLI OLAN DİQQƏT YETİRİLMƏSİ MƏSƏLƏLƏRİ.
Dünya təcrübəsi göstərir ki, faktorinq əməliyyatlarının səmərəli olması, itkilərə, zərərlərə yol verilməməsi və əməliyyatların müqavilədə nəzərdə tutulduğu vaxtlarda və şərtlərlə yerinə yetirilməsi üçün hər bir müştəri ilə bağlı olaraq aşağıdakılara mütləq diqqət yetirilməlidir:
a) Müştərinin və onun kontragentlərinin maliyyə vəziyyətlərinin ilkin təhlili. Bunun üçün müştərinin mühasibat balansı və hesabatı əsasında onun kredit və ödəmə qabiliyyətliliyi təhlil edilməlidir.
b) Müştəri tərəfindən təqdim olunan borc öhdəliklərinin həcmi və quruluşu təhlil edilməlidir. Bu təhlilin əsasında müştərilərinin ödəyicilərinin sayı və onun borc dövriyyəsində onların hər birinin payı müəyyən edilməlidir.
c) Alınmış borc öhdəlikləri əsasında kreditləşmə limitinin müəyyən edilməsi. Bu müştərinin vəsaitlərini dövriyyəsi şərtlərindən və şəraitindən, riskin səviyyəsindən, ssudanın ödənilməsi müddətlərindən, faktorinqin tipindən və s. amillərdən asılıdır.
d) Faktorinq üzrə ödəmələrin hesablanmasının müəyyən edilməsi. Bu ödəmələr bir çox göstəricələrdən asılıdır. Hər bir göstəriciyə isə çoxlu sayda amillər təsir edir.
58. VENÇUR MALİYYƏLƏŞMƏSİ.
Maliyyə münasibətləri sferasında tərəfdaşlıq əlaqələri formalarından digər birisi hesab olunan vençur maliyyələşməsi – kəşflərin, yeni şirkətlər tərəfindən aparılan hər hansı riskli, elmi-texniki araşdırmaların, ixtiraların, kiçik və lakin perspektivli xarakter daşıyan yeniliklərin tətbiq edilməsinin kreditləşdirmə və maliyyələşdirmə forması və müvafiq mexanizmin elementidir. Vençur maliyyələşməsi ilk dəfə 1957-ci ildə ABŞ-da yaranmışdır. Maliyyələşmənin bu forması riskli olmaqla yanaşı yüksək gəlir gətirmək ehtimalına da malikdir.
Vençur maliyyələşməsi və ya başqa deyimlə desək vençur kapitalı əsasən yeni texnologiyaların yaradılmasına və yeni elmtutumlu məhsulların istehsalına oriyentasiyalı yeni yaradılan və ya artıq fəaliyyətdə olan kiçik müəssisələrə yönəldilir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə