Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə28/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   24   25   26   27   28   29   30   31   ...   38
Biznes əlaqələri 80 SUAL

2. İstehsalat françayzinqi. Françayzinqin bu növü alkoqolsuz içkilər istehsalatında daha geniş istifadə olunur. Hər bir yerli və ya regional qablaşdırma zavodu əsas şirkətin françayzisi hesab olunur.
3. Françayzinqin ən geniş yayılmış növü işgüzar fraçayzinqdir. Bu üsulla françayzer fərdi şəxslərə və ya şirkətlərə lisenziya sataraq, onların françayzi adı altında alıcılara məhsul yığımı və digər xidmətlər göstərməsi üçün mağaza, kiosk və bir sıra mağazalar şəbəkəsi açmaq hüququ verir.
47.FRANÇAYZİNQİN ÜSTÜNLÜKLƏRİ.
Françayzinqin böyük üstünlüyü ondan ibarətdir ki, o digər sistemlərdən fərqli olaraq biznesmenlərə daha tez inkişaf etmək imkanı verir. Françayzinq – şirkətə öz işini, şəxsi karyerasını böyütmək imkanı kimi yanaşan enerjili və işini bilən insanları cəlb etmək üsuludur. Franşizanı aldıqda istehsalatçının əldə etdiyi əsas üstünlükləri aşağıdakılardır:
1. Müstəqil biznes sahibkarı olmaq və ya qalmaq imkanı.
2. Bazarda yaxşı nüfuza malik olan ticarət nişanı altında öz biznesini işlətmək hüququ.
3. Yoxlanılmış biznes konsepsiyasından istifadə.
4. Müvafiq sahədə ekspertlərdən idarəetmə məsləhətləri.
5. Birgə reklam hesabına fərdi reklama sərf ediləcək vəsaitin miqdarının azalması.
6. İlkin və sonrakı təhsilin təşkilində baş şirkətin xidmətləri.
7. Əksər biznes növlərinin lisenziyasını nisbətən aşağı qiymətə almaq imkanı.
8. Sərmayələrin bir hissəsini maliyyələşdirmək imkanı.
48. KOMMERSİYA TRANSFERİ.
Kommersiya transferti beynəlxalq münasibətlərdə istifadə olunur və müqavilə qiyməti ilə müəyyən edilmiş həcmdə milli valyutada vətəndaşların biri digərinin kapitalının qarşılıqlı şəkildə alınmasını ifadə edir. Kommersiya transferti əməliyyatını bacarıqlı planlaşdırma yolu ilə ”boş cib” hesabına, yəni ilkin kapitalsız (əlbəttə, əgər, sizin xarici tərəfdaşınız adına kredit hesabının açılması mümkündür) edə bilərsiniz.
49.HEDJİNQİN TİPLƏRİ.
Təcrübədə hedjinqinq müxtəlif tipləri mövcuddur. Ən yayılmış hedjinq tipləri aşağıdakilardır:
Klassik yəni təmiz hedjinq. Real əmtəə və fyuçers bazarında bir-birinə zidd mövqelərin tutulması yolu ilə hedcinq.
Tam, qismən və qabaqlayıcı hedjinq. Tam hedjinq fyuçers bazarında risklərin sövdənin tam məbləğində sığortalanmasını nəzərdə tutur.
Selektinq hedjinq. Hedjinqin bu növü fyuçers bazarında və real əmtəə bazarında sövdələr həcminə və müddətinə görə fərqlənməsilə xarakterizə olunur.
Çarpaz hedjinq. Hedjinqin bu növü onunla xarakterizə olunur ki, fyuçers bazarında əməliyyat real əmtəə bazarında baza autivinə olan müqavilə deyil, başqa maliyyə alətinə görə həyata keçirilir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə