Biznes əlaqələri



Yüklə 83,27 Kb.
səhifə24/38
tarix27.01.2023
ölçüsü83,27 Kb.
#99553
1   ...   20   21   22   23   24   25   26   27   ...   38
Biznes əlaqələri 80 SUAL

- advalor rüsumlar - gömrük rüsumu olaraq, əmtəənin qiymətinə görə faizlə tutulur;
- spesifik rüsumlar - gömrük rüsumu olaraq, əmtəənin çəkisinə, həcminə görə pul məbləği şəklində tutulur;
- qarışıq rüsumlar - gömrük rüsumu olaraq, əmtəədən eyni zamanda həm advalor, həm də spesifik rüsumların cəmi şəklində tutulur;
- kvotalar - müəyyən zaman çərçivəsində əmtəənin ixracına və ya idxalına dövlət tərəfindən icazə verilimiş, minimal və ya maksimal həcm və həddir (dəyər və fiziki ölçüdə);
- lisenziyalaşdırma - dövlət tərəfindən müəyyən əmtəələrin ixrac-idxalına verilən icazə;
- xüsusi maliyyə məhdudiyyətləri, texniki baryerlər ixracın "könüllü" məhdudlaşdırılması və idxalın məhdudiyyətləri adətən proteksionizm hədəflərinə (milli istehsalçıların rəqabətdən müdafiəsi üçün) daxil edilir və s.

38. İxrac-idxal əməliyyatlarının həyata keçirilməsində istifadə olunan sənədlər
İxrac-idxal əməliyyatlarının həyata keçirilməsində tərəfdaşların sayının çox olması səbəbindən istifadə olunan sənədlər də öz müxtəlifliyi ilə seçilir. Bu sənədlər əsasən aşağıdakı beş qrupda verilir:
1. Ticarət sənədləri.
2. Rəsmi sənədlər.
3. Yük-nəqliyyat sənədləri.
4. Sığorta sənədləri.
5. Maliyyə sənədləri.
Ticarət sənədləri ixrac-idxal olunajaq malların satışından əvvəl hazırlanıb idxalatçıya göndərlidiyi ilkin fakturadır.
Rəsmi sənədlər - ixrac-idxal əməliyyatlranıda rəsmi orqanlar tərəfindən hazırlanan sənədlərdir.
Yük nəqliyyat sənədləri ixrac və ya idxal olunan malların təyinat yerlərinə göndərildiyini və nəqliyyat şirkətinə malların təhvil verildiyini göstərən sənədlərdir.
Sığorta sənədləri - ixrac-idxal olunajaq malların nəql edilməmişdən öncə qarşılaşajaq müxtəlif risklərdən sığortalanmasını təsdiqləyən sənəddir.
Maliyyə sənədlərinə ixrac-idxal əməliyyatlarında kredit təşkilatlarının kredit vermə və ya vasitəçilik hallarında istifadə olunan sənədlər daxildir.

Yüklə 83,27 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə