Bmt-nin 822 və 853 saylı qətnamələrindən əvvəl işğal olunmuş Azərbaycan ərazisi



Yüklə 104 Kb.
Pdf görüntüsü
səhifə29/86
tarix08.03.2018
ölçüsü104 Kb.
#30952
1   ...   25   26   27   28   29   30   31   32   ...   86

ti»,  «Gənc  ermmilərin  cəmiyyäti»,  «Qara  xaç  cəmiyyəti»  və  s.) 
Bu  partiya  və  cəmiyyətlərin  demək  olar  ki,  hamısmm  nizam- 
namə  və  proqram  sənədlərində  ali  məqsəd  olaraq  «Böyük  Er- 
mənistan»  dövlətinin  yaradılması  qarşıya  qoyulmuş  və  bu 
məqsədə  çatmaq  üçün  bütün  üsullardan,  o  cümlədən  inqilab, 
silahlı  üsyan  və  terrordan  istifadə  olunması  məğbul  sayılmış- 
dır.  Təbii  ki,  heç  bir  dövlət,  o  cümlədən  Osmanlı  dövləti  öz 
ərazisində  terrora,  silahlı  üsyana,  başqa  bir  dövlətin  yaranma- 
sına  yol  verə  bilməzdi.
Xarici  dövlətlər  tərəfindən  qızışdırılan,  maddi  və  ideoloji 
dəstək  verilən  erməni  liderləri  ölkədaxili  separatçılıq  meyillə- 
rini  artırır,  prösesləri  günbəgün  güclənən  zor  və  silah  müstə- 
visinə  keçirirdilər.

dövrdə  Türkiyədə  milli  zəmində  silahlı  münaqişələrin 
təxmini  xronologiyası  belədir:
1818-92-ci illər ərzində 
Şərqi  Anadoluda  «Hnçak»  Təşkila- 
tı  tərəfindən  65  min türk  və  kürd  qətlə  yetirilir.  1993-cü  il  An- 
karada,  Muşda və  Sasunda  ermənilərin  silahlı  üsyanı  baş  verir.
Sentyabr  1894 
-  İstambulda  və  Ağ  hisarda  milli  zəmində 
toqquşmalar  baş  verir.
Oktyabr  1894 
-  Trabzonda,  Ərzurumda  və  Bitlisdə  qanlı 
olaylar yaşanır.
Noyabr  1894 
-  Hələb,  Harput,  Urfa,  Şivas,  Diyarbəkir, 
Kayseri,  Adana  və  Maraşda  silahlı  toqquşmalar  baş  verir. 
«Hnçak»  terrorçu  təşkilatı  qətliamlar  törədir.
Ərzurum.  Erməni  terrorçuları  tərəfindən  kütləvi  şəkildə  XX  əsrin 
əwəllərində  qətlə  yetirilmiş  türklərin  skletləri
1895-cİ  il 
-  İstambulda  və  Trabzonda  iğtişaşlar  baş  verir.
26 
avqust 
1896 
-  Osmanlı  bankı  erməni terrorçuları tərəfin- 
dən  tutulur  və  bank  işçiləri  girov  götürülür.  Sədr  Əzəm  Xəlil 
Rifət  Paşaya  sui  qəsd  edilir.
2-9  sentyabr  1903 
-  Qarsda  güclü  iğtişaşlar  və  kütləvi 
qətllər  törədilir.
21  iyul  1905 
-  «Daşnaksütyun»  partiyasmın  tapşırığı  ilə  daş- 
nak  Xristofor  Melikyan  'qızı  Rubina  ilə  birlikdə  İstambulda 
Həmdiyer məscidinin qarşısmda Cümə  namazmdan çıxan  Sultan 
Əbdülhəmidə  sui  qəsd edirlər.  Bomba partlayışı  nəticəsində na- 
mazdan  çıxan  26  müsəlman  ölür,  58  müsəlman  isə  yaralanır.


1904-1905-ci  illər 
-  Osmanlı  ordusunun  generalı  Andronik 
Ozanyanm rəhbərliyi  ilə  daşnaklar Sasunda  silahlı üsyan qaldı- 
rır,  şəhəri  ələ  keçirirlər.  Üsyan  yatırdıhr,  Andronik  öz  dəstəsi 
ilə  Bolqarıstana  qaçır.
14-17  aprel  1909 
-  Adanada  türklər  və  ermənilər  arasında 
kütləvi  silahlı qırğın baş vermiş,  minlərlə türk və  erməni  öldü- 
rülmüşdür.
21 
fevral  1914-cü  il 
-  «Hnçak»  partiyası  Qarsda  və  Ərda- 
handa silahlı üsyan qaldırmış,  30 000 etnik  türk  öldürülmüşdür.
24 aprel  1915-ci il 
-  Ölkədaxili  sabitliyin  pozulması  və  or- 
duda  təxribatlar  törətməkdə  ittiham  edilən  300  nəfər  erməni 
siyasi  və  hərbi  lideri  həbs  edilir.
27 
may  1915-ci  il 
-  Osmanlı  hökuməti  Şərqi  Anadoluda 
yaşayan  ermənilərin  cəbhə  xəttindən  25  km  uzağa  (Suriya 
və Iraq  ərazisinə)  köçürülməsi  barədə  qərar  qəbul  edir.
1905-ci  ildən  etibarən  erməni  məsələsinin  yeni  bir  müstə- 
viyə  -  «erməni  soyqırımı»  müstəvisinə  keçirilməsi  dövrü  baş- 
layır.
Türk  dövlətinin tarixində  dövlət  səviyyəsində  planlaşdırılan 
və həyata keçirilən erməni  soyqmmı məsələsi  olmamışdır.  Və- 
təndaş  müharibəsi,  qarşılıqlı  qırğınlar  olmuşdur,  Anadoluda 
milli  zəmində  çoxlu  sayda  türklər,  ermənilər  və  kürdlər  öldü- 
rülmüşdür,  Şərqi  Anadolunun  erməni  əhalisi  Osmanlı  dövləti- 
nin içərilərinə  deportasiya  edilmişdir.  Türkiyə  etnik  ərazisində 
ermənilərdən  təmizlənməsi  planı  olmamışdır.  Yalnız  Rusiya
ilə  müharibə  bölgəsində  yaşayan  erməniler  köçürülmüşler, 
Türkiyənin  digər  bölgələrində  yaşayan  ermenilərin  köçürülmə 
və  asayişle  bağlı  heç  bir  siyasəti  aparmayıbdı.  Hətta  Türkiyə- 
nin  İngilis-Fransız  cəbhəsində  döyüşən  ordusunun  sıralarında 
erməni  batalyonları  müharibənin  sonuna  kimi  öz  xidmətlərini 
davam  etdirmişlər.  Türkiyə  Cümhuriyyətinin  yarandığı  gündən 
də  ermənilər  bu  dövlətin  bərabərhüquqluı  vetəndaşları  elan 
edilmiş,  onlarm  normal  yaşamasma,  fəaliyyət  göstəmıəsinə,  o 
cümlədən  yüksək  dövlet vəzifələri  tutmasına  heç bir maneçilik 
yaradılmamışdı.
1915-ci  ildə 
Anadoluda  yaşayan  ermənilərin  Osmanlı  döv- 
. lətinin  içərilərinə  köçürülməsi  isə  tarixi  faktdır  və  o  bölgədə- 
ki  hərbi-siyasi  vəziyyətlə  əlaqədar  baş  vermiş  faciəli  hadisə- 
dir.  Müharibə  zamanı  cəbhə  bölgəsində  yaşayan  «etibarsız» 
əhalinin ölkənin başqa yerlərinə  sürgün edilməsi  halları  bir çox 
ölkələrin  təcrübəsində  olmuşdur.  Ermənilərin  deportasiyasın- 
dan  25  il  sonra  Sovet-Alman  müharibəsi  zamanı  SSRİ-nin  qər- 
bində  yaşayan  almanların,  Krım  tatarlarınm,  ahıska  türklərinin, 
çeÇenlərin,  çərkəzlərin  və  s.  xalqlarm  Orta  Asiyaya  və  Qaza- 
xıstana  köçürülməsi  dediklərimizə  əyani  sübutdur.
Anadolunun  erməni  əhalisinin deportasiyası  olduqca pis  təş- 
kil  edilmişdir,  ilin  isti  dövründə,  kifayət  qədər  nəqliyyat  vasi- 
tələri  və  mühafizə  olmadan həyata keçirilmiş,  insan əzabma və 
tələfatına  səbəb  olmuşdur.
Erməni  siyasi  liderləri  ve  din  xadimləri  Osmanlı  höku- 
məti  ilə  ermeni  xalqının  münasibətlərini  dinc  yolla,  hüquqi 
müstəvide  deyil,  zor,  üsyan  və  terrorla  aydınlaşdırmağa  üs- 
tünlük  vermişler.


Yüklə 104 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   86




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə