BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə112/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   108   109   110   111   112   113   114   115   ...   120

təfıqini  itirdi.  Belə  şəraitdə  ingilis  hökuməti  iki  yol  ayrıcında 
qalmışdı:  ya  Almaniya  ilə  kompromisə  getməli,  ya  da  ABŞ-la 
əməkdaşlıq  edib  müharibəni  davam  etdirməli  idi.  Təcavüzkarla 
barışmayan  Böyük  Britaniya  ABŞ-la  əməkdaşlıq  yolunu  tutdu. 
1940-cı  il  sentyabrın  2-də  iki  ölkə  arasında  imzalanan  sazişə  görə 
ABŞ  Böyük  Britaniyaya  50  gəmi,  Baham,  Yamayka,  Antil  və  b. 
adalarda yerləşən hərbi dəniz və hərbi hava bazalarını 99 il müddətinə 
icarəyə verdi. Avropada  Almaniyanın  təcavüzünün genişlənməsi ilə 
yanaşı  Uzaq  Şərqdə  Yaponiya  da  hərbi  əməliyyatlara  başladı. 
Sentyabrın 23-də yapon orduları Hind-Çinin şimal hissəsini işğal etdi. 
Yaponiya  İndoneziya  və  Filippini  tutmağı  da  planlaşdırırdı.  Bu  isə 
ABŞ, İngiltərə və Hollandiyanın mənafelərinə zərbə olduğundan qəti 
etirazla qarşılandı. ABŞ Almaniya bloku ölkələrinə qarşı müharibədə 
Böyük  Britaniyaya  maddi  və  hərbi  kömək  edərək  donanmasından 
hərbi gəmiləri onun ixtiyarına verdi. 
1940-
 
ci  ilin  birinci  yansmdan  başlayaraq  Avropada  antihitlerçi 
koalisiya üçün əlverişli şərait yarandı. 
Həmin  ilin  noyabr  ayında  Berlində  sovet-alman  danışıqları 
keçirildi.  Almaniya  Üçlər  paktına  daxil  olmağı  SSRİ-yə  təklif  etdi. 
Paktın yeni redaksiyası təqdim olundu. Buna görə Almaniya Avropa 
və Mərkəzi Afrikada, İtaliya Avropa, Şimali və Şimal-Şərqi Afrikada, 
Yaponiya  isə  Şərqi  Asiyada  nüfuz  qazanmalı  idi.  Sovet  İttifaqına 
Hind okeanı istiqamətində nüfuz dairəsi verilməsi nəzərdə tutulurdu. 
Almaniyanın  təklifinin başlıca məqsədi  Şərqi Asiya və Orta Şərqdə 
SSRİ  ilə  Böyük  Britaniyanı  toqquşdurmaq  idi.  Həmin  təkliflə 
razılaşan  sovet  hökuməti  bir  sıra  şərtlər  irəli  sürdü:  Almaniya 
hökuməti öz ordularını Finlandiya və Rumıniyadan çıxarsın; SSRİ ilə 
Bolqarıstan  arasında  qarşılıqlı  yardım  haqqında  pakt  imzalansın; 
Batum və Bakıdan İran körfəzinə qədər ərazi SSRİ-nin nüfuz dairəsi 
sayılsın;  Bosfor  və  Dardaneldə  SSRİ-  nin  hərbi  bazaları  yaradılsın, 
Yaponiya  Şimali  Saxalində  daş  kömür  və  neft  konsessiyalarından 
imtina  etsin  və  s.  Almaniya  bu  şərtləri  qəbul  etmədi.  Danışıqlar 
düyünə düşdü. Münasibətlər kəskinləşdi. 
343 


Artıq SSRİ ilə müharibənin başlaması labüd idi. 1940-cı il dekabrın 
5-də Almaniya rəhbərliyi SSRİ-yə qarşı hücum planını müzakirə etdi. 
Hitler dekabrın 18-də Barbarossa planı adlanan planı təsdiq etdi. Plan 
İldırım sürətli müharibədə qələbəni nəzərdə tuturdu. 
Müharibədə bitərəfliyini saxlayan ABŞ bir sıra tədbirləri həyata 
keçirdi.  1941-ci  ildə  müharibəyə  başlamaq  haqqında  qərar  qəbul 
olundu. Martın 11-də ABŞ konqresi Lend-liz haqqında qanun qəbul 
etdi. Bu qanun prezidentə silahlan, hərbi materialları və ərzağı icarəyə 
vermək, müdafiə məsələlərində digər dövlətlərə kömək etmək hüququ 
verirdi.  Bundan  sonra  ABŞ-Böyük  Britaniya  əlaqələri  daha  da 
genişləndi. 
Almaniya  öz  nüfuz  dairəsi  kimi  baxdığı  Balkanlarda  da  xeyli 
fəallaşdı.  Mart  ayının  25-də  Vyanada  Yuqoslaviyanın  Almaniya 
blokuna 
qoşulması 
haqqında 
protokol 
imzalandı. 
Lakin 
Yuqoslaviyada  baş  verən  dövlət  çevrilişindən  sonra  aprelin  6-da 
Almaniya  Yuqoslaviya  və  Yunanıstana  hücum  edərək  onları  işğal 
etdi. Aprel ayında yuqoslav ordusunun məğlub olması haqqında akt 
imzalandı.  Bundan  sonra  Liviyaya  çıxarılan  alman  hissələri  İtaliya 
orduları ilə birlikdə Misirdə ingilislərə qarşı döyüşə girdilər. 
Balkan kampaniyasının sonuncu aktı ingilis ordularının tutduğu 
Krit  adası  uğrunda  döyüş  oldu.  Krit  döyüşü  müharibə  tarixinə  ən 
böyük  hərbi  hava  donanması  döyüşü  kimi  daxil  oldu.  Almanlar 
adadan ingilisləri vurub çıxardılar. Kriti baza seçən Almaniya Aralıq 
dənizinin  bütün  şərq  hissəsinə  nəzarət  etməyə  başladı.  Balkan 
yarımadası  alman  bloku  dövlətləri  arasında  nüfuz  dairələrinə  görə 
bölüşdürüldü. 
Balkan kampaniyası başa çatdıqdan sonra Avropada üç bitərəf 
dövlət - İsveç, İsveçrə və İrlandiya qaldı. 
Avropanın 
şərqində 
Almaniyanın 
planlarının 
həyata 
keçirilməsinə başlıca maneə yalnız SSRİ idi. 1941-ci il iyunun 22- də 
səhər tezdən Almaniya SSRİ üzərinə hücum etdi. Sovet İttifaqı üçün 
Böyük  Vətən  müharibəsi  başlandı.  Almaniya  SSRİ-yə  qarşı  5  mln. 
nəfərlik ordu çıxardı. Alman hökuməti bəşəriyyəti bolşevizm 
344 


təhlükəsindən  xilas  etmək  niyyətində  olduğunu  bəyan  etdi.  Hərbi 
əməliyyatları  daha  da  genişləndirdi.  Hitlerin  işğalçılıq  planlarında 
Azərbaycanın təbii sərvətlərinə, ilk növbədə Bakı neftinə yiyələnmək 
də yer tuturdu. Bu zaman sovet neft istehsalının 80%- i, emalının isə 
65%-i Qafqazda idi. Sovet ordu hissələrinin tərkibində döyüşən  yüz 
minlərlə  azərbaycanlı  faşizmə  qarşı  mübarizədə  qəhrəmanlıq 
nümunələri  göstərdi.  Bütövlükdə  Azərbaycan  xalqı  faşizm  üzərində 
qələbəyə böyük töhfə verdi. 
SSRİ-yə  hücum  dünyada  qüvvələr  nisbətini  dəyişdirdi. 
Almaniya ilə bərabər müttəfiqləri olan Rumıniya, Finlandiya, İtaliya, 
növbəti  gün  Slovakiya,  iyunun  27-də  isə  Macarıstan  SSRİ-yə  qarşı 
müharibəyə qoşuldular. Sovet İttifaqına qarşı müharibənin başlanması 
Böyük Britaniya və ABŞ-da pis qarşılandı. İyunun 22- də U.Çerçil, 
iyunun  24-də  isə  F.Ruzvelt  Sovet  İttifaqına  yardım  göstərəcəklərini 
bəyan  etdilər.  İyulun  12-də  Moskvada  SSRİ  və  Böyük  Britaniya 
hökumətləri  Almaniyaya  qarşı  müharibədə  birgə  fəaliyyət  və 
qarşılıqlı  yardım  haqqında  iki  maddədən  ibarət  saziş  imzaladılar. 
Beləliklə,  antihitlerçi  koalisiyanın  yaradılmasının  əsası  qoyuldu. 
Sovet  İttifaqı  Londondakı  mühacir  çex  və  polyak  hökumətləri  ilə 
birgə fəaliyyət göstərəcəklərinə dair sazişlər imzaladı. 
SSRİ-yə  qarşı  müharibə  başladıqdan  sonra  Amerika  Birləşmiş 
Ştatları  hələ  1937-ci  il  avqustun  4-də  imzalanmış  sovet-amerikan 
ticarət  sazişinin  müddətini  uzatdı.  1941-ci  il  avqustun  2-də  isə 
SSRİ-yə yardım göstərəcəyini rəsmi şəkildə bəyan etdi. 
Avqustun  9-12-də  Nyufaundlənd  sahillərindəki  Ardjentiya 
buxtasında  gəmidə  ABŞ  prezidenti  Ruzvelt  və  Böyük  Britaniyanın 
baş naziri Çerçil görüşdülər. Görüşdə qarşılıqlı fəaliyyət, Almaniyaya 
qarşı  müharibədə  başlıca  məqsədlər  və  müharibədən  sonrakı  dünya 
quruluşu  məsələlərində  bu  dövlətlərin  mövqeyi  müzakirə  edildi. 
Avqustun 14-də Atlantika xartiyası adlı sənəd qəbul edildi. Sənəddə 
aşağıdakı ümumi prinsiplər elan edildi: bu dövlətlər ərazi iddialarına 
can atmırlar; hər hansı ərazi-sərhəd 
345 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   108   109   110   111   112   113   114   115   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə