BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə53/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   49   50   51   52   53   54   55   56   ...   120

mi baxırdılar. Sosialistlər isə Xalq Cəbhəsi dedikdə, əsasən sosialist 
ideyalarını başa düşürdülər. Bu fikir ayrılıqlarına baxmayaraq, 
1936-
 
cı ilin yazında deputatlar palatasına keçirilən seçkilərdə Xalq 
Cəbhəsi  57%  səs  topladı.  Parlamentdə  Xalq  Cəbhəsinə  daxil  olan 
partiyalar  375,  sağ  partiyalar  isə  237  deputat  yeri  qazandılar.  Xalq 
Cəbhəsi  partiyalarının  375  yeri  belə  bölünmüşdü:  Fəhlə 
İnternasionalının  fransız  bölməsi  -  146,  radikallar  -  116,  Fransa 
Kommunist Partiyası - 72. Fəhlə İnternasionalının fransız bölməsinin 
lideri Leon Blum hökumət təşkil etdi. Bu hökumət 1936-cı il iyunun 
4-dən  1937-ci  ilin  iyun  ayınadək  hakimiyyətdə  oldu.  Hökumətin 
tərkibinə 12 sosialist,  9 radikal və xırda partiyaların nümayəndələri 
girdilər. Kommunistlər isə hökumətə daxil olmaqdan imtina etdilər. 
Hökumət daxili siyasətdə geniş iqtisadi proqramları həyata keçinnəyə 
başladı. Parlament 1936-cı ilin yayında 130-dan çox qanun qəbul etdi. 
Bu  qanunların  çoxu  sosial  yönümlü  idi.  Ölkənin  maliyyə  sistemi 
üzərinə  ciddi  nəzarət  qoyuldu.  Xaricə  kapital  çıxarılması  qadağan 
edildi. 
Hökumət  daxilində  fikir  ayrılıqları  dərinləşdi.  Sağlar  Xalq 
Cəbhəsinə  qınnızı  kommunist  diktaturası  kimi  baxırdılar.  Yeridilən 
siyasətdəki  qeyri-ardıcıllıq xalqın  narazılığına  səbəb  olurdu.  Ölkəni 
xalq  üsyanları  bürüyürdü.  Çıxış  yolu  Əmək  Konfederasiyası  ilə 
hökumət  arasında  anlaşmanın  əldə  olunmasında  idi.  Bu  məqsədlə 
1936-cı  il  iyunun  7-də  Parisdə  Matinon  otelində  Ümumi  Əmək 
Konfederasiyası  ilə  Fransa  Sənayeçiləri  Ümumi  Konfederasiyası 
arasında saziş imzalandı. Sazişə görə əmək haqqı orta hesabla 12% 
artırıldı,  həmkarlar  ittifaqı  tanındı  və  işçilərin  əmək  şəraiti 
yaxşılaşdırıldı.  Hökumətin  40  saatlıq  iş  həftəsi,  məzuniyyətlərin 
ödənilməsi,  kollektiv  müqavilələrin  bağlanılması,  fövqəladə 
qanunlara  yenidən  baxılması  haqqında  təqdim  etdiyi  layihələr 
deputatlar palatasında təsdiq olundu. Hökumət dövlət qulluqçularının 
maaş və pensiyalarını da artırdı. İqtisadi islahatlara başlanıldı. Vergi 
islahatları həyata keçirildi. Cəbhəçilərin pensiyaları və işsizliyə görə 
verilən  yardımlar  üzərinə  qoyulan  vergilər  ləğv  edildi.  Kiçik 
müəssisələrdən  alınan  vergilər  azaldıldı.  Ölkədə  icbari  təhsil  14 
yaşadək ar- 
162 


tirildi.  İdman  və  mədəniyyət  nazirliyi  yaradıldı.  İctimai  iş  yerləri 
açıldı. Milli bank tamamilə dövlətin əlinə keçdi. Hərbi sənayenin bir 
hissəsi  milliləşdirildi.  Ərzaq  bazarını  sabitləşdirmək  üçün  Taxıl 
Bürosu yaradıldı. 
Hökumət  daxilində  baş  verən  ixtilaflar  proqramların  reallaş- 
dırılmasına  mane  olurdu.  Hökumətin  siyasəti  kəskin  narazılıq 
yaradırdı.  Qadağanlara  baxmayaraq,  ölkədən  xaricə  kapital 
çıxarılması  güclənmişdi.  1936-1937-ci  illərdə  xarici  banklara  100 
mlrd, frank keçirilmişdi. Ölkənin qızıl ehtiyatı 55 mlrd, dollara düşdü. 
Bir  ildə  dövlət  borcu  16  mlrd,  artdı.  Maliyyə  böhranından  çıxmaq 
üçün  hökumət  frankın  devalvasiyasını  keçirdi.  Frankın  qızıl 
ekvivalenti  30%  aşağı  salındı.  Lakin  bu  da  böhranın  qarşısını  ala 
bilmədi.  1937-  ci  ildə  fransız  iqtisadiyyatını  yeni  böhran  bürüdü. 
İstehsalın səviyyəsi 1929-cu illə müqayisədə 70%-ə endi. İşsizlik və 
inflyasiya  artdı.  Vəziyyətdən  çıxmaqdan  ötrü  Leon  Blüm  maliyyə 
sistemi  üzərində  nəzarət,  kapitala  əlavə  vergi  qoymaq  və  xaricə 
kapital  çıxarılmasını  qadağan  etmək  sahəsində  əlavə  səlahiyyətlər 
almaq  istəsə  də  nəticəsi  olmadı.  Bu  məsələnin  müzakirəsi  zamanı 
demək olar ki, bütün partiyalar onun əleyhinə çıxdılar. 
İspaniyada  faşistlər  respublika  quruluşuna  qarşı  qiyam 
qaldırdıqda  Leon  Blüm  hökuməti  qarışmamaq  siyasəti  elan  edərək 
İngiltərə  ilə  yaxınlaşdı.  Ölkədə  faşist  təşkilatlarının  buraxılması 
haqqında  qanun  verilsə  də  hərbi  faşist  təşkilatlarının  fəaliyyəti 
dayandırılmadı. Odlu xaçlar və digər faşist təşkilatları gücləndi. 
Hakimiyyət daxilindəki narazılıq nəticəsində 1937-ci ilin fevral 
ayında Leon Blüm Xalq Cəbhəsi proqramının həyata keçirilməsində 
fasilə  elan  etdi.  Ancaq  yenə  də  xalqın  narazılığı  səngimədi.  Belə 
vəziyyətdə 1937-ci ilin iyun ayında Leon Blüm istefaya getdi. Yeni 
hökuməti sağ radikal Kamil Şotan təşkil etdi. İyun ayından 
1938-
 
ci ilin martınadək hakimiyyətdə olan Şotan hökuməti vergiləri 
artırdı,  frankın  alıcılıq  qabiliyyətini  möhkəmləndirdi.  İyul  ayında 
frankın ikinci devalvasiyası keçirildi. Əvvəlki qanunların bir qismi, 
0
 
cümlədən 40 saatlıq iş həftəsi ləğv edildi. 
Bu hökumət xarici siyasət fəaliyyətində daxili işlərə qa- 
163 


rışmamaq və faşizmi şimikləndinnək xətti yeritdirdi. 
1938-ci  ildə  Şotan  hökuməti  istefaya  getdi.  Həmin  il  martın 
13-də Leon Blüm ikinci dəfə hökumət qurdu. Onun geniş koalisiya- lı 
hökumət yaratmaq təklifi qəbul edilmədi. Bu hökumət aprel ayında 
istefaya  getdi.  Bundan  sonra  hakimiyyətə  radikalların  nümayəndəsi 
Eduard Daladye (1884-1970) gəldi. 1938-ci il aprelin 10-dan 1940-cı 
ilədək  hakimiyyətdə  olan  Daladye  hökuməti  daxili  siyasətdə  bütün 
siyasi partiyaları əməkdaşlığa çağırdı. O, parlamentdə çoxluq təşkil 
edən  partiya  nümayəndələrindən  ibarət  hökumət  yaratmaq 
praktikasından  əl  çəkərək  bütün  partiyaların  nümayəndələrindən 
hökumət  qurdu.  Daladyeyə  fövqəladə  səlahiyyətlər  verilməsi 
məsələsində Milli Məclis 575 səslə onu dəstəklədi. Yalnız 5 nəfər bu 
təklifin əleyhinə səs verdi. 
Bütün  partiyaları  ətrafında  toplayan  Daladye  yeritdiyi  milli 
birlik  siyasəti  nəticəsində  Xalq  Cəbhəsinin  fəaliyyətinə  son  qoydu. 
Xalq Cəbhəsinin məğlub olmasının başlıca səbəbi onun iştirakçıları 
arasında  dərin  ideoloji  fərqlərin  hökm  sünnəsi  idi.  Xalq  Cəbhəsi 
kütləvi  ictimai-siyasi  hərəkatın  aparıcı  qüvvəsinə  çevrilə  bilmədi. 
İslahatların həyata keçirilməsində ardıcıllıq yox idi. 
1938-ci ilin avqust ayında hökumət müəssisələrdə əlavə iş saatı 
tətbiq etdi. Poçt və teleqraf rüsumları artırıldı. Fransız iqtisadiyyatını 
sağlamlaşdırmaq  məqsədilə  Xalq  Cəbhəsinin  yeritdiyi  sosial 
istiqamətli  siyasətdən  imtina  olundu.  Sənaye  və  ticarət 
müəssisələrinin  gəlirlərinə  qoyulan  vergilər  azaldıldı.  Birbaşa 
vergilər 8% artırıldı. Sənaye məhsulunun maya dəyəri aşağı salındı. 
Daladye hökuməti Münhen sövdələşməsinə qoşulduqdan sonra 
geniş şəkildə daxili siyasətlə məşğul olmağa başladı. İqtisadi inkişafa 
xüsusi diqqət yetirildi. 
1938-ci il noyabrın 12-də hökumətin yeni fövqəladə dekretləri 
verildi. Bütün gəlirlər üzərinə qoyulan vergi 2% artırıldı. Mülkiyyət 
vergisi çoxaldıldı. Kommunal xidmət tarifləri yüksəldildi. 6 günlük iş 
həftəsi tətbiq edildi. İctimai işlər azaldıldı. Qiymətlər üzərində 
164 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə