BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə54/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   50   51   52   53   54   55   56   57   ...   120

nəzarət  ləğv  olundu.  Əmək  münasibətləri  sahəsində  sahibkarların 
hüquqlarını  genişləndirən  üçillik  xüsusi  rejim  tətbiq  edildi.  Sosial 
ehtiyaclara  ayrılan  birbaşa  xərclər  azaldıldı.  Ölkə  iqtisadiyyatını 
sabitləşdirmək  üçün  fond  yaradıldı.  Xarici  kapital  axını  gücləndi. 
Maliyyə  sistemi  möhkəmləndirildi.  Hərbi  müəssisələr  xüsusi  rejim 
şəraitinə  keçirildi.  Hökumət  hərbi  sənayenin  inkişafı  üçün  2  mlrd, 
frank vəsait ayırdı. 
Müharibə  təhlükəsi  qarşısında  bütün  səlahiyyətləri  öz  əlində 
cəmləşdirən hökumət  yeni silahlanma proqramını həyata keçirməyə 
başladı. Qısa müddətdə hərbi istehsal sahəsinə 30 mlrd, frank vəsait 
xərcləndi.  Hərbi  sənaye  müəssisələrində  iş  rejimi  ciddiləşdirildi. 
İqtisadiyyatın  dövlət  tənzimlənməsi  gücləndirildi.  Planlaşdırılmaya 
və  iqtisadi  inkişafın  əlaqələndirilməsinə  keçildi.  Hərbi  istehsalı 
genişləndirmək məqsədilə 1938-ci  ildə hökumət komitəsi  yaradıldı. 
Komitə  iqtisadiyyatın  strateji  sahələrinə  məsul  olan  nazirliklərə 
nəzarət etmək səlahiyyəti aldı. 
1939-
 
cu  ildə  parlament  İqtisadiyyatı  tənzimləyən  rejim 
qanununu qəbul etdi. Bu proqram şəxsi təşəbbüsü istiqamətləndirir və 
əlaqələndirirdi. 
Ancaq Daladye hökumətinin yeritdiyi siyasət cəmiyyətdə heç də 
birmənalı qarşılanmadı. Onu müdafiə edən sağlar fövqəladə dekretlər 
əsasında hərəkət etməyi və “yönəldilən iqtisadiyyat”dan əl çəkməyi 
tövsiyə  edirdilər. Sol  partiyalar isə  Daladyenin “yeni kursu”nu açıq 
şəkildə  tənqid  edərək  müxalifətə  keçdilər.  Bu  zaman  Fransa  ikinci 
dünya müharibəsinin astanasında idi. 
165 


Fransa ikinci dünya müharibəsi illərində 
1939-cu  il  sentyabrın  1-də  Almaniya  Polşaya  qarşı  müharibə 
elan  etdikdən  az  sonra,  sentyabrın  3-də  Fransa  Polşa  qarşısında 
götürdüyü  öhdəliklərə  uyğun  olaraq  müharibəyə  qoşuldu. 
Almaniyaya müharibə elan etməsinə baxmayaraq, Fransa fəal hərbi 
əməliyyatlar  aparmadı.  Ona  görə  də  bu  müharibə  qəribə  müharibə 
adını aldı. Müharibə şəraitində hökumət sərt daxili siyasət yeritməyə 
başladı.  Sentyabrın  6-da  Hərbi  vəziyyətə  uyğun  olaraq  istehsalın 
qurulması haqqında dekret verildi. 
Noyabnn  18-də  Şübhəlilər  haqqında  dekret  verildi.  Siyasi 
eəhətdən səbatsız olan və şübhəli bilinən şəxslər məhkəmənin hökmü 
olmadan polis tərəfindən düşərgələrə göndərilməyə başlandı. 
1940-
 
cı ilin mart ayında 620 həmkarlar ittifaqı təşkilatı buraxıldı. 
Daladye hakimiyyətdə qala bilməyərək 1940-cı il martın 20-də 
istefaya getdi. Yeni baş nazir Demokratik Alyansın lideri Pol Reyno 
oldu. O, eyni zamanda xarici işlər naziri vəzifəsini də tuturdu. Reyno 
Fransanın İspaniyadakı səfiri işləyən Filipp Peteni geri çağıraraq baş 
nazirin  müavini  təyin  etdi.  Hökumətdə  əsas  rolu  marşal  F.Peten, 
general  M.Veyqan,  admiral  J.Darlan,  L.Laval  və  K.Şotan 
oynayırdılar.  İyunun  7-də  Reyno  Fransa  uğrunda  mübarizənin 
başlandığını  bildirdi.  İyunun  9-da  Almaniya  orduları  Sena  çayına 
yaxınlaşdılar. İyunun 10-da İtaliya da Fransaya müharibə elan etdi. 
Fransız  hökumətinin  müqavimət  göstənuəsinin  elə  bir  nəticəsi 
olmadı.  İyunun  14-də  Hitler  orduları  Parisə  girdi.  Respublikanın 
prezidenti,  deputatlar  palatasının  və  senatın  üzvləri,  hökumətin 
başçısı  və  nazirlər,  ali  baş  komandan  ölkənin  cənubuna  köçərək 
Bordo  şəhərində  yerləşdilər.  Hökumətin  burada  keçirilən  iclasında 
Böyük  Britaniyanın  baş  naziri  Çerçilin  ingilis-fransız  müttəfiqliyi 
üçün  bütün  fransız  və  ingilislərə  ikili  vətəndaşlıq  verilməsi, 
Londonda 
vahid 
hökumət 
qurulması, 
silahlı 
qüvvələrin 
birləşdirilməsi təklifləri müzakirə edildi. Reynonun müavinləri olan 
Laval  və  Peten,  o  cümlədən  general  Veyqan  və  admiral  Darlan  bu 
təklifləri rədd edərək Almaniya ilə sülh bağlamağa tərəfdar çıxdılar. 
Belə vəziyyətdə iyunun 16-da Reyno istefaya getdi. Yeni 
166 


hökuməti F.Pctcn təşkil etdi. İyunun 17-də Pctcn ordunu müqavimət 
göstərməyi  dayandırmağa  çağırdı.  Hökumət  İspaniya  hökuməti 
vasitəsilə Almaniyaya barışıq haqqında müraciət etdi. İyunun 22-də 
Hitler,  Gerinq,  Gess,  Ribbentrop,  admiral  Reder  və  general  Keytcl 
fransız  nümayəndə  heyətinə  Paris  yaxınlığındakı  Kompyen 
meşəsində  1918-ci  ildə  marşal  Foşun  almanlara  barışıq  şərtlərini 
hökm etdiyi yerdə danışıqsız təslim olmaq aktını imzalatdılar. 
İyunun 24-də Fransa ilə İtaliya arasında barışıq sazişi bağlandı. 
Barışıq  şərtlərinə  görə  fransız  orduları  müqaviməti  dayandınnalı, 
tərksilah və tərxis olunmalı, ölkənin silah, sursat və müdafiə qurğuları 
Almaniya və İtaliyanın nəzarətinə keçməli idi. Fransa ərazisinin üçdə 
iki  hissəsi  işğal  edildi.  Mülki  gəmilər  istisna  olunmaqla  hərbi 
donanma Almaniya və İtaliyaya verildi. Fransa alman əsirlərini azad 
etməli, 1,5 mln. nəfər fransız əsir isə sülh müqaviləsi bağlananadək 
Almaniyada saxlanmalı idi. Silahların saxlanması və sursat anbarları 
almanların  nəzarətinə  keçdi.  Almaniya  ordusu  3  min  fransız 
təyyarəsini, 5 minə yaxın tankını aldı. Ölkənin cənub departamentləri 
almanlarla  əməkdaşlıq  edən  Peten  hökumətinin  nəzarətində  qaldı. 
İşğal  olunmamış  ərazilərdə  sabitliyi  qorumaq  üçün  Peten  hökuməti 
yüz  minlik  barışıq  ordusu  adlandırılan  ordu  saxlaya  bilərdi.  İşğal 
olunmuş ərazilərdə qayda- qanunu alman orduları  təmin  etməli idi. 
Fransanın  cənubundakı  Menton  şəhəri  ətrafındakı  rayonları  işğal 
edən İtaliya fransız silahlarını ələ keçirdi, 
Fransa  Afrikadakı  müstəmləkələri  üzərində  tam  nəzarət 
qazandı.  Fransız  hərbi  hissələri  müstəmləkələrdə  qayda-qanunu 
qorumalı  idi.  İyunun  25-də  barışıq  sazişi  hər  iki  tərəfdən  qüvvəyə 
mindi. 
Londonda  olan  general  Şari  de  Qoll  1940-cı  il  iyunun  18-də 
radio  ilə  çıxış  edərək  işğalçılara  qarşı  mübarizəni  davam 
etdirəcəklərini bildirdi. 
İşğal fransız iqtisadiyyatına ağır zərbə endirdi. Təsərrüfat həyatı 
pozuldu.  Ölkə  iqtisadiyyatı  alman  hərb  maşınının  ehtiyaclarının 
ödənilməsinə tabe etdirildi. 
167 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə