Fransa ikinci dünya müharibəsi illərində
1939-cu il sentyabrın 1-də Almaniya Polşaya qarşı müharibə
elan etdikdən az sonra, sentyabrın 3-də Fransa Polşa qarşısında
götürdüyü öhdəliklərə uyğun olaraq müharibəyə qoşuldu.
Almaniyaya müharibə elan etməsinə baxmayaraq, Fransa fəal hərbi
əməliyyatlar aparmadı. Ona görə də bu müharibə qəribə müharibə
adını aldı. Müharibə şəraitində hökumət sərt daxili siyasət yeritməyə
başladı. Sentyabrın 6-da Hərbi vəziyyətə uyğun olaraq istehsalın
qurulması haqqında dekret verildi.
Noyabnn 18-də Şübhəlilər haqqında dekret verildi. Siyasi
eəhətdən səbatsız olan və şübhəli bilinən şəxslər məhkəmənin hökmü
olmadan polis tərəfindən düşərgələrə göndərilməyə başlandı.
1940-
cı ilin mart ayında 620 həmkarlar ittifaqı təşkilatı buraxıldı.
Daladye hakimiyyətdə qala bilməyərək 1940-cı il martın 20-də
istefaya getdi. Yeni baş nazir Demokratik Alyansın lideri Pol Reyno
oldu. O, eyni zamanda xarici işlər naziri vəzifəsini də tuturdu. Reyno
Fransanın İspaniyadakı səfiri işləyən Filipp Peteni geri çağıraraq baş
nazirin müavini təyin etdi. Hökumətdə əsas rolu marşal F.Peten,
general M.Veyqan, admiral J.Darlan, L.Laval və K.Şotan
oynayırdılar. İyunun 7-də Reyno Fransa uğrunda mübarizənin
başlandığını bildirdi. İyunun 9-da Almaniya orduları Sena çayına
yaxınlaşdılar. İyunun 10-da İtaliya da Fransaya müharibə elan etdi.
Fransız hökumətinin müqavimət göstənuəsinin elə bir nəticəsi
olmadı. İyunun 14-də Hitler orduları Parisə girdi. Respublikanın
prezidenti, deputatlar palatasının və senatın üzvləri, hökumətin
başçısı və nazirlər, ali baş komandan ölkənin cənubuna köçərək
Bordo şəhərində yerləşdilər. Hökumətin burada keçirilən iclasında
Böyük Britaniyanın baş naziri Çerçilin ingilis-fransız müttəfiqliyi
üçün bütün fransız və ingilislərə ikili vətəndaşlıq verilməsi,
Londonda
vahid
hökumət
qurulması,
silahlı
qüvvələrin
birləşdirilməsi təklifləri müzakirə edildi. Reynonun müavinləri olan
Laval və Peten, o cümlədən general Veyqan və admiral Darlan bu
təklifləri rədd edərək Almaniya ilə sülh bağlamağa tərəfdar çıxdılar.
Belə vəziyyətdə iyunun 16-da Reyno istefaya getdi. Yeni
166