BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə55/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   51   52   53   54   55   56   57   58   ...   120

Peten  hökuməti  alman  mühafizəçilərin  nəzarəti  altında 
Bordodan  Vişiyə  gəldi.  İngilislərin  Misir  və  Əlcəzair  limanlarında 
yerləşən fransız gəmilərinə buranı  tərk etmək barədə ultimatumunu 
rədd  edən  Peten  hökuməti  iyulun  5-də  Böyük  Britaniya  ilə 
münasibətlərini  kəsdi.  Kurort  yeri  olan  Vişidə  iyulun  10-da  Milli 
Məclisin  keçirilən  iclasında  bütün  qanunverici  və  icraedici 
hakimiyyət  84  yaşlı  marşal  F.Petenə  verildi.  Həmin  gün  üçüncü 
respublikanın buraxılması haqqında qanun səsə qoyuldu. 569 deputat 
respublikanın buraxılmasının lehinə, 80 nəfər isə əleyhinə səs verdi. 
Bununla  da  üçüncü  respublika  iflasa  uğradı.  Peten  Fransa 
Respublikasının şüarları olan Azadlıq, Bərabərlik, Qardaşlıq əvəzinə 
Əmək,  Ailə,  Vətən  şüarlarını  irəli  sürdü.  O,  yeni  konstitusiyanın 
hazırlanacağını  elan  etsə  də  bu  iş  başa  çatdırılmadı.  Yeni  dövlət 
quruluşunun  əsasım,  hakimiyyət  institutlarının  səlahiyyətlərini  və 
Fransa  dövlətinin  siyasətinin  mühüm  prinsiplərini  12  qanun 
tənzimlədi.  Ölkə  Fransa  respublikası  deyil,  Fransa  dövləti 
adlandırıldı.  İki  gündən  sonra  Petenin  ilk  fərmanları  verildi.  O, 
respublika  prezidenti  vəzifəsini  ləğv  edərək  dövlətin  başçısı 
funksiyalarını  öz  üzərinə  götürdü.  2  №-li  konstitusiya  aktında 
göstərilirdi ki, bütün hakimiyyət ona məxsusdur. 3 №-li fərmanla o, 
senatın  və  nümayəndələr  palatasının  iclaslarını  yeni  xüsusi  fərman 
verilənədək təxirə saldı. Peten Lavalı baş nazirin müavini vəzifəsinə 
təyin  etdi.  Bu hökumət  Vişi rejimi adlandırıldı.  İdarəetmə işlərində 
hökumətin  rolu  artırıldı.  Hökumətin  başçısı  dövlət  başçısının  varisi 
hesab edilirdi. Oktyabrın 24-də Montuari şəhərində Petenlə Hitlerin 
görüşündə  əməkdaşlıq  barədə  razılığın  əldə  olunması  ilə  Fransa 
hökuməti kollaborasio- nizm xəttini rəsmi olaraq elan etdi. 
Rəsmi  hökumətin  işğalçılarla  əməkdaşlıq  etmək  siyasətindən 
fərqli olaraq Şari de Qoll başda olmaqla 7 min nəfərlik müqavimət 
dəstəsi fəaliyyətini  gücləndirdi. Qısa müddətdə onların sayı 35 min 
nəfərə çatdı. Qollun ixtiyarında 20 hərbi gəmi, 60 ticarət gəmisi və 
1000 nəfər təyyarəçi var idi. Fransız hərbi hissələrinin formalaşması 
Çerçil və Qollun 1940-cı il avqustun 7-də imzaladıqları Fransız silahlı 
qüvvələrinin  yaradılması  və  maliyyələşdirilməsi  qaydası  haqqında 
sazişə əsasən uğurla aparılırdı. 
168 


Oktyabrın  7-də  Şarl  de  Qoll  Brazzavildə  İmperiyanı  müdafiə 
şurasının  yaradıldığını  elan  etdi.  Bundan  sonra  Fransada  faşist 
işğalçılarına  qarşı  nifrət  və  mübarizə  daha  da  gücləndi.  Ölkəni 
antifaşist  mübarizə  və  müqavimət  hərəkatı  bürüdü.  Bu  hərəkatda 
müxtəlif millətlərin nümayəndələri ilə yanaşı azərbaycanlılar da fəal 
iştirak edirdilər. 
Hökumətdə Petendən sonra önəmli rol oynayan və onun varisi 
sayılan  baş  nazir  J.Darlan  almanların  təzyiqi  ilə  vəzifəsindən 
uzaqlaşdırıldı.  1942-ci  il  aprelin  19-da  Laval  hökumətin  başçısı 
vəzifəsini  tutdu.  Kütləvi  informasiya  vasitələri  üzərinə  senzura 
qoyuldu. Peten hökuməti strateji məqsədinin beynəlxalq kapitala və 
sosializmə qarşı mübarizə olduğunu elan etdi. O, bunu milli inqilab 
adlandırdı. Milli inqilabın başlıca məqsədi ölkədə sinfi ziddiyyətləri 
ləğv  etmək,  möhkəm  demokratik  sistem  və  yeni  sosial  qayda 
yaratmaq  idi.  Onun  əsasını  cəmiyyətin  iyerarxiyah  quruluşu  və 
həmrəyliyi təşkil edirdi. 
Əmək  münasibətləri  sahəsində  başlıca  məqsəd  sosial 
ziddiyyətləri aradan qaldırmaq idi. Bütün bunlarla paralel olaraq kənd 
təsərrüfatında  korporativlər  yaradıldı.  Ən  yüksək  korporativ  şurası 
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən təsdiq edilən 10 nəfərdən ibarət 
olurdu.  Korporasiyalar  daxilində  və  onların  arasında  münasibətləri 
tənzimləmək  üçün  Əmək  xartiyası  işlənib  hazırlandı.  Onun  əsasını 
Əməyin  sosial  təşkili  haqqında  1941-ci  il  26  oktyabr  tarixli  qanun 
tutdu.  Qanuna  görə  həmkarlar  ittifaqları  vahid  işlər-korporativ 
təşkilatlarında  maraqların  birliyi  və  əlaqələndirilməsi  əsasında 
birləşirdilər. Dövlət qulluqçuları korporativlərə daxil edilmədilər. Hər 
bir  korporasiyanın  başında  sosial  komitələri  dururdu.  Onlar  siyasi 
fəaliyyətlə məşğul ola bilməzdilər. Sosial komitələrin nümayəndələri 
dövlət məmurlarının iştirakı ilə təşkilat komitələrinə daxil olurdular. 
Korporasiyalar  arasında  münaqişələri  həll  etmək  üçün  əmək 
tribunalları  yaradıldı.  Tətillər  və  işçiləri  işdən  azad  etmək  qadağan 
olundu. 
Vişi rejimi ölkədə xristian sivilizasiyasını dirçəltmək proqramını 
elan  etdi.  Buna  görə  fransız  millətinin  mənəvi  və  sosial  cəhətdən 
saflaşmasında kilsə mühüm rol oynamalı idi. Kilsə Peten 
169 


hökumətini müdafiə edirdi. Dini məktəblərin rolu artırıldı. Müəllim 
heyəti  təmizləndi.  Çoxuşaqlı  ailələrə  yardımlar  edildi.  Demoqrafik 
.siyasətə  xüsusi  diqqət  yetirildi.  Yəhudilər  üzərində  polis  nəzarəti 
quruldu.' 
Hökumətin  siyasəti  fransız  cəmiyyətinin  faşistləşdirilməsinə 
yönəlmişdi.  Lakin  Fransada kütləvi  faşist  hərəkatı üçün sosial  baza 
yox  idi.  Hökumətin  xalqı  səfərbər  etmək  cəhdləri  heç  bir  nəticə 
vermədi.  Rejimin  başlıca  dayağı  Veteranlar  legionu  oldu.  Ancaq 
faşist partiyası yaratmaq cəhdləri uğursuz qurtardı. 
Vişi  rejiminin  işğalçılarla  barışmaq  və  əlaltıya  çevrilmək 
siyasəti  xalqın  narazılığına  səbəb  oldu.  Fransa  iqtisadiyyatının, 
bankların,  hərbi  müəssisələrin  Almaniyanın  nəzarətində  olması  və 
gündə 400 mln. frank təzminat ödənilməsi xalqın qəzəbini coşdurdu. 
1944-cü  ildə  Fransa  sənayesinin  80%-i  alman  sifarişlərini  yerinə 
yetirirdi. Ölkədə inflyasiyanın həddi xeyli yüksək idi. İşsizlik artırdı. 
Ticarət sistemi dağılırdı. Əhalini aclıq bürümüşdü. 
Belə  şəraitdə  siyasi  terror  və  repressiya  gücləndirildi.  Dövlət 
aparatı təmizləndi. Böyük şəhərlərdə fəaliyyət göstərən bələdiyyələr 
buraxıldı.  Gizli  cəmiyyətlər  və  masson  təşkilatları  qadağan  edildi. 
Peten yeni konstitusiya aktı verərək daxili və xarici siyasətə rəhbərliyi 
öz əlinə aldı. Ancaq bütün bunların heç biri, o cümlədən vətənpərvər 
qüvvələrə  qarşı  dəhşətli  repressiya  tədbirləri  müqavimət  hərəkatını 
dayandıra bilmədi. 1941-ci ilin sentyabr ayında Şari de Qoll Fransız 
Milli Komitəsini yaratdı. Bir il sonra bu komitə Döyüşən Fransa adını 
aldı. Lakin hərəkatın rəhbərliyində alman əsirliyindən qaçmış general 
Jiro ilə Qollun arasında ixtilaflar var idi. Şari de Qoll işğaldan azad 
edilmiş  rayonlarda  idarəçilik  orqanlarını  yaratdı.  Sentyabrın  26-da 
SSRİ  hökuməti  Şari  de  Qollu  bütün  azad  fransızların  rəhbəri  kimi 
tanıdı. ABŞ və İngiltərə hökumətləri də Şari de Qollu müdafiə edərək 
çoxlu  yardımlar  göstərdilər.  1943-cü  il  iyunun  3-də  Əlcəzairdə 
qurulan  Fransa  Milli  Azadlıq  Komitəsi  hökumət  orqanı  kimi 
müttəfiqlər  tərəfindən  tanındı.  1944-cü  ilin  fevral  ayında  Fransa 
ərazisindəki  bütün  müqavimət qüvvələri  Fransa daxili qüvvələrində 
birləşdilər. Fransa Milli 
170 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə