BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə56/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   52   53   54   55   56   57   58   59   ...   120

Azadlıq  Komitəsi  rəhbərliyi  daxilində  gedən  mübarizə  Qollun 
xeyrinə  nəticələndi.  Jiro  istefaya  getdikdən  sonra  Qoll  müqavimət 
hərəkatının  yeganə  lideri  oldu.  İkinci  cəbhənin  açılması  ərəfəsində 
Şari  de  Qoll  Çerçilin  dəvəti  ilə  Londonda  səfərdə  olarkən  ingilis 
hökuməti ona yardım edəcəyini bildirdi. 500 minədək Fransa daxili 
qüvvələri  işğalçılara  qarşı  üsyan  qaldırdı.  Bu  zaman  Parisdə  və 
ölkənin digər yerlərində xalq üsyanları başladı. Tələbə və şaxtaçıların 
tətilləri  ölkəni  bürüdü.  Xalq  işğalçılara  qarşı  mübarizədə  antifaşist 
qüvvələri  müdafiə  etdi.  Nüfuzu  sürətlə  aşağı  düşən  Vişi  hökuməti 
süquta uğradı. Mökumətin üzvlərinin əksəriyyəti həbs edildi. 1944-cü 
il  avqustun  25-də  Paris  üsyançılara  təslim  olan  gün  Şari  de  Qoll 
paytaxta gəldi. Avqustun 26-da Parisdə Yelisey çölündə nümayiş və 
parad keçirildi. 
Müttəfiqlərlə  əlaqələrini  genişləndirən  Fransa  Müvəqqəti 
hökumətinin başçısı Şari de Qoll, xarici işlər naziri J.Bido və qərargah 
rəisi general Jyuen noyabrın 27-dən dekabrın 13-dək SSRİ-yə səfər 
etdilər. İrandan Moskvaya gedərkən Azərbaycanda olan nümayəndə 
heyətini  Binə  hava  limanında  respublika  rəhbərləri  və  Moskvadan 
gələn  şəxslər  qarşıladılar.  Bir  gün  Bakıda  qalan  nümayəndə  heyəti 
Ü.Hacıbəyovun  “Koroğlu”  operasına  tamaşa  etdi.  Hava  şəraitinin 
əlverişsiz  olması  ucbatından  Moskvaya  qatarla  gedən  fransız 
nümayəndə  heyəti  yolüstü  Stalinqrada  baş  çəkdi.  Dekabrın  10-da 
Moskvada tərəflər arasında müttəfiqlik və qarşılıqlı yardım haqqında 
saziş imzalandı. Saziş iki ölkənin müttəfiqliyini gücləndirdi. Bundan 
sonra Fransa antihitlerçi koalisiyada daha fəal iştirak etdi. Fransızlar 
dekabnn 14-də Bakıdan keçərək ölkələrinə döndülər. 
İkinci  dünya  müharibəsində  Almaniya  və  müttəfiqlərinin 
məğlub edilməsi Avropadakı siyasi şəraitə əsaslı təsir göstərdi. Fransa 
xalqının tarixində yeni dövr başlandı. 
171 


V
 
BÖLÜM 
AMERİKA BİRLƏŞMİŞ ŞTATLARI 
Birinci dünya müharibəsinin ABŞ üçün nəticələri 
Avropada  müharibənin  başlanması  ABŞ  əhalisini  sarsıtdı. 
Bəziləri  müharibənin  uzaqda  olduğu  qənaətində  idi.  Lakin  onun 
iqtisadi  və  siyasi  əks-sədası  çox  sürətli  və  dərin  oldu.  1915-ci  ilə 
qədər  tənəzzülə  gedən  ABŞ  iqtisadiyyatı  Avropadan  alınan  hərbi 
sursat sifarişi ilə əlaqədar olaraq çiçəklənməyə başladı. Müharibədə 
iştirak  edən  hər  iki  tərəf  Amerika  xalqının  milli  ehtiraslarını 
qızışdıraraq təbliğat kimi istifadə edirdi. Amerikalıların hər üçündən 
biri  ya  xaricdə  doğulmuş,  ya  da  onların  valideyinlərindən  biri  və 
yaxud  hər  ikisi  xarici  ölkələrədə  doğulmuşdu.  Bundan  əlavə,  həm 
Böyük  Britaniya,  həm  də  Almaniya  ABŞ-ın  böyük  dənizlərdə  yük 
daşımasına  qarşı  çıxırdı.  Belə  vəziyyət  prezident  Vudro  Vilsonun 
kəskin  etirazına  səbəb  olurdu.  Lakin  ABŞ-la  Almaniya  arasında 
müzakirələr getdikcə daha təhlükəli şəkil alırdı. 
Almaniya rəhbərliyi Britaniya adaları ətrafındakı sularda bütün 
ticarət  gəmilərinə  hücüm  ediləcəyini  bildirdi.  Belə  olduqda  Vilson 
xəbərdarlıq  etdi  ki.  Birləşmiş  Ştatlar  bitərəf  dövlət  kimi  ticarət 
məqsədi  ilə  geniş  dənizlərdə  öz  ənənəvi  hüquqlarından  imtina 
etməyəcəkdir. Almaniya və Böyük Britaniya isə bitərəflik hüquqi ilə 
razılaşmırdı.  Vilson  bəyanat  verdi  ki,  amerikan  gəmilərinə  və 
vətəndaşlarına  hər  hansı  fəlakət  üz  versə,  ABŞ  Almaniyanı 
məsuliyyətə cəlb edəcəkdir. Bu bəyanatdan az sonra Almaniya Böyük 
Britaniyanın “Lusitania” gəmisini batırdı. Ölən 1200 sərnişinin 128 
nəfəri amerikan idi. Bu xəbər amerikalıları qəzəbləndirdi. Almaniya 
ABŞ-ın  müharibə  edəcəyindən  təşvişə  düşdü.  Alman  komandanlığı 
gəmilərə  xəbərdarlıq  atəşi  açmaq  barədə  göstəriş  verdi.  Lakin  az 
sonra  Böyük  Britaniyanın  “Arabic”  gəmisi  xəbərdarlıq  edilmədən 
batırıldı. Bir fransız gəmisində də 
172 


amerikanlar  alman  hərbçiləri  tərəfindən  vuruldu.  ABŞ  hökuməti 
Almaniyaya  nota  verərək  sualtı  müharibəni  dayandırmayacağı 
təqdirdə Birləşmiş Ştatların onunla münasibətləri kəsəcəyini bildirdi. 
Almaniya  bu  tələblə  razılaşdı.  Lakin  1917-ci  il  yanvarın  22-də 
Almaniya  hökuməti  məhdud  sualtı  müharibəni  davam  etdirəcəyini 
bildirdi.  Aprel  ayında  5  amerikan  gəmisi  batırıldıqda  Vilson 
konqresdən müharibə elan etməyi xahiş etdi. 
Bu  zaman  ingilis  kəşfiyyatı  Almaniyanın  dövlət  katibi 
Simmermanın Meksikadakı  alman səfirinə  göndərdiyi  teleqramı ələ 
keçirərək  amerikanlara  verdi.  Almaniya  Meksikanı  ABŞ-a  qarşı 
müharibəyə başlamağı təhrik edirdi. Bunun müqabilində ABŞ-ın XIX 
əsrdə Meksikadan aldığı sərhəd ştatları geri qaytarılmalı idi. 
ABŞ  Almaniyanın  müharibədə  qələbə  qazanmasına,  geosiyasi 
planlarını reallaşdırmasına yol vermək istəmirdi. Müharibədə qələbə 
Almaniyanı Avropa, Kiçik Asiya, Afrika, hətta Latın Amerikasında 
hegemon qüvvəyə çevirə bilərdi. 
Beləliklə,  ABŞ  aprelin  6-da  Almaniyaya  müharibə  elan  etdi. 
Birləşmiş Ştatların 1 mln. 750 min nəfərlik qoşun hissələri Fransada 
cəbhə boyu düzüldü. ABŞ-ın bilavasitə köməyi və iştirakı ilə 
Almaniya və müttəfiqləri müharibədə məğlub edildilər. 
Birinci  dünya  münaribəsinin  ABŞ  üçün  ciddi  sosial-iqtisadi 
nəticələri oldu. Müharibənin gedişində 120 min amerikan öldü. 230 
min  yaralandı.  Lakin  hərbi  əməliyyatlar  ölkə  ərazisində  getmədiyi 
üçün dağıntılar olmadı. Müharibənin gedişində ABŞ 25,7 mlrd, dollar 
xərclədi.  Əldə  etdiyi  gəlir  isə  35  mlrd,  dollar  oldu.  Avropanın  20 
ölkəsi Birləşmiş Ştatlara təxminən 10 mlrd, dollar borclu qaldı. Xarici 
ölkələrin  ABŞ-a  olan  yalnız  hərbi  borcları  8  mlrd,  dollar  idi. 
Müharibə  ölkənin  milli  sərvətlərinin  artmasına  gətirib  çıxardı. 
1914-1920-ci  illərdə  ABŞ-ın  milli  sərvətləri  2,5  dəfə  artdı.  Dünya 
qızılının  50%-i  ABŞ-ın  əlində  cəmləndi.  Müharibədən  əvvəl  xaricə 
kapital qoyuluşu İngiltərədən 6, Fransadan 4,5 dəfə az idisə, müharibə 
nəticəsində ABŞ-ın xaricə kapital ixracı 6 dəfə artaraq 11 mlrd, dollar 
oldu. Ölkənin xarici ticarətinin ümumi həcmi artdı. 
Müharibə ABŞ sənayesinin inkişafına müsbət təsir göstərdi. 
173 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə