BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə59/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   55   56   57   58   59   60   61   62   ...   120

şey edə bilərsə, müvafiq inkişafa nail olunacaq və bu, əhalinin digər 
təbəqəsini  də  əhatə  edəcəkdir.  Dəmiryol  xətləri  özəl  idarəetmə 
sisteminə  qaytarıldı.  Ticarət  donanması  özəl  müəssisə  sahiblərinə 
satıldı. 
Hələ  1890-cı  ildə  həmkarlar  ittifaqlarının  əleyhinə  qəbul 
olunmuş Kleyton  və Şerman qanunları  təftiş  edildi.  Əməklə kapital 
arasında  əməkdaşlıq  istiqamətində  addımlar  atıldı.  Həmkarlar 
ittifaqları assosiasiyaları yaradıldı. 
Hardinq  hökumətinin  iqtisadi  və  sosial  münasibətlərin  dövlət 
tərəfindən  tənzimlənməsindən  imtina  etməsi  büdcə  xərclərinin 
azaldılmasına gətirib çıxardı. Respublikaçılar hakimiyyətə gəldikdən 
bir  il  sonra  federal  hökumətin  xərcləri  1920-ci  illə  müqayisədə  iki 
dəfə aşağı düşərək 3,3 mlrd, dollar təşkil etdi. 
1921-
 
ci ilin noyabr ayında yeni vergi qanunu qəbul edildi. Bu 
qanuna  görə  müharibə  dövründə  tətbiq  edilən  əlavə  gəlir  üçün 
korporasiyalardan  vergi  tutulması  ləğv  olundu.  Federal  vergilər 
azaldıldı. Sahibkarlara daxili bazarda inhisar imtiyazı verildi. 1922-ci 
ilin sentyabr ayında rüsum qanunu qəbul edildi. Qanuna görə ABŞ-a 
gətirilən  sənaye  malları  üzərinə  ciddi  proteksionizm  prinsipləri 
əsasında  yüksək  rüsum  qoyulması  nəticəsində  ölkə  iqtisadiyyatının 
inkişafına şərait yaradıldı. Qısa müddət ərzində ABŞ iqtisadi inkişafa 
görə  dünyada  birinci  yerə  çıxdı.  Amerikan  kapitalının  beynəlxalq 
nüfuzu  gücləndi.  Müharibəyə  qədər  dünya  birja  mərkəzi  olan 
Londonun yerini Nyu-York tutdu. 
1922-
 
ci  ildə  ABŞ  iqtisadiyyatında  inkişaf  və  ya  çiçəklənmə 
dövrü  başlandı.  Amerikan  iqtisadiyyatında  inkişaf  digər  ölkələrə 
nisbətən daha tez baş verdi. İnkişafın digər ölkələrə nisbətən tez baş 
verməsinin  əsas  səbəbləri  birinci  dünya  müharibəsi  illərində  ABŞ 
təsərrüfatına  ziyan  dəyməməsi,  iqtisadiyyatının  yüksək  inkişafı, 
xaricə  kapital  qoyuluşunun  artması  və  ölkənin  mövqelərinin 
möhkəmlənməsi ilə bağlı idi. 
Hardinqin  hakimiyyəti  illərində  ölkədə  rüşvətxorluq  hallarına 
da rast gəlinirdi. 1921-ci ilin sonu - 1922-ci ilin əvvəllərində iri neft 
sənayeçiləri E.Dogeni və H.Sinkler daxili işlər naziri A.Folla rüşvət 
180 


verərək Kaliforniya və Vayominqdəki dövlət ehtiyatlarına daxil olan 
ərazilərdən  geniş  neft  sahələri  aldılar.  Bu  hadisə  ölkədə  qalmaqal 
yaratdı. Demokratlar Hardinqi ciddi rəhbərlik etməməkdə və ölkəni 
idarə  edə  bilməməkdə  təqsirləndirdilər.  Hardinq  isə  qətiyyətli 
addımlar ataraq üç naziri istefaya göndərdi. 
Hardinqin hakimiyyəti illərində ABŞ-ın xarici siyasəti bir neçə 
istiqamətdə  həyata  keçirilirdi.  Amerikan  xarici  siyasətində 
təcridçiliyin üstünlük təşkil etməsinə baxmayaraq, beynəlxalq aləmdə 
ABŞ-ın fəallığı tədricən artırdı. Ticarət naziri H.Huver ölkənin xarici 
iqtisadi əlaqələrinin genişləndirilməsində xüsusi rol oynayırdı. 
ABŞ  1921-ci  ildə  Almaniya  ilə  müqavilə  bağlayaraq  ikitərəfli 
münasibətləri tənzimlədi. 
Birləşmiş Ştatlar Latın Amerikasında öz təsirini gücləndirdi. 
ABŞ  xarici  siyasətinin  mühüm  istiqamətlərindən  birini  Uzaq 
Şərq və Sakit okean regionu təşkil edirdi. Uzaq Şərqdə İngiltərə- ABŞ 
və Yaponiya-ABŞ arasındakı problemlər həll olundu. 1921- 1922-ci 
illərdə  keçirilən  Vaşinqton  dəniz  konfransında  amerikan 
diplomatiyası  ABŞ  gəmilərinin  tutumunu  İngiltərə  səviyyəsinə 
çatdıraraq uğur qazandı. 
1920-1931-ci  illərdə  ABŞ-dan  xaricə  kapital  qoyuluşu  11,6 
mlrd,  dollar  təşkil  edirdi.  Kapital  ixracının  40%-i  Avropa,  22%-i 
Latın  Amerikası  ölkələrinin  payına  düşürdü.  ABŞ-ın  xarici  ticarəti 
genişləndi. İxrac artdı. Bu illərdə ölkənin ixracı idxalının səviyyəsini 
7,7  mlrd,  dollar  ötüb  keçdi.  ABŞ  sənayesi  istənilən  rəqibi  sıradan 
çıxarmaq qabiliyyətini qazandı. 
1923-
 
cü il avqustun 2-də Alyaskaya səfər zamanı prezident 
Hardinq ciyərlərinin soyuqdəyməsindən vəfat etdi. 
181 


Kalvin Kulicin prezidentliyi 
Konstitusiyaya  uyğun  olaraq  vitse-prezident,  Vermontda 
doğulmuş Kalvin Kulic (1872-1933) 1923-cü il avqustun 3-də ABŞ 
prezidenti  vəzifəsini  icra  etməyə  başladı.  1924-cü  ildə  ölkədə 
prezident  seçkisi  kampaniyası  genişləndi.  Kulicin  əsas  rəqibi 
demokrat  C.Devis  oldu.  Demokratlar  və  respublikaçılarla  yanaşı 
Viskonsin  ştatından  olan  respublikaçı  senator  Robert  Lafolletin 
müstəqil namizədliyi 1722-ci ildə yaradılmış fəhlə və fenner təşkilatı 
olan Mütərəqqi siyasi hərəkət konfransı tərəfindən irəli sürüldü. Onu 
AƏT, Sosialist Partiyası və b. müdafiə edirdilər. Lafollet inhisarların 
hüquqlarını 
məhdudlaşdımıağı 
və 
fermerlərin 
vəziyyətini 
yaxşılaşdırmağı  vəd  etdi.  4,8  mln.  səs  toplayaraq  seçkilərdə 
uduzduqdan  sonra  Lafolleti  müdafiə  edən  blok  dağıldı.  Lafollet 
hərəkatı sona çatdı. Respublikaçılar Partiyasının nümayəndəsi Kalvin 
Kulic seçkidə qələbə çaldı. O, 15 mln. 718 min səs və 382 seçkici səsi 
alaraq prezident seçildi. Demokratların namizədi C.Devis 8 mln. 385 
min  səs  və  136  seçkici  səsi  aldı.  Respublikaçılar  konqresin  hər  iki 
palatasında üstünlük qazandılar. 
Kulic əla idarəçi hesab edilirdi. Hökumətin daxili siyasəti ölkə 
iqtisadiyyatının  gücləndirilməsinə  yönəlmişdi.  Kulic  ABŞ  xalqının 
əsas  işi  biznesdir  şüarını  irəli  sürdü.  Onun  hakimiyyəti  illərində 
istehsal üzərində dövlət nəzarəti ləğv edildi. Sənayenin yeni sahələri 
yaradıldı.  Radiotexnika  və  elektrotexnika  sənaye  sahələrinə  xüsusi 
diqqət  yetirildi.  Sənaye  istehsalı  artdı.  İqtisadi  yüksəliş  əldə  edildi. 
Maşınqayırma  və  aviasiya  sənayesi  inkişaf  etdi.  Ölkədə  ümumi 
sənaye məhsulu istehsalı 1923-1929-cu illərdə 20%, korporasiyaların 
gəliri 76%, əmək haqqı 33% artdı. Polad əridilməsi 70%, neft istehsalı 
156%, avtomobil istehsalı 255% artdı. Təkcə 1929-cu ildə ölkədə 4 
mln. 455 min avtomobil satıldı. Bir il ərzində ölkədə 4-5 mln. maşın 
istehsal edilirdi. Ölkədə hər 27 nəfərdən birinin maşını var idi. Məcmu 
milli məhsul 54% artdı. Dünya sənaye məhsulu istehsalında ABŞ-ın 
payı 44,8% təşkil etdi. Bu 
182 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə