ağır təsir etmişdi. O, nəzərdə tutulmuş plana uyğun olaraq ölkəni
gəzməyə çıxdı. Kolorado ştatının Pueblo şəhərində Vilson iflic oldu.
Bu xəstəlikdən heç vaxt şəfa tapmadı. Vilsonun xəstəliyi işləməsinə
mane olurdu. Onun üçüncü dəfə prezidentliyə namizəd irəli sürülməsi
də mümkün deyildi. Çünki o vaxtadək ABŞ tarixində belə bir hal
olmamışdı. Ümumiyyətlə, müharibədə qazanılan qələbəyə
baxmayaraq, Demokratlar Partiyası xeyli zəifləmişdi. Demokratlar
Ohayo ştatının qubernatoru C.Koksun, Respublikaçılar Partiyası isə
əvvəllər jurnalist və senator işləmiş Uarren Hardinqin (1865-1923)
namizədliyini irəli sürdü. 1920-ci il noyabrın 2-də ölkədə yeni
prezident seçkiləri keçirildi. Seçki kampaniyasını Respublikaçılar
Partiyası Vilsonun xarici siyasət xəttinin tənqidi üzərində qurdu. Bu
zaman ölkəni bürüyən iqtisadi böhran da Demokratlar Partiyasının
xeyrinə olmadı. Seçicilər ölkədə rast gəlinən hər bir xoşagəlməz hal
üçün demokratları günahlandırmağa başladılar. Seçkiləri ABŞ-ın
Millətlər Cəmiyyətinə üzv olmaq məsələsində referendum da
adlandırmaq olardı. ABŞ-ın beynəlxalq işlərdə fəal iştirakına və
Millətlər Cəmiyyətinə üzvlüyünə tərəfdar olan 31 məşhur
respublikaçı Hardinqin prezident seçilməsinin ölkənin mənafeləri
üçün xeyirli olacağını bildirdilər. Bu zaman amerikalılar xarici
siyasətdə yeridilən təcridçilik xəttinin zərərli olduğunu daha çox başa
düşdülər. Seçicilərin böyük əksəriyyəti müharibə üçün demokratları
təqsirləndirirdilər. Ölkədə xaricilərə olan inamsızlıq artdı. Əhali
bolşevizm ideyalarından qorxurdu. Kommunist təhlükəsi amerikan
cəmiyyətində hamını narahat edirdi. Belə şəraitdə xalq fərdin
inkişafına üstünlük verən, kollektivçiliyi rədd edən respublikaçıların
tərəfini saxladı. Seçicilərin çoxu Vilson prinsiplərinin ABŞ üçün
zərərli olduğu qənaətində idi. Onlar tərəqqi dövrü üçün islahatların
həyata keçirilməsini və amerikan cəmiyyətinin nonnal həyata
qaytarılmasını istəyirdilər.
Seçkilərdə Hardinq 16 mln., C.Koks isə 9 mln. 130 min səs topladı.
Ölkə tarixində ilk dəfə olaraq qadınlar
bütün ölkə
178
ərazisində prezidentliyə namizədə səs verdilər. Hardinq ölkənin 29-cu
prezidenti, vitse-prezident isə Massaçusets ştatının qubernatoru
Kaivin Kuliç oldu. Respublikaçılar konqresin hər iki palatasında
üstünlük əldə etdilər. Beləliklə, səkkiz illik fasilədən sonra
respublikaçılar yenidən hakimiyyət başına gəldilər.
Hardinq müharibə dövründə xaricilərə və radikallara inamsızlığı
artan amerikan xalqının əhval-ruhiyyəsini nəzərə aldı. Ölkədə irqi
ayrı-seçkilik meylləri təhlükəli həddə çatmışdı. Ancaq Hardinqin
qələbəsi amerikan xalqının vilsonizm prinsipləri və beynəlmiləlçilik
siyasətindən tamamilə imtina etməsi demək deyildi. Çünki məhz
həmin prinsiplərin əsasında ABŞ iqtisadiyyatı yüksək sürətlə inkişaf
etmiş, amerikan kapitalının nüfuzu artmışdı. Bununla belə, Vilson
idealizmindən imtina edildi. Yeni şəraiti düzgün qiymətləndirən
Hardinq hökuməti fəal daxili siyasət yeritməyə başladı. Prezident
iqtisadiyyatın dövlət tənzimlənməsi siyasətinin əleyhinə çıxaraq bu
məqsədlə ayrılan büdcə xərclərinin azaldılmasını təklif etdi. 1921-ci
ilin dekabr ayında konqresə göndərdiyi illik məktubunda o,
hakimiyyətin federal hökumətin əlində çox cəm- ləşməsinin
yolverilməzliyini bəyan etdi. Prezident normal qaydalar, normal
zaman şüarlarını irəli sürdü. Normal zaman və normal qaydalar
dedikdə əsl amerikan prinsipləri olan fərdiyyətçilik və dövlətin
cəmiyyətin sosial-iqtisadi həyatına qarışmamasının tətbiqinin
vacibliyi nəzərdə tutulurdu. Fərdiyyətçiliyin nəzəriyyə və
praktikasının əsasını ticarət naziri Herbert Huver geniş şərh etdi.
Fərdiyyətçilik bütün ölkə vətəndaşları üçün bərabər imkanların
yaradılmasını irəli sürürdü. Bərabər imkanların mühafizəsi
funksiyasını isə dövlət həyata keçinnəli idi. Dövlət cəmiyyətin
iqtisadi və sosial həyatına qətiyyən müdaxilə edə bilməzdi. Qısa
müddətdə dövlət tənzimlənməsi tamamilə məhdudlaşdırıldı. Dövlət
inhisar- çılığı azaldıldı. Onun yerini xüsusi inhisarçılıq tutdu.
Hökumət şəxsi biznesin inkişaf etdirilməsi xəttini götürdü.
Hökumətin siyasəti mühafizəkar səciyyə daşıyırdı. Bu isə belə
bir inama əsaslanırdı: özəl biznesi təşviq
etmək üçün hökumət bir
179