BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə57/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   53   54   55   56   57   58   59   60   ...   120

Sənayenin yeni sahələri yaradıldı. Xüsusilə hərbi sənaye inkişaf etdi. 
ABŞ  avtomobilqayınna  sahəsində  dünyada  birinci  yeri  tuturdu. 
Amerikan avtomobil sənayesi dünya avtomobil sənayesinin 85%-ni, 
qara  metallurgiyası  dünya  qara  metallurgiyasının  60%-dən  çoxunu 
təşkil edirdi. Müharibənin gedişində iri sənaye sahələri birləşdi. Güclü 
təmərküzləşmə baş verdi. ABŞ-da neft istehsalı artdı. Bu zaman ABŞ 
dünya neft istehsalının 67%-ni verirdi. Digər sahələrdə də Birləşmiş 
Ştatlar  Avropa  ölkələrini  ötüb  keçdi.  Polad  əridilməsi  İngiltərədən 
4,5,  Fransadan  isə  14  dəfə  çox  idi.  Müharibənin  gedişində  ABŞ-da 
əmək haqqı artırıldı. Sənayenin yüksək inkişafının səbəblərindən biri 
də xarici ölkələrdəki hərbi əməliyyatlar zonasından qaçıb gələn ucuz 
işçi qüvvəsi ilə bağlı idi. Müharibə illərində İtaliya, Polşa, Almaniya, 
İngiltərə  və  Balkan  ölkələrindən  ABŞ-a  çoxlu  işçi  qüvvəsi  gəldi. 
Dünya müharibəsi Birləşmiş Ştatlarda kənd təsərrüfatının inkişafına 
təsir  göstərdi.  Müttəfiq  dövlətlərin  amerikan  kənd  təsərrüfatı 
məhsullarına  olan  ehtiyacı  ölkədə  istehsalın  genişləndirilməsinə  və 
aqrar  bölmənin  inkişafına  kömək  etdi.  İri  fermer  təsərrüfatları 
yarandı. Müharibədən sonrakı ilk illərdə ABŞ-da 8 mln. fenner var idi. 
Az  sonra  kənd  təsərrüfatı  böhrana  düşdü.  Bunun  da  başlıca  səbəbi 
müharibə qurtardıqdan sonra kənd təsərrüfatı məhsullarının satıldığı 
xarici bazarların itirilməsi ilə bağlı idi. 
Dünya  müharibəsinin  ABŞ  üçün  mühüm  siyasi  nəticələri  də 
oldu. Müharibə ABŞ siyasi sisteminin səmərəliliyini göstərdi. İqtisadi 
və hərbi cəhətdən qüdrətli dövlətə çevrilən ABŞ yeni dünya qaydası 
yaratmaq,  ona  siyasi  cəhətdən  mənəvi  rəhbərlik  etmək  istədi.  Bu 
istəklər  1913-1921-ci  illərdə  ABŞ  prezidenti  olmuş  Demokratlar 
Partiyasının nümayəndəsi Vudro Vilsonun (1856-1924) 
1918-
 
ci  il  yanvarın  8-də  irəli  sürdüyü  “14  maddə”sində  öz  əksini 
tapdı.  ABŞ  nümayəndə  heyəti  Paris  sülh  konfransında  məhz  “14 
maddə” ilə iştirak etdi. Konfransdan dünyaya mənəvi rəhbərlik üçün 
istifadə etmək istəyən amerikan diplomatiyası onun işində üç mərhələ 
təklif etdi: müharibəyə yekun vurmaq; Millətlər Cəmiy 
174 


yəti yaratmaq; özünəməxsus ərazi və siyasi məsələləri həll etmək. 
Konfransın gedişində ABŞ və Azərbayean nümayəndə heyətləri 
arasında  təmaslar  quruldu.  Azərbaycanın  dövlət  müstəqilliyinin 
birinci  ildönümü  günündə  ABŞ  prezidenti  V.Vilson  Topçubaşov 
başda olmaqla Azərbaycan nümayəndə heyətini qəbul eldi. 
Bütün  səylərə  baxmayaraq,  konfransda  ABŞ  öz  istəyinə  çata 
bilmədi. Sülh müqaviləsinin ABŞ tərəfindən qüvvəyə minməsindən 
ötrü  senat  təsdiq  etməli  idi.  Ancaq  bu,  asan  məsələ  deyildi.  Çünki 
həmin  illərdə  xarici  siyasət  məsələlərinə  və  sülh  müqaviləsinə 
münasibətdə  ABŞ-da  iki  xətt  arasında  kəskin  mübarizə  gedirdi. 
Bunlardan  birini  təşkil  edən  beynəlmiləlçilər  Millətlər  Cəmiyyəti 
vasitəsilə  dünyaya  rəhbərlik  etməyə  çalışırdılar.  T.Ruzvelt, 
C.Deniels,  generallar  T.H.Blis,  C.C.Perşinq  tərəddüd  etsə  də 
polkovnik  E.Hauz,  dövlət  katibi  R.Lansinq  beynəlmiləlçilərin 
görkəmli nümayəndələri idi. 
İkinci  xəttin  tərəfdarları  olan  təcridçilər  senatda  təqribən  36 
nəfər idi. Ona müxalifətin lideri Uilyam Bor başçılıq edirdi. Lafol- let, 
Norris  və  digər  senatorlar  Millətlər  Cəmiyyətinin  yaradılmasına, 
ABŞ-ın  onda  iştirakına  qarşı  çıxırdılar.  Versal  sülh  müqaviləsi 
hökumət  tərəfindən  rəsmi  olaraq  1919-cu  il  iyulun  10-da  senatın 
təsdiqinə təqdim edildi. Bu məsələ ilə bağlı 8 ay gərgin müzakirələr 
getdi. Senatın Xarici İşlər Komitəsi sənədə birtərəfli qaydada 4 qeyd 
və 48 düzəliş etdi. Noyabrın 19-da senatda keçirilən səsvermədə 39 
senator  sənədin  lehinə,  56-sı  əleyhinə  səs  verdi.  Beləliklə,  sənədin 
qəbulu  üçün  lazım  olan  2/3  səs  toplanmadı.  Vilson  senata  məktub 
yazaraq sülh müqaviləsinin təkrar müzakirəsini keçirməyi xahiş etdi. 
Bundan sonra kompromis tapmaqdan ötrü senator Lodcun təşəbbüsü 
ilə  hər  iki  partiya  nümayəndələrindən  ibarət  komissiya  yaradıldı. 
Komissiya ortaq variant işləyib hazırladı. Təcridçilərin nümayəndəsi 
olan  senator  Q.Ç.Lodc  sənədə  daha  15  qeyd  etdi.  Senatda  təkrar 
səsvennə 1920-ci il martın 19-da keçirildi. Lakin bu dəfə də Vilsonun 
xahişi yerinə yetirilmədi. Senatorlardan 49 nəfəri sənədin lehinə, 35 
nəfəri isə əleyhinə 
175 


səs verdi. Sənədin qəbulundan ötrü lazım olan əlavə  7 səs çatmadı. 
Beləliklə,  Vilsonun  istəyi  reallaşmadı.  ABŞ  Millətlər  Cəmiyyətinin 
üzvü  olmadı.  Dünya  məsələlərinin  həllində  iştirak  etməkdən  uzaq 
düşdü. Vilsonun xarici siyasətdə beynəlmiləlçilik xətti məğlubiyyətə 
uğradı. Dövlətin xarici siyasətində təcridçilik xətti üstünlük qazandı. 
Bundan sonra Vilson bütün ümidlərini prezident seçkilərinə bağladı. 
Müharibə qurtaran kimi başlayan iqtisadi yüksəliş gələcəyə olan 
ümidləri  artırdı.  Lakin  iqtisadiyyat  nonnal  vəziyyətə düşən kimi  bu 
ümidlər  yox  oldu.  Bahalaşmaqda  olan  həyat  şəraiti,  uzun  sürən  iş 
saatları  və  ürəyə  yatmayan  idarəetmə  ilə  əmək  ümumi  dil  tapa 
bilmirdi. Ölkədə sosial ziddiyyətlər kəskinləşirdi. 
1919-
 
cu  ildə  ölkə  konstitusiyasına  18-ci  düzəliş  edildi.  Bu 
düzəlişə  görə  spirtli  içkilərin  istehsalı  və  istehlakı  qadağan  edildi. 
Düzəliş  cəmiyyət  həyatının  sağlamlaşdırılmasına,  barların  və 
sərxoşluğun ləğvinə yönəlmişdi. Lakin bu məqsədə çatmaq mümkün 
olmadı.  Əvəzində  Spekiasies  adlanan  qeyri-qanuni  içki  yerləri  və 
yeni,  həm  də  daha  gəlirli  olan  cinayət  fəaliyyəti  forması  şəklində 
“bootlegging”  spirtli  içki  şəbəkəsi  yarandı.  Qara  bazar  genişləndi. 
Çirkli pullar işə düşdü. 
Müharibədən sülhə keçid bir çox amerikanlarda həyacana səbəb 
oldu. 1918-ci ildə Avropadan ABŞ-a yayılan qrip 500 min nəfərdən 
çox amerikalının  həyatına son  qoydu. Qripin qarşısı  yalnız 1919-cu 
ildə alındı. Ölkədə tətillərdə baş verirdi. 1919-cu ilin sentyabr ayında 
poladəritmə sənayesinin 365 min fəhləsi tətil etdi. Bütövlükdə həmin 
ildə 4 mln.-dan artıq fəhlə tətil etdi. Tətil nəticəsində işçilərin tələbləri 
yerinə yetirildi. Əmək haqqı artırıldı. 8 saatlıq iş günü tətbiq edildi. 
Kollektiv müqavilələr bağlamağa icazə verildi. Ölkənin şimalında və 
cənubunda  irqçi  qiyamlarda  baş  verdi.  Bundan  sonra  S.Hompers 
başda  olmaqla  Amerika  Əmək  Federasiyası  əməklə  kapitalın 
əməkdaşlığını  qurmağa  başladı.  Sosial  ziddiyyətlər  yumşaldıldı. 
İslahatların həyata keçirilməsi genişləndirildi. 
176 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə