BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə65/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   ...   61   62   63   64   65   66   67   68   ...   120

ABŞ  döyüşən  ölkələrə  silah  və  sursat  sata,  limanları  və  gəmiləri 
icarəyə  verilə  bilməzdi.  Amerikan  gəmilərində  silah  satılması 
qadağan  edildi.  Embarqonu  pozanlar  ya  10  min  dollar  cərimə 
olunmalı, ya 5 il müddətinə həbs olunmalı, ya da bu cəza tədbirlərinin 
hər ikisi eyni vaxtda həyata keçirilməli idi. Qanuna görə ölkədə silah 
istehsalı və ticarəti üzərinə qeydiyyat və lisenziya tətbiq edildi. 
1936-cı  ilin  fevral  ayında  Bitərəflik  haqqında  qanunun  vaxtı 
uzadılaraq daha da ciddiləşdirildi. Qanun dövrün beynəlxalq şəraitini 
nəzərə  alırdı.  1937-ci  ilin  yazında  Bitərəflik  haqqında  qanunun 
fəaliyyət  müddəti  yenidən  uzadıldı.  Yeni  qanun  may  ayının  1-də 
qüvvəyə mindi. Bu qanun əsasən əvvəlkilərin müddəalarını təkrarlasa 
da  daha  sərt  idi.  ABŞ  döyüşən  ölkələrə  silah  sata  və  kredit  verə 
bilməzdi. Amerikanlara həmin ölkələrin gəmilərində üzmək qadağan 
edildi. 
Bundan 
sonra 
ABŞ 
xarici 
siyasətində 
təcridçilərlə 
beynəlmiləlçilər  arasındakı  münasibətlər  daha  da  kəskinləşdi.  Bu 
zaman  ABŞ-ın  maraqlarına  cavab  verən  sakitləşdirmə  və  bitərəflik 
siyasəti Avropada vəziyyətin nəzarətdən çıxmasına da təsir yaradırdı. 
İtaliya,  Almaniya  və  Yaponiya  tərəfindən  Həbəşistan,  İspaniya  və 
Çinin  təcavüzə  məruz  qaldığı,  daxili  işlərinə  qarışıldığı  bir  vaxtda 
ABŞ-ın  bitərəflik  siyasəti  təcavüzkar  ölkələrin  mənafelərinə  uyğun 
idi. Təcavüzkarlar özlərini sərbəst aparır, cəzasız qalacaqlarına ümid 
edirdilər.  ABŞ  hökuməti  Almaniyada  nasional-sosializmin 
hakimiyyət  başına  gəlməsində  və  Münhen  sövdələnməsinə 
münasibətdə də öz bitərəfliyini nümayiş etdirdi. Bununla belə, ABŞ 
Yaponiyanın  Asiyadakı  işğallarını  tanımadı.  1937-ci  ildə  Yaponiya 
Çinə  təcavüz  etdikdə  ABŞ  faktiki  olaraq  təcridçilik  siyasətindən  əl 
çəkərək ona qarşı çıxdı. 
Ruzvelt  hökuməti  Latın  Amerikası  ölkələrinə  münasibətdə 
əvvəlki  illərdə  yeridilən  siyasətdən  imtina  etdi.  1933-cü  ilin  mart 
ayında  Ruzvelt  Latın  Amerikası  ölkələrinə  münasibətdə  ABŞ-ın 
Mehriban qonşuluq siyasətini elan etdi. Mehriban qonşuluq siyasəti 
aşağıdakı prinsiplər əsasında həyata keçirilməli idi: ABŞ Latın 
198 


Amerikası ölkələrinin daxili işlərinə qarışmamalı; qarşılıqlı fayda və 
dövlətlərin  bərabərliyi  əsasında  ticarət  müqavilələri  bağlamalı;  bu 
ölkələrə texniki yardım göstərməli idi. 
Mehriban  qonşuluq  siyasətinin  başlıca  məqsədi  Amerika  döv- 
lətlərarası sistemini möhkəmləndinnək və Latın Amerikası ölkələrinə 
Almaniyanın nüfuz etməsinin qarşısını almaq idi. Bu siyasət Amerika 
qitəsi ölkələrinin mənafelərini ikitərəfli və ümumi səylərlə qorumağa 
yönəlmişdi. 
1933-cü  ilin  dekabr  ayında  Montevideoda  (Uruqvay)  keçirilən 
Panamerika  konfransında  iştirak  edən  ABŞ  dövlət  katibi  K.Hell 
Mehriban  qonşuluq  siyasətini  bir  daha  təsdiq  etdi.  Konfransda  qitə 
dövlətlərinin daxili və beynəlxalq işlərinə başqa ölkənin qarışmasını 
qadağan  edən  bəyannamə  qəbul  olundu.  20  ildən  artıq  Kuba  və 
Haitidə saxlanılan amerikan orduları 1934-cü ildə geri çağırıldı. Kuba 
ilə  ticarəti  məhdudlaşdıran  Platt  düzəlişi  ləğv  edildi.  ABŞ  Latın 
Amerikası ölkələri ilə yeni ticarət sazişləri bağladı. Qısa müddətdə 11 
ticarət  müqaviləsi  imzalandı.  Həmin  ölkələrə  kapital  ixracı  artdı. 
1934-35-ci  illərdə  ABŞ  idxal-ixrac  bankı  Latın  Amerikasının  18 
ölkəsinə 500 mln. dollar istiqraz verdi. 
1936-cı  ilin  dekabrında  Buenos-Ayresdə  (Argentina)  keçirilən 
Panamerika  konfransında  bu  ölkələrin  ümumi  siyasətinin 
mexanizmləri işlənib hazırlandı. Ruzveltin şəxsən iştirak etdiyi həmin 
konfrans  Mehriban  qonşuluq  siyasətinin  çoxtərəfli  əsasda  qəbul 
edilməsində mühüm rol oynadı. 
Amerikan diplomatiyası Mehriban qonşuluq siyasətini 1938-ci 
il dekabrın 9-27-də Limada (Peru) keçirilən Panamerika konfransında 
bir  daha  möhkəmləndirdi.  Qəbul  edilən  Lima  bəyannaməsində 
dövlətlər  qitə  həmrəyliyi,  xarici  müdaxilədən  birgə  qorunmaq 
məqsədilə  səyləri  birləşdimıək  barədə  razılığa  gəldilər.  Beləliklə, 
qərb yarımkürəsi ölkələrinin birliyi ideyası həyata keçirildi. 
ABŞ xarici  siyasətinin  mühüm istiqamətlərindən biri SSRİ ilə 
münasibətlər  idi.  Ruzvelt  hökuməti  SSRİ  ilə  münasibətlərin 
qurulmasından ötrü təşəbbüs etdi. 1933-cü il noyabrın 16-da iki ölkə 
199 


arasında 
diplomatik 
münasibətlər 
yaradıldı. 
Diplomatik 
münasibətlərin  bərpa  edilməsindən  sonra  SSRİ-nin  ABŞ-dakı  ilk 
səfiri A.A. Troyanovski, ABŞ-ın SSRİ-dəki ilk səfiri isə V.K.Bullit 
oldu. Sovet-Amerika münasibətlərinin qurulmasına siyasi realizm və 
Uzaq Şərqdə SSRİ və ABŞ-ın rəqibi olan Yaponiyanın təcavüzkarlıq 
hərəkətlərinin genişlənməsi də müəyyən təsir göstərdi. 
Diplomatik münasibətlər qurulduqdan sonra çar Rusiyasının və 
müvəqqəti  hökumətin  ABŞ-dan  aldıqları  borclar  məsələsi  də 
müzakirə edildi. Borcun məbləği 75 mln. dollardan 150 mln. dolla- 
radək  müəyyənləşdirildi.  1934-cü  ilin  avqust  ayında  Moskvada 
keçirilən  danışıqlarda  ABŞ  tərəfi  borcların  ödənilməsini  təkid  etdi. 
Sovet  nümayəndə  heyəti  borcları  qaytarmaq  üçün  amerikan 
istiqrazları  əvəzinə  uzunmüddətli  kreditə  razı  olduğunu  bildirdi. 
Amerikanlar  ticarət  üçün  əmtəə  kreditinin  verilməsi  təklifini  irəli 
sürdülər. Sovet hökuməti bununla razılaşmadıqda 1935-ci ilin yanvar 
ayında  ABŞ  Dövlət  Departamenti  rəsmi  şəkildə  maliyyə-  iqtisadi 
məsələlər  üzrə  sovet-amerikan  danışıqlarının  dayandırıldığını 
bildirdi.  Bunun  ardınca  ABŞ-ın  Moskvadakı  baş  konsulluğu 
bağlandı.  Səfirliyin  ştatı  ixtisar  edildi.  Borclar  məsələsi  sonrakı 
illərdə ikitərəfli münasibətlərdə müzakirə olundu. 
Bütün bunlara baxmayaraq, ticarət sahəsində əməkdaşlıqda bəzi 
irəliləyişlər  əldə  edildi.  1935-ci  il  iyulun  13-də  iki  ölkə  arasında 
ticarət  sazişi  imzalandı.  1937-ci  ildə  isə  həmin  sazişin  fəaliyyət 
müddəti  uzadıldı.  Bundan  sonra  sovet  xarici  ticarətində  ABŞ-ın 
xüsusi  çəkisi  7%-ə  qalxdı.  Digər  sahələrdə  də  əlaqələr  tədricən 
genişləndi.  İki  ölkə  arasında  elmi  və  mədəni  sahələrdə  əməkdaşlıq 
inkişaf etdirildi. 
200 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə