BöLÜM. 1918-1939-cü illərdə beynəlxalq münasibətlər



Yüklə 2,54 Kb.
Pdf görüntüsü
səhifə2/120
tarix06.02.2018
ölçüsü2,54 Kb.
#26382
1   2   3   4   5   6   7   8   9   ...   120

geniş muxtariyyət imkanları əldə etməlidirlər; Rumıniya, Serbistan və 
Qaradağ  boşaldılmalıdır;  Osmanlı  imperatorluğunun  türk  hissəsi 
təminat  və  möhkəm  suverenlik  almalıdır;  tabe  etdirilmiş  millətlər 
üçün təhlükəsizlik və muxtar inkişafın mütləq pozulmaz şərtləri təmin 
edilməlidir; müstəqil Polşa dövləti yaradılmalıdır; xüsusi müqavilələr 
əsasında Millətlər Cəmiyyəti qurulmalıdır. 
1918-ci ilin fevralında Vilson “14 maddə”yə daha dörd prinsip 
əlavə  etdi:  sülh  prosesi  qeyd-şərtsiz  olaraq  ədalətə  əsaslanmalıdır; 
xalqlar  və  vilayətlər  dövlətlər  arasında  şahmat  oyunundakı  piyada 
kimi  mübadilə  vasitəsinə  çevrilməməlidir;  hər  bir  ərazi  məsələsi 
aidiyyəti  üzrə  yerli  əhalinin  maraqlarına  uyğun  olaraq  həll 
edilməlidir; öz taleyini qəti müəyyən etmiş bütün millətlərin tələbləri 
ödənilməlidir. 
Sonralar, 1918-ci ilin oktyabrında ABŞ dövlət departamenti “14 
maddə”nin  şərhini  işləyib  hazırladı.  Vilson  tərəfindən  bəyənilən  bu 
şərhdə  Almaniya  ilə  sülh  müqaviləsini  hazırlamaq  məqsədilə 
çağırılacaq Paris sülh konfransının iş prinsipləri öz əksini tapdı. 
Vilson  prinsiplərindən  yararlanmaq  istəyən  və  istiqlalının 
tanınmasını tələb edən hər bir xalq aşağıdakı şərtlərə cavab verməli 
idi:  xarakterindəki  müəyyən  intellektual  və  mənəvi-dini 
xüsusiyyətlərinə görə seçilməli; öz taleyini müəyyənləşdirməyə qadir 
olduğunu təsdiq etməli; öz xərclərini ödəmək üçün iqtisadi, təbii və 
maliyyə  vəsaitlərinə  malik  olmalı;  özünü  xarici  təcavüzdən  qoruya 
bilməli; tabe olduğu ölkənin hökumətinin zülmündən əziyyət çəkməli 
idi. 
Vilsonun “14 maddə”si müharibədən sonrakı dövrdə beynəlxalq 
münasibətlər sisteminin əsaslarını təşkil etmək, dünya quruluşunu və 
eyni  zamanda  ABŞ-ın  qlobal  xarici  siyasət  istiqamətlərini 
müəyyənləşdirmək məqsədini güdürdü. 


Rumıniyanın təslim olması. Buxarest sülhü 
Müharibənin  gedişində  Rumıniya  məğlub  edildi.  1918-ci  il 
mayın  7-də  Buxarestdə  Rumıniya  ilə  Almaniya  bloku  ölkələri 
arasında  sülh  müqaviləsi  və  iqtisadi  sazişlər  bağlandı.  Bu  sazişlər 
Rumıniyanın  bütün  təbii  sərvətləri  və  ehtiyatlarından  istifadə 
edilməsində Almaniya inhisarlarına müstəsna hüquq verirdi. Buxarest 
sülh  müqaviləsinə  görə  Rumıniya  strateji  cəhətdən  mühüm 
əhəmiyyətli  və meşələrlə zəngin  olan 15 min km.-lik dağlıq sərhəd 
zolağını  Avstriya-Macarıstana  güzəştə  gedirdi;  Cənubi  Dobrucanı 
Bolqarıstana  qaytarırdı;  Dobrucanın  qalan  hissəsini  isə  Köstəncə 
(Konstança)  limanı  ilə  birlikdə  Almaniya  bloku  ölkələrinin 
istifadəsinə  verirdi;  istifadə  olunmayan  neft  mədənlərini  90  il 
müddətinə  Almaniya  kompaniyalarına  təslim  edirdi.  Rumıniyanın 
məğlub  olması  Almaniya  bloku  ölkələrinin  vəziyyətinə  ümumən 
müsbət təsir etdi. Lakin  onların xeyrinə əsaslı dönüş yaratmadı. Ən 
başlıcası 
isə 
Almaniyanın 
yanacağa 
olan 
ehtiyacları 
ödənilmədiyindən əlavə 'mənbələr axtarmağa başladı. 
1918-
 
ci ilin əvvəllərində döyüşən dövlətlər arasında 
qüvvələr nisbəti 
Almaniya Avropanın şərqində uğurlu hərbi əməliyyatlar aparıb 
geniş  ərazilər  tutduqdan  sonra  müharibənin  artıq  başa  çatdığını  və 
düşmən  ölkələrə  öz  sülh  şərtlərini  qəbul  etdirəcəyini  düşünürdü. 
Lakin  Almaniya  bloku  ölkələrinin  ağır  təsərrüfat-iqtisadi  həyatı 
onların nəinki daxili ictimai-siyasi, həmçinin beynəlxalq vəziyyətinə 
də mənfi təsir edirdi. Bu ölkələrin əhalisi aclıq çəkirdi. Orduda zəruri 
olan şeylər çatışmırdı. Almaniya iqtisadi cəhətdən tükənmişdi. Əmək 
məhsuldarlığı aşağı düşmüşdü. Ölkədə yanacaq və xammal ehtiyatları 
çatışmırdı.  Nəqliyyat  bərbad  hala  düşmüş  və  insan  ehtiyatı  da 
tükənmişdi. Xalq müharibədən usanmışdı. 
Aclıq  çəkən  Avstriya-Macarıstan  ordusu  döyüş  qabiliyyətini 
itirmişdi.  “Qurama  imperiya’Ma  yaşayan  xalqların  milli-azadlıq 
mübarizəsinin güclənməsi müharibəni davam etdinnəyə daha imkan 
vermirdi. 


Almaniyanın  müttəfiqləri  olan  Osmanlı  dövləti  və  Bolqarıstan 
da  çətin  hərbi,  iqtisadi  və  siyasi  vəziyyətə  düşmüşdülər.  Bütün 
bunlara  baxmayaraq,  bu  blok  ölkələri  içərisində  yalnız  Almaniya 
ordusu döyüş qabiliyyətini hələ qismən də olsa qoruyub saxlayırdı. 
Antanta ölkələri də çətinliyə düşmüşdülər. İngiltərə, Fransa və 
İtaliyanın iqtisadi və ərzaq cəhətdən vəziyyəti əlverişli deyildi. Lakin 
onların tam tükənməyinə hələ çox var idi. Bu ölkələr içərisində yalnız 
İtaliyanın  vəziyyəti  daha  fəlakətli  olaraq  qalırdı.  İngiltərə  və 
Fransanın  strateji  xammal,  ərzaq,  işçi  qüvvəsi  və  əsgər  aldığı 
müstəmləkələrlə  ənənəvi  əlaqələri  Almaniyanın  apardığı  sualtı 
müharibə  ucbatından  xeyli  çətinləşmişdi.  Buna  baxmayaraq,  hərbi 
texnika sarıdan İngiltərə, Fransa və ABŞ Almaniya bloku ölkələrini 
üstələyirdilər. ABŞ-ın müttəfiqlərinə yardımı müharibədə mühüm rol 
oynayırdı. 
1918-ci  ilin  yayında  Almaniya  ordusu  döyüş  qabiliyyətini 
tamamilə  itirdi.  Almaniya  ali  baş  komandanlığı  ordunun  daha 
müqavimət 
göstərmək 
qabiliyyətində 
olmadığını 
bildirdi. 
Almaniyada hökumət dəyişikliyi baş verdi. Liberal Maks Badenski- 
nin  başçılığı  altında  yaradılan  yeni  hökumət  oktyabr  ayının 
əvvəllərində ABŞ prezidenti Vilsona nota göndərərək “14 maddə”nin 
şərtlərinə uyğun olaraq sülh bağlamağa razı olduğunu bəyan etdi. İki 
ölkə arasında notalar mübadiləsi bir ay çəkdi. Lakin ABŞ hökuməti 
imperator  II  Vilhelm  vəzifəsindən  getməyənə  və  alman  ali  hərbi 
komandanlığı  siyasi  hakimiyyətə  tabe  etdirilməyə-  nədək 
müttəfiqlərin Almaniya ilə heç bir rəsmi danışıqlar aparma- yacağmı 
bildirdi.  Belə  olduqda  ölkənin  hərbi  idarəçilik  sisteminə  rəhbərlik 
edən  general  Erix  Lüdendorf  vəzifədən  uzaqlaşdırıldı.  Özünü 
paytaxtda  təhlükəsiz  hiss  etməyən  II  Vilhelm  isə  feldmarşal  Paul 
Hindenburqun  qərargahına  getdi.  Alman  ordusunun  hərbi 
əməliyyatlar  aparmaq  iqtidarında  olmadığını  görən  müttəfiqlər 
növbəti döyüş planlarını hazırlamaqdan imtina etdilər. 


Yüklə 2,54 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   120




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə